Ən yaxşı oyunlarımızdan birini nümayiş etdirdik Vaqif Cavadov
Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Misli premyer-liqasının 13-cü turunda “Sumqayıt” minimal hesabla “Araz-Naxçıvan”a məğlub oldu - 0:1.
“Football-plus.az” xəbər verir ki, “Sumqayıt”ın baş məşqçisi Vaqif Cavadov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Yaxşı oyun oldu. Bu oyunda çoxlu qol imkanlarımız oldu. Komandama göstərdikləri oyuna görə təşəkkürr edirəm. Ən yaxşı oyunlarımızdan birini nümayiş etdirdik. Məncə, növbəti oyunlarda yaxşı nəticələr əldə edəcəyik. “Araz-Naxçıvan”ı təbrik edirəm. Yaxşı komandadı.
- İstədiyiniz nəticəni əldə etmək üçün nə çatmadı?
- Qol imkanlarını icra etmək çatmadı. Bəlkə də son dövrlərdə ən çox qol epizodlarına girdiyimiz oyun idi. Komanda istəkli idi və irəlidə qorxmurdu. Rəqib səhvimizə görə qol vurdu və nəticədə məğlub olduq.
- Oyun planında nədən narazı qaldız?
- Qol imkanlarımızdan istifadə edə bilmədik. Komandanın oyunundan və əzmkarlıq səviyyəsindən söhbət gedə bilməz.
ƏSƏD SEYİDOV
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 10 Noyabr 2024 18:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















