Icma.az
close
up
RU
Ən yüksək və ən aşağı balla qəbul aparan UNİVERSİTETLƏR

Ən yüksək və ən aşağı balla qəbul aparan UNİVERSİTETLƏR

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Ötən il dövlət sifarişi ilə tələbə qəbulu zamanı bəzi ixtisaslarda keçid balları 680 balı keçdiyi halda, bəzilərində minimal hədd 200 bala yaxın olub.

Modern.az "AzEdu.az"a istinadən xəbər verir ki,  “Abituriyent” 12 jurnalına istinadən xəbər verir ki, ötən il  ali təhsil müəssisələrinə dövlət sifarişi əsasında qəbul imtahanlarında ixtisas qrupları üzrə qeydə alınan ən yüksək və ən aşağı minimal keçid balları bəlli olub:

Belə ki, riyaziyyat, fizika, mühəndislik, memarlıq və aqrar ixtisasları əhatə edən I ixtisas qrupunda ən yüksək nəticələr Bakı Ali Neft Məktəbində (BANM) tədrisi ingilis dilində olan ixtisaslarda müşahidə olunub.

Burada İnformasiya təhlükəsizliyi ixtisası 681.0 bal, Kompüter elmləri ixtisası 672.8 bal, Kimya mühəndisliyi ixtisası isə 668.0 bal keçid göstəricisi ilə liderlik edir.

İqtisadiyyat, idarəetmə, sosiologiya və coğrafiya ixtisaslarının daxil olduğu II qrupda BANM-in ingilis dilli Maliyyə ixtisası 653.2 balla ən yüksək pillədə qərarlaşıb. Ondan sonrakı yerləri ADA Universitetinin ingilis dilli Maliyyə ixtisası 637.6 balla və eyni universitetin İqtisadiyyat ixtisası 624.8 balla bölüşür.

Humanitar, pedaqoqika, beynəlxalq münasibətlər və regionşünaslıq istiqamətli III ixtisas qrupunda ən yüksək bal Bakı Dövlət Universitetinin (BDU) ingilis dilli Hüquqşünaslıq ixtisasına aid olub və 664.5 bal təşkil edib.  Bu qrupda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) Hüquqşünaslıq ixtisası 655.4 bal, BDU-nun Azərbaycan dilli Hüquqşünaslıq ixtisası isə 621.7 bal minimal keçid göstəricisinə sahib olub.

Tibb, kimya, biologiya, psixologiya və aqrar ixtisaslarının yer aldığı IV qrupda isə ən yüksək göstərici Azərbaycan Tibb Universitetinin (ATbU) ingilis dilli Tibb ixtisasına aid olaraq 683.7 bal kimi qeydə alınıb. Həmçinin ATbU-nun Azərbaycan dilli Tibb ixtisası 624.3 bal, Qafqaz Universitetinin (QU) Tibb ixtisası isə 614.6 ballıq minimal keçid həddi ilə diqqət çəkir.

Ən aşağı minimal keçid ballarına gəlincə, burada rəqəmlər fərqli ali təhsil ocaqlarında daha aşağı hədlərdə qərarlaşıb:

I ixtisas qrupunda ən aşağı keçid balları Milli Aviasiya Akademiyasının (MAA) Materiallar mühəndisliyi ixtisasında 201.0 bal, Bakı Mühəndislik Universitetinin (BMU) Maşın mühəndisliyi ixtisasında 200.6 bal və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Maşın mühəndisliyi ixtisasında 200.3 bal olub.

II ixtisas qrupunda Mingəçevir Dövlət Universitetinin (MDU) Turizm bələdçiliyi ixtisası 214.7 bal, Qərbi Kaspi Universitetinin (QKU) Turizm bələdçiliyi ixtisası 214.6 bal və Qafqaz Universitetinin (QU) Turizm işinin təşkili ixtisası 201.6 ballıq keçid həddi ilə ən aşağı yerlərdə dayanıb.

III ixtisas qrupu üzrə ən aşağı keçid balları Qarabağ Universitetinin Beynəlxalq münasibətlər ixtisasında 344.8 bal, Azərbaycan İlahiyyat İnstitunun Dinşünaslıq ixtisasında 304.8 bal və yenə Qarabağ Universitetinin İbtidai sinif müəllimliyi ixtisasında 273.0 bal olaraq müəyyən edilib.

Son olaraq, IV ixtisas qrupunda ən aşağı keçid balları Sumqayıt Dövlət Universitetinin (SDU) Ekologiya ixtisası üzrə 284.2 bal, Odlar Yurdu Universitetinin (OYU) Ekologiya ixtisası üzrə 269.6 bal və Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Əczaçılıq ixtisası üzrə 238.2 bal təşkil edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:347
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 İyun 2026 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri