Icma.az
close
up
RU
Yeni tədris ilində ən çox tələbə qəbul edəcək UNİVERSİTETLƏR

Yeni tədris ilində ən çox tələbə qəbul edəcək UNİVERSİTETLƏR

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Ali təhsil müəssisələrinə qəbul planı hər il abituriyentlərin seçimlərinə birbaşa təsir göstərən əsas amillərdən biri hesab olunur. Bu göstərici hər il seçim prosesində də müəyyən rol oynayır. Bununla yanaşı, ən çox tələbə qəbul edən ali təhsil müəssisələrinin təhsil keyfiyyəti, nüfuzu və əmək bazarındakı mövqeyi ilə bağlı da müxtəlif fikirlər səsləndirilir.

Maraqlıdır, 2026/2027-ci tədris ilində ən çox tələbə qəbul edəcək universitetlər hansılar olacaq və bu ali məktəblərə marağı formalaşdıran əsas amillər nələrdir?

Mövzu ilə bağlı Modern.az-a danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, ən çox tələbə qəbulu aparacaq ali təhsil müəssisələri sırasında Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universiteti yer alır.

Onun sözlərinə görə, bu universitetlərin daha çox tələbə qəbul etməsi həm plan yerlərinin sayından, həm də onların abituriyentlər arasında formalaşmış nüfuzundan irəli gəlir:

“2026/2027-ci tədris ilində ən çox tələbə qəbul edən universitetlər əsasən Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetidir. Çünki bu ali təhsil müəssisələrində daha çox qəbul planı nəzərdə tutulub”.

Ekspert bildirib ki, bəzi universitetlərin üstünlük qazanmasının səbəblərindən biri də onların beynəlxalq reytinqlərdə yer almasıdır:

“Nümunə olaraq, Bakı Dövlət Universiteti dünya reytinqlərində Azərbaycandan ən çox tanınan universitetlərdən biridir və yüksək pillələrdə qərarlaşıb. Təhsil keyfiyyəti ilə bağlı müxtəlif yanaşmalar olsa da, yenə də abituriyentlərin ən çox üstünlük verdiyi ali məktəblərdən biridir”.

E.Əfəndinin sözlərinə görə, digər aparıcı universitetlərə maraq da müxtəlif amillərlə bağlıdır:

“Azərbaycan Dövlət İqtisad Universitetinə həm təhsil keyfiyyətinə, həm də plan yerlərinin çoxluğuna görə üstünlük verilir. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində də həm tədris keyfiyyəti müsbət qiymətləndirilir, həm də qəbul planı genişdir. Azərbaycan Dövlət Pedaqoji Universiteti də qəbul planının həcminə görə ən çox tələbə qəbul edən ali məktəblər sırasındadır”.

Ekspert hesab edir ki, plan yerlərinin çoxluğu ilə yanaşı, təhsil keyfiyyəti də həmin universitetlərin daha çox tələbə qəbul etməsinə şərait yaradır:

“Təbii ki, həm təhsil keyfiyyəti, həm də plan yerlərinin çoxluğu həmin universitetlərin daha çox tələbə qəbul etmək imkanlarını genişləndirir”.

Təhsil eksperti Əmrah Həsənli isə deyib ki, 2026/2027-ci tədris ili üzrə qəbul planı tam açıqlanmadığı üçün hazırda hansı universitetin ən çox tələbə qəbul edəcəyini qəti şəkildə söyləmək mümkün deyil.

Onun sözlərinə görə, əvvəlki illərin statistikasına əsasən, ən böyük qəbul planına malik ali təhsil müəssisələri artıq formalaşıb:

“Hazırda ali təhsil müəssisələrinin qəbul planı tam açıqlanmadığı üçün konkret olaraq hansı universitetin ən çox tələbə qəbul edəcəyini demək doğru olmazdı. Amma əvvəlki illərin statistikasına əsasən, ən böyük qəbul planına malik ali təhsil müəssisələri sırasında Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universiteti yer alır. Rəsmi plan yerləri açıqlandıqdan sonra bu barədə daha dəqiq qiymətləndirmə aparmaq mümkün olacaq”.

Ekspert həmçinin vurğulayıb ki, ən çox tələbə qəbul edən universitetlərə marağı yalnız təhsil keyfiyyəti ilə əlaqələndirmək düzgün yanaşma deyil:

“Burada bir neçə amil rol oynayır. İlk növbədə, həmin universitetlərdə qəbul planı daha geniş olur və daha çox ixtisas təklif edilir. Digər tərəfdən, uzun illər formalaşmış nüfuz, məzunların əmək bazarındakı mövqeyi, universitetin yerləşdiyi coğrafi məkan, dövlət sifarişli yerlərin sayı və təhsil haqları da abituriyentlərin seçiminə ciddi təsir göstərir”.

Ə.Həsənli qeyd edib ki, təhsil keyfiyyəti mühüm amillərdən biri olsa da, yüksək qəbul göstəricisi universitetin avtomatik olaraq daha keyfiyyətli olması anlamına gəlmir:

“Əlbəttə, təhsil keyfiyyəti də mühüm faktordur. Lakin yüksək qəbul göstəricisini təkbaşına universitetin keyfiyyət göstəricisi kimi qiymətləndirmək düzgün deyil. Burada əsas meyar məzunların məşğulluq səviyyəsi, tədrisin keyfiyyəti, elmi fəaliyyət və əmək bazarının tələblərinə uyğun kadr hazırlığıdır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://modern.az
archiveBu xəbər 05 Avqust 2026 08:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see474

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see345

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see316

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see286

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see258

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see256

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see252

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see246

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see236

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see225

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see212

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see210

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see210

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see209

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see205

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see203

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see203

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see200

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see193

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri