Icma.az
close
up
RU
Ənənələrimiz laxlayıb: Zorakılıq uşaqların psixologiyasına sağalmaz travmalar vurur

Ənənələrimiz laxlayıb: Zorakılıq uşaqların psixologiyasına sağalmaz travmalar vurur

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ağdamda valideynləri tərəfindən şiddətə məruz qalan körpələrdən biri Respublika Neyrocərrahiyyə Xəstəxanasındadır, digəri isə Ağdam rayon Mərkəzi xəstəxanasındadır.

Bunu APA-ya açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu deyib.

“3 yaşlı körpə əməliyyat edilib. Körpələrin hər ikisi daha sonra Sosial Xidmətlər Agentliyinin müəssisəsində yerləşdiriləcək. AQDPK problemlə bağlı məsələ qaldırıb. Valideynlərin valideynlik hüququndan məhrum edilməsi ilə bağlı hüquqi işlər başladılıb. Valideynlərlə bağlı qərarı isə hüquq-mühafizə orqanları verəcək. Araşdırma aparılır”, - o bildirib.

TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 27.08.2025-ci il tarixində saat 16:20 radələrində 2023-cü il təvəllüdlü azyaşlı (kişi cinsli) komatoz vəziyyətdə Ağdam Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bədənin müxtəlif nahiyələrinin küt travması diaqnozu təyin edilən və zəruri tibbi xidmət göstərilən azyaşlı daha ixtisaslı tibbi xidmət almaq üçün Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə edilib.

Tibb müəssisəsinin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilən pasiyentə müştərək travma, qapalı kəllə-beyin travması, sol beyin yarımkürəsinin üzərində kəskin subdural hematoma, bədənin çoxsaylı əzilmış yaraları diaqnozları təyin edilib.

Pasiyent üzərində subdural hematomanın boşaldılması, dekompressiv kraniotomiya əməliyyatı icra olunub. Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti ağırdır.

Məlumat üçün qeyd edək ki, 2024-cü il təvəllüdlü azyaşlı (kişi cinsli) isə hazırda profilaktik olaraq həkimlərin müşahidəsi altında saxlanılır, aidiyyəti üzrə təhvil veriləcək.

Qeyd edək ki, ötən gün Ağdamın Xındırıstan kənd sakini 2023-cü il təvəllüdlü Rəhimov Vəli (ad şərti) ağır travmalarla Ağdam rayon mərkəzi xəstəxanasına çatdırılıb. Əməli törətməkdə şübhəli bilinən, azyaşlının atası Sadiq Rəhimov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.


Psixoloq Sevinc Baxışova “Sherg.az”a bildirdi ki, Azərbaycanda sağlam ailə, tərbiyəli uşaq böyütmə kimi möhkəm ənənələr mövcuddur:


“Bu, millətimizin ən üstün tərəflərindən biridir. Necə deyərlər, valideynlər uşaqlarının üstündə yarpaq kimi əsərdilər. Lakin təəssüflə deyə bilərik ki, son illər belə gözəl ənənələrimiz laxlayır, bəzi uşaqlar cəmiyyətdən öncə ailədə müxtəlif zorakılıqlara məruz qalır. Təəssüf ki, son vaxtlar baş verən bir neçə hadisə, o cümlədən statistik məlumatlar söyləyir ki, sən demə, ev-ailə bütün uşaqların sevimli məkanı deyilmiş. Uşaqlar bizim gələcəyimizdir, onları düzgün psixologiyada böyütməliyik. Onların davranışlarında təbii ki, qüsurları ola bilər. Valideyinlər və biz mütəxəssislərin öhdəsinə düşən də, o qüsurları aradan qaldırmaqdır. Səsimizin  tonunu qaldıraraq, şiddət göstərərək yox. Zorakılığa məruz qalmış uşaqların psixoloji vəziyyətində baş verən mənfi dəyişikliklərin onların şəxsiyyət kimi formalaşmasına ciddi zərər vurduğunu bilməliyik. Onları bu kimi hallardan qorumağın vacibliyini dərk etməliyik. Uşaqda bir çox psixoloji travmalar,xəstəliklər əmələ gəkir ki, bunlarında nəticəsi təşviş pozuntuları, stressə davamsızlıq, özgüvənsizlik və digər travmalardır. Uşaqda  təşviş pozuntuları artdıqca qorxuları çoxalır, get-gedə uşaqlarda yuxu terrorları yaranır. Gecə yatanda ağlayıb, qışqırır. Gündüz yaşadığı travmanı gecə yuxusunda canlandırır. Bu da uşağın psixologiyasının mənfi tərəfə istiqamətlənməsinə yönəlir. Valideynlər gərək səbrli olsunlar, uşaqları ilə düzgün şəkildə rəftar etsinlər anlamaq lazımdır ki uşaqları döymək çıxış yolu deyil”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://sherg.az
archiveBu xəbər 28 Avqust 2025 13:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri