Icma.az
close
up
RU
Menu

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

Milli adət ənənələrimiz nə üçün UNUDULUR? SORĞU

Milli adət ənənələrimiz nə üçün UNUDULUR? SORĞU

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanın zəngin adət-ənənələri əsrlər boyu xalqımızın mədəni kimliyini formalaşdırıb və nəsildən-nəslə ötürülüb. Lakin müasir qloballaşma və urbanizasiya prosesi bəzi milli dəyərlərimizin unudulmasına səbəb olur. Gənclər arasında milli bayramlar, ailə dəyərləri və xalq oyunları əvvəlki kimi geniş yayılmır, bəzi ənənələr isə zamanla arxa plana keçir. Bu prosesin qarşısını almaq və milli irsimizi qoruyub saxlamaq üçün onların yenidən canlandırılması və təbliği vacibdir. Bəs vətəndaşlar bu barədə nə düşünür? Bununla bağlı SİA vətəndaşlar arasında sorğu keçirib.

Şəhər sakini Əzizə Əliağayeva: "Hər hansı bir adət-ənənənin, bayramın yaxud da milli dəyərlərin yayılması üçün təbliğat xarakterli işlər aparılmaldır. Həmçinin o bayram adət-ənənləri biz əqidəcə çox möhkəm yaşamalıyıq. Halbuki bizim indiki dövrdə populyar mədəniyyətin inkişafına uyğun olaraq gənclər adət-ənənələrdən ayrılır. Belə deyə bilərik ki, biz 1990-cı illərin klassik hekayələrini oxuyan zaman onların təsiri çox gözəldir. 1990-cı illərlə 2020-ci illər arasında il cəhətdən çoxda fərq yoxdur. Amma ki, dəyişiklik cəhətdən fərq yoxdur. İndi bu dəqiqə sosial şəbəkələrdə milli dəyərlərimizdən fərqli olaraq Avropanın təsirləri gəncləri uzaqlaşdırır. Bizim lap əvvəllərdən milli dəyərlərimizin yaşadığımız ailə problemləri olsun, ailə funksiyaları olsun və s. onların hamısını indiki gənclər avropa ideologiyaları ilə danışmağa başlayır".

Şəhər sakini Nailə Sultanova: "İndiki zamanda ənənələr bir yana qalsın, ümumiyyətlə insanlar çox dəyişib. Birdə ki, hal-hazırdaki vəziyyət isə gənclər çox dəyişib. Mənim fikrimcə bunların səbəbləri gənclərə düzgün verilməyən tərbiyələrdir. Onun üçün də ənənəvi milli dəyərlərimizdə gedir, arada olan hörmətlərdə gedir. Ortada heç bir şey qalmıyıb. Hal-hazırda isə bayramlar kim necə istəyir elədə keçirilir".

Şəhər sakini Həsən Məlikov: "Milli adət-ənənələrdən daha maraqlı fəaliyyətlər var. İndiki gənclərin hamısı demək olar ki, telefon və sosial şəbəkələrlə başlarını qarışdırırlar. Yəni onlarla məşğul olmaq daha maraqlıdır, nəinki ki milli adət-ənənələri keçirmək. Mən Novruzun bütün milli bayramlarını bilirəm. Özümdə Şirvandanam. Bayramda da Şirvana gedəcəm, ailəmlə bir yerdə bayramı qeyd edəcəm. Bayram adətlərinə gəldikdə isə təbiiki tanıyıram. Novruzun əsas adətləri olan tonqaldan atlamaqdı, yumurta boyamaq və s. adətləri vardır".

Şəhər sakini Oqtay Vəliyev: "Mən sözün düzü gənclərin milli adət-ənənələr haqqında başqa cür düşüncələrini görməmişəm. O barədə bir fikir yürüdə bilmərəm. Ancaq qaldı ki, lap qədimdə olan adətlərdən təbii ki, indi adətlərimiz fərqlidir. Regionlarda olan ənənələr biraz daha sadələşib. Adi biz uşaq vaxtı olan zaman qapıya papaq atmağa gedirdik. Bu Novruz bayramının adətidir. Amma indi belə şeyə rast gəlinmir. Bunun əsas səbəbi kimi mən maddi vəziyyəti nümunə gətirə bilərəm. Çünki hər kəsin evində bilmək olmur axı, Novruz bayramını qeyd etmək üçün imkan var ya yox. Belə qalan isə hər şey öz qaydasındadır. Sadəcə əvvəlki Novruz abu-havası yoxdur".

Şəhər sakini Aytən Əliyeva: "Milli adətlərin unudulmasında qlobalizasiya prosesləri baş verir. Bunun nəticəsi olaraq isə biz digər mədəniyyətləri mənimsəyirik. Yeni nəslin gəncləri isə adətlərə qismən olsa da üstünlük verdiyinin şahidi oluruq. Bu gün isə yaşlı nəslin adətlərə sadiq qalması haqqında düşünmüşəm. Mən özüm də orta yaşlı bir insanam. Lakin Novruz bayramının elə adətləri vardır ki, onu yeni öyrənirəm. Yəni biz qədim zamandan nəyisə itirə-itirə gəlirik. Çünki bunun səbəbi odur ki, əgər biz nənə-babamızdan hansısa adəti öyrənirik və həmin adət bizə tam versiyada çatdırılmır. Zamanla təbii ki, bu özünü göstərir. Adətləri artıq müxtəlif cür formalarda icra olunmağa başlayır".

Şəhər sakini İsvahan Əhmədov: "Novruz bayramı qədim zamanlardan bu günə qədər bir çox adət-ənənələri ilə yadda qalıb. Lakin zaman keçdikcə bəzi adətlər unudulub və ya dəyişikliklərə məruz qalıb. Məsələn, "Qulaq falı" adəti indi geniş yayılmasa da, bir vaxtlar çox məşhur idi. İnsanlar axşam vaxtı qonşuların qapısına qulaq verər, eşitdikləri ilk sözə əsasən gələcəkləri barədə yozum edərdilər. Başqa bir unudulmuş adət "Süsən-sünbül" bayramıdır. Bu, Novruzdan əvvəl qeyd olunan bir gün idi və əsasən uşaqlar üçün nəzərdə tutulurdu. Onlar qapı-qapı gəzib pay toplayar, müxtəlif oyunlar oynayardılar. Lakin indi bu adətlərin demək olar ki, heç birinə rast gəlmək mümkün deyil".

Şəhər sakini İlham Abbasov: "Əvvəllər Novruz bayramı daha geniş şəkildə, xüsusi mərasimlərlə qeyd olunurdu. İnsanlar bayrama aylar öncədən hazırlaşar, hər evdə böyük şənliklər qurulardı. Qonşuluqda hər kəs bir-birinə pay aparar, küsülülər barışardı. Novruz axşamları süfrə başında böyüklər nağıllar danışar, qədim inanclarla bağlı söhbətlər edilərdi. Bayram günü təkcə ailə daxilində yox, bütün kənd və şəhər camaatı bir yerə yığılaraq müxtəlif oyunlar, yarışlar keçirərdi. İndi bəzi ənənələr unudulub, Novruz əsasən ailə daxilində qeyd edilir, əvvəlki qədər kütləvi şənliklər isə azalıb".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://sia.az
archiveBu xəbər 18 Mart 2025 20:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see345

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see325

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see304

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see293

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see282

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see267

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see255

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see244

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see240

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see236

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see224

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see220

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see216

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see209

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see209

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see195

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see185

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see173

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

02 Noyabr 2026 22:03see170

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

02 Noyabr 2026 22:10see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri