Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Röya tanınmaz obrazda (Foto/Video)

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Ənənəvi telefon zəngləri TARİXƏ QOVUŞUR?

Ənənəvi telefon zəngləri TARİXƏ QOVUŞUR?

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

Azərbaycanda informasiya və rabitə xidmətləri sektorunda gəlirlər son illərdə davamlı artıb. Mövcud statistik məlumatlara əsasən, 2025-ci ildə informasiya və rabitə xidmətlərindən əldə olunan gəlir 4 milyard 15 milyon 574 min manat təşkil edib.
 

Müqayisə üçün, 2021-ci ildə sektor üzrə gəlir 2 milyard 391 milyon 79 min manat olub. Beləliklə, beş il ərzində informasiya və rabitə xidmətlərindən əldə olunan gəlir təxminən 1,62 milyard manat və ya 67,9 faiz artıb.


2022-ci ildə ümumi gəlir 2 milyard 755 milyon 973 min manat, 2023-cü ildə 3 milyard 222 milyon 955 min manat, 2024-cü ildə isə 3 milyard 646 milyon 350 min manat olub. Bu göstəricilər sektorun gəlirlərinin hər il artdığını göstərir.
Sektorun əsas gəlir mənbəyi mobil telekommunikasiya xidmətləri olaraq qalır.
2025-ci ildə mobil telekommunikasiya xidmətlərindən 1 milyard 290 milyon 911 min manat gəlir əldə edilib. Bu məbləğ 2021-ci ildəki 980 milyon 960 min manatla müqayisədə 31,6 faiz çoxdur.
Bununla yanaşı, informasiya texnologiyaları ilə bağlı xidmətlərdə daha sürətli artım müşahidə olunub. Proqram təminatının işlənməsi və bu sahədə məsləhət xidmətlərindən əldə olunan gəlir 2021-ci ildə 212 milyon 245 min manat olduğu halda, 2025-ci ildə 608 milyon 19 min manata yüksəlib. Bu, təxminən 2,9 dəfə artım deməkdir.
İnternet xidmətləri də sektorun sürətlə böyüyən istiqamətlərindən biri olub.
2021-ci ildə bu sahədən əldə olunan gəlir 249 milyon 71 min manat təşkil etdiyi halda, 2025-ci ildə 636 milyon 372 min manata çatıb. Beləliklə, beş il ərzində internet xidmətlərindən gəlir 155 faizdən çox artıb.
 

Məlumatların emalı, veb-səhifələrin hazırlanması və hostinq xidmətlərindən əldə olunan gəlir isə 2021-ci ildəki 104 milyon 580 min manatdan 2025-ci ildə 186 milyon 915 min manata yüksəlib.


Kompüter şəbəkələrinə texniki xidmət və digər informasiya xidmətlərində də artım qeydə alınıb. Bu istiqamətdə gəlirlər 2021-ci ildə 207 milyon 103 min manat olduğu halda, 2025-ci ildə 281 milyon 201 min manat təşkil edib.
Radio və televiziya proqramlarının yayımı və proqramların hazırlanmasından əldə olunan gəlir 2025-ci ildə 110 milyon 503 min manat olub. 2021-ci ildə bu göstərici 78 milyon 626 min manat təşkil edib.
Şəhər və kənd telefon rabitəsində isə artım daha zəif olub.
Bu xidmətlərdən əldə olunan gəlir 2021-ci ildə 62 milyon 980 min manat olduğu halda, 2025-ci ildə 70 milyon 145 min manat təşkil edib.
 

Peyk rabitəsi üzrə gəlirlər əvvəlki illərdə azaldıqdan sonra 2025-ci ildə yenidən artaraq 69 milyon 105 min manata çatıb. 2024-cü ildə bu göstərici 49 milyon 175 min manat olub.


Digər tərəfdən, şəhərlərarası və beynəlxalq telefon rabitəsindən əldə olunan gəlir uzunmüddətli azalma nümayiş etdirib. 2021-ci ildə 34 milyon 143 min manat olan gəlir 2025-ci ildə 21 milyon 761 min manata enib. Bu, təxminən 36 faiz azalma deməkdir.
Maraqlı dəyişikliklərdən biri simli telekommunikasiya xidmətlərində qeydə alınıb. Bu sahədə gəlir 2021-ci ildə cəmi 1 milyon 63 min manat olduğu halda, 2024-cü ildə 41 milyon 248 min manata, 2025-ci ildə isə 42 milyon 888 min manata yüksəlib.
Simsiz telekommunikasiya xidmətlərindən gəlir də 2021-ci ildəki 37 milyon 766 min manatdan 2025-ci ildə 70 milyon 457 min manata çatıb.
Rəqəmlər nəyi göstərir?
Ümumilikdə, rəqəmlər göstərir ki, Azərbaycanda informasiya və rabitə sektorunun gəlir strukturu tədricən dəyişir. Mobil rabitə hələ də ən böyük gəlir mənbəyi olaraq qalır, lakin proqram təminatı, internet, məlumatların emalı və digər rəqəmsal xidmətlər daha yüksək artım tempi nümayiş etdirir.
Xüsusilə proqram təminatı və internet xidmətlərindəki sürətli artım rəqəmsal iqtisadiyyatın sektor daxilində çəkisinin yüksəldiyini göstərir. Ənənəvi şəhərlərarası və beynəlxalq telefon rabitəsində gəlirlərin azalması isə istehlakçı davranışının daha çox internet əsaslı kommunikasiya xidmətlərinə yönəldiyini göstərən mühüm göstəricilərdən biridir.
Ənənəvi zənglər tarixə qovuşur?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının sədri Elvin Abbasov bildirib ki, Azərbaycanda istifadəçilərin ənənəvi telefon zəngləri (səsli rabitə) əvəzinə internet paketlərinə daha çox vəsait ayırması bir neçə əsas iqtisadi, texnoloji və sosial faktorla bağlıdır:
“İlk növbədə, mesajlaşma və zəng tətbiqlərinin (WhatsApp, Telegram, Messenger) gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməsi əsas səbəblərdən biridir. İnternet üzərindən həyata keçirilən səsli və görüntülü zənglər ənənəvi operator tarifləri ilə müqayisədə istifadəçilərə daha çox sərbəstlik və qənaət təklif edir. İnsanlar bir tətbiq vasitəsilə həm səsli rabitə ehtiyacını ödəyir, həm də vizual və fayl mübadiləsi apara bilirlər.
İkinci vacib məqam, mobil telefonların təyinat funksiyasının dəyişməsidir.
Smartfonlar artıq sadəcə rabitə vasitəsi deyil; bank əməliyyatları, onlayn taksi/çatdırılma xidmətləri, sosial media (Instagram, TikTok, YouTube) və e-hökumət xidmətlərinin (myGov, e-Bələdiyyə) mərkəzidir. Günlük ehtiyacların böyük əksəriyyəti rəqəmsal platformalar üzərindən qarşılandığı üçün internet meqabaytlarına olan tələbat standart dəqiqə paketlərini kəskin şəkildə üstələyir.
 

Bundan əlavə, ölkədə genişzolaqlı internet infrastrukturunun və mobil şəbəkələrin (4G və genişlənən 5G) əhatə dairəsinin artması istifadəçi vərdişlərini köklü şəkildə rəqəmsal formata yönəldib.


Operatorların təqdim etdiyi tarif paketlərində də əsas çəki internet həcmlərinə verildiyi üçün istehlakçı büdcəsi təbii olaraq internet xidmətlərinə yönəlir. Nəticə etibarilə, telefonla danışmaq sadəcə bütöv bir rəqəmsal ekosistemin kiçik bir hissəsinə çevrilib və bu da internet xərclərinin üstünlük təşkil etməsini şərtləndirir”.
Surxay Atakişiyev, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://bizim.media
archiveBu xəbər 26 Avqust 2026 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see394

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see351

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see326

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see282

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see279

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see265

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see250

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see230

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see230

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see225

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see221

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see221

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see220

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see219

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see213

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see207

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see205

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see194

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see190

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri