Icma.az
close
up
RU
Ənənəvi poçtdan rəqəmsal innovasiyalara: Qlobal transformasiya kontekstində Azərbaycanın “Azərpoçt” təcrübəsi ARAŞDIRMA

Ənənəvi poçtdan rəqəmsal innovasiyalara: Qlobal transformasiya kontekstində Azərbaycanın “Azərpoçt” təcrübəsi ARAŞDIRMA

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 22 avqust, Təhminə Verdiyeva, AZƏRTAC

XXI əsrdə dünyanı dəyişdirən ən güclü amillərdən biri rəqəmsal transformasiyadır. Texnologiyanın inkişafı ənənəvi sahələrin çoxunu köklü şəkildə dəyişdiyi kimi, poçt sistemlərini də yenidən formalaşdırıb. Bir zamanlar yalnız məktub və sənəd çatdırmaq funksiyası daşıyan poçt təşkilatları bu gün elektron ticarətin ayrılmaz hissəsinə çevrilib, maliyyə xidmətləri göstərməyə başlayıb və dövlət-vətəndaş ünsiyyətində mühüm bir vasitə olaraq qalmaqdadır.

Azərbaycan tarixində poçt xidməti yalnız rabitə vasitəsi deyil, həm də milli müstəqilliyin və dövlətçiliyin inkişafında mühüm rol oynayıb. Ulu Öndər Heydər Əliyev ölkədə müasir rabitə və poçt infrastrukturunun əsaslarını qoyaraq Azərbaycanın dünya informasiya məkanına inteqrasiyası üçün strateji addımlar atıb. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev isə poçt sektorunda rəqəmsallaşma, innovasiya və maliyyə inklüzivliyinə yönəlmiş layihələri dəstəkləyib, “Azərpoçt”u regionda qabaqcıl poçt operatorlarından birinə çevirməyi prioritet elan edib.

AZƏRTAC bu məqalədə ənənəvi poçt xidmətlərinin transformasiyasını üç istiqamətdə araşdırır: Ənənəvi poçtların transformasiyasını şərtləndirən amillər və beynəlxalq nümunələr; “Azərpoçt” MMC-nin transformasiya dövrünün nəticələri; “Azərpoçt”un rəqəmsal həllərinin müştərilər üçün faydaları.

Rəqəmsal yeniliklər və qlobal inteqrasiya

Ənənəvi poçt xidməti tarixən məktub və sənəd daşınması ilə bağlı olsa da, son onilliklərdə rəqəmsallaşma və internetin sürətli inkişafı bu sahənin köklü şəkildə dəyişməsinə səbəb olub. Məktub həcminin azalması poçt sistemlərinin klassik funksiyalarını zəiflədib, lakin e-ticarətin genişlənməsi və elektron ödənişlərin artması poçt operatorlarına yeni imkanlar yaradıb. Artıq poçt müəssisələri yalnız məktub daşıyıcısı deyil, həm də maliyyə xidmətləri, logistika və rəqəmsal həllər təqdim edən qurumlara çevrilməkdədir. Ənənəvi məktublaşma kəskin azalsa da, elektron məktublar və onlayn ünsiyyət vasitələri poçt xidmətlərinin klassik bazarını daraldıb. Bununla yanaşı, internet üzərindən aparılan alış-verişlərin və elektron ticarətin artması poçt operatorlarına kuryer və logistika xidmətlərində yeni gəlir mənbəyi yaradıb. İstifadəçilər artıq daha sürətli, çevik və şəffaf xidmətlər tələb edirlər. Çatdırılma vaxtının qısaldılması, onlayn izləmə imkanı və ödəniş rahatlığı rəqabətdə üstünlük amilinə çevrilib. Poçt sistemləri bank xidmətlərinə yaxın həllər təqdim edir: pul köçürmələri, elektron ödənişlər, kredit və sığorta xidmətləri. Beləliklə, poçt operatorları dövlət və özəl sektorda maliyyə inklüzivliyinə töhfə verir. Beynəlxalq nümunələrə nəzər yetirək:

Hindistan poçtu son illərdə sürətli transformasiya apararaq OTP təsdiqli çatdırılma, UPI ödəniş sistemi ilə inteqrasiya və 5G əsaslı izləmə mexanizmləri tətbiq edib. Bu yanaşma həm müştəri məmnuniyyətini artırır, həm də elektron ticarət üçün təhlükəsiz logistik mühit yaradır.

Polşa poçtu - Polşa “Envelo” adlı rəqəmsal platforma istifadəyə verib. Bu platforma vasitəsilə vətəndaşlar e-məktub, rəqəmsal markalar və digər onlayn xidmətlərdən faydalanırlar. Ənənəvi poçtun rəqəmsal transformasiyası Polşada xidmətlərin həm çevik, həm də ekoloji baxımdan qənaətli olmasına şərait yaradıb.

UPU (Ümumdünya Poçt İttifaqı) və IPC (Beynəlxalq Poçt Korporasiyası) təşəbbüsləri - Beynəlxalq təşəbbüslər göstərir ki, artıq 93 faiz poçt operatoru rəqəmsal xidmətlərə keçid edib. Bu, qlobal miqyasda poçtun yalnız məktub daşınması ilə məhdudlaşmadığını, həm də logistika, rəqəmsal identifikasiya, ödəniş sistemləri və elektron idarəetmə sahələrini əhatə etdiyini sübut edir.

Ənənəvi poçt sistemləri artıq öz tarixi missiyasını dəyişərək rəqəmsal iqtisadiyyatın mühüm infrastrukturuna çevrilir. Bu transformasiya müştəri gözləntilərinə uyğunlaşmaq, rəqəmsal texnologiyalardan yararlanmaq, maliyyə və logistika bazarına inteqrasiya olunmaq kimi istiqamətlərdə inkişaf edir. Nəticə etibarilə, poçt sistemlərinin gələcəyi ənənəvi xidmətlər üzərində deyil, rəqəmsal yeniliklər və qlobal inteqrasiya əsasında formalaşacaq.

Ənənəvi poçtdan rəqəmsal və maliyyə-logistika xidmətlərinə keçid

“Azərpoçt” MMC-nin transformasiya dövrü Azərbaycan poçt sisteminin ənənəvi məktub daşınmasından müasir rəqəmsal, maliyyə və logistika xidmətlərinin kompleks təminatçısına çevrilməsi baxımından mühüm mərhələ kimi qiymətləndirilə bilər. Bu transformasiya qlobal tendensiyalarla səsləşərək həm daxili bazarda rəqabətqabiliyyətliliyin artırılmasına, həm də beynəlxalq standartlara uyğun xidmət modelinin qurulmasına xidmət edir. Transformasiya istiqamətləri və nəticələrə nəzər salaq:

- Əməliyyatların avtomatlaşdırılması və logistika imkanlarının genişlənməsi - Son illər “Azərpoçt” yeni regional çatdırılma mərkəzləri yaradıb, həmçinin “Toshiba” markalı robotlaşdırılmış çeşidləmə avadanlıqlarını tətbiq etməklə əməliyyat proseslərini sürətləndirib. Bu addım poçt dövriyyəsinin həcmini daha qısa müddətdə emal etməyə imkan verərək müştəri məmnuniyyətini yüksəldib.

- Rəqəmsal həllər və mobil xidmətlər - “AzPostMobile” mobil tətbiqi vasitəsilə vətəndaşlar göndərişlərin izlənməsi, ödənişlərin həyata keçirilməsi və digər xidmətlərdən sürətli şəkildə yararlana bilirlər. İnternet bankçılığı və KOB-lar üçün mobil POS həlləri isə iqtisadiyyatın rəqəmsallaşmasına dəstək verməklə yanaşı, kiçik sahibkarların maliyyə axınlarına çıxış imkanlarını genişləndirib.

- Maliyyə inklüzivliyi və beynəlxalq əməkdaşlıq - Dünya Bankı Qrupuna daxil olan IFC (Beynəlxalq Maliyyə Korporasiyası) ilə əməkdaşlıq nəticəsində “Elektron cüzdan” layihəsi həyata keçirilib. Bu təşəbbüs bank hesabı olmayan vətəndaşların da rəqəmsal maliyyə xidmətlərinə çıxışını təmin edərək maliyyə inklüzivliyinin güclənməsinə xidmət edir.

- Regional inkişaf və dövlət-vətəndaş münasibətləri - Qarabağın işğaldan azad edilmiş ərazilərində poçt xidmətlərinin bərpası sadəcə logistika məsələsi deyil, həm də dövlətin sosial-iqtisadi bərpa siyasətinin mühüm komponentidir. Bu addım vətəndaşlara xidmət əlçatanlığını təmin etməklə yanaşı, dövlət-vətəndaş münasibətlərinin möhkəmlənməsinə, regionda iqtisadi aktivliyin artmasına və sosial inteqrasiyanın sürətlənməsinə şərait yaradır.

“Azərpoçt”un transformasiya prosesi göstərir ki, milli poçt operatoru artıq yalnız məktub daşınması ilə məhdudlaşmır. O, eyni zamanda, rəqəmsal maliyyə xidmətləri provayderi, logistika mərkəzi və sosial inklüzivliyin dəstəkləyicisi kimi fəaliyyət göstərir. Bu transformasiya Azərbaycanın poçt sektorunun beynəlxalq təcrübəyə uyğun inkişafını təmin etməklə yanaşı, ölkənin rəqəmsal iqtisadiyyat strategiyasına da mühüm töhfə verir.

Müştəriyönlü xidmətlərdən sosial-iqtisadi inkişaf strategiyasına

Rəqəmsallaşma müasir dünyada bütün sahələrə nüfuz etdiyi kimi, poçt sektorunun da əsas inkişaf istiqamətinə çevrilib. Əgər keçmişdə poçt xidmətləri yalnız məktub və bağlamaların daşınması ilə məhdudlaşırdısa, bu gün rəqəmsal həllər onların çevik, şəffaf və müştəriyönlü xidmətlər göstərməsinə imkan verir.

Azərbaycanın milli poçt operatoru “Azərpoçt” MMC də bu qlobal tendensiyadan geri qalmayaraq bir sıra rəqəmsal həlləri uğurla tətbiq edib. Xüsusilə “AzPostMobile” mobil tətbiqi müştərilərə göndərişlərin onlayn izlənməsi, ödənişlərin real vaxtda həyata keçirilməsi, müxtəlif xidmətlərə rahat çıxış imkanı yaratmaqla gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Bununla yanaşı, mobil POS terminalları kiçik və orta biznes sahiblərinə nağdsız ödənişlər qəbul etmək imkanı verərək sahibkarlığın inkişafına və ölkədə maliyyə dövriyyəsinin rəqəmsallaşmasına şərait yaradır. Müasir rəqəmsal həllərin tətbiqi müştəri məmnuniyyətinin yüksəlməsinə də mühüm təsir göstərir. Çünki indi vətəndaşlar daha az vaxt sərf etməklə daha çox xidmətə çıxış əldə edir, əməliyyatların şəffaflığı isə xidmətə olan etimadı artırır.

Beynəlxalq təcrübə göstərir ki, Hindistan, Polşa və digər ölkələrin poçt operatorları da məhz bu strategiya ilə uğur qazanıblar. Məsələn, Hindistan poçtu mobil ödəniş sistemləri və OTP təsdiqli xidmətlər vasitəsilə vətəndaş rahatlığını təmin edir, Polşa Poçtu isə rəqəmsal markalar və elektron məktub xidmətləri ilə vətəndaşların vaxtına qənaət edir. “Azərpoçt”un atdığı addımlar bu qlobal tendensiyanın Azərbaycan modeli kimi dəyərləndirilə bilər. Əsas diqqət çəkən məqam odur ki, “Azərpoçt”un rəqəmsallaşma siyasəti yalnız texnoloji yeniliklərlə məhdudlaşmır, həm də sosial-iqtisadi inkişaf məqsədlərinə xidmət edir. IFC ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən “Elektron cüzdan” layihəsi maliyyə xidmətlərinə çıxışı olmayan vətəndaşların imkanlarını genişləndirərək maliyyə inklüzivliyini artırır. Digər tərəfdən, işğaldan azad edilmiş Qarabağ bölgəsində poçt xidmətlərinin bərpası vətəndaşların dövlət xidmətlərinə əlçatanlığını təmin edir və regional iqtisadi canlanmaya töhfə verir.

Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu müasir rabitə və poçt siyasəti bu gün Prezident İlham Əliyevin rəqəmsal inkişaf kursu ilə birləşərək ölkəmizin poçt sektorunu yalnız milli deyil, həm də regional səviyyədə aparıcı mövqeyə daşıyır. Nəticə etibarilə, “Azərpoçt”un rəqəmsal həlləri müştərilər üçün sürət, rahatlıq və şəffaflıq təmin etməklə yanaşı, Azərbaycanın rəqəmsal iqtisadiyyat strategiyasının mühüm dayaqlarından birinə çevrilib.

“Azərpoçt” MMC-nin Mətbuat Şurası ilə birgə keçirdiyi “Müasir dünyada və Azərbaycanda ənənəvi poçtun transformasiyası” mövzusunda müsabiqəyə təqdim olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Avqust 2025 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu çox ucuz vətənpərvərlik propaqandasıdır

20 Avqust 2025 17:47see356

Saç ustası olduğu deyilən həkim DANIŞDI

22 Avqust 2025 09:52see167

Mayor VƏFAT ETDİ görün kimi QARDAŞI imiş... FOTO

21 Avqust 2025 10:40see143

17 maddəlik sülh sazişinin əsas elementi budur…

20 Avqust 2025 17:38see129

Aynişan: “Restoranda “steak” 200 manat idi, dedim, nə yaxşı ucuzdur” VİDEO

21 Avqust 2025 18:15see125

Edin Cekodan Türkiyə futbolu və azarkeşləri barədə maraqlı sözlər

20 Avqust 2025 18:20see124

Şəmkirdə dönərdən zəhərlənən 20 nəfərin siyahısı açıqlandı YENİLƏNİB

21 Avqust 2025 01:39see121

İS.M.M MMC yə daha bir iri məbləğli sifariş

20 Avqust 2025 18:51see121

Ərdoğan Makronla müzakirə apardı

21 Avqust 2025 19:21see120

Elzanın bu videosu tənqid edildi Video

21 Avqust 2025 15:18see119

Pakistanda musson yağışları: 800 nəfər ölüb

20 Avqust 2025 17:43see119

Rəqsanə İsmayılovanın vəkilindən müğənnini dələduzluqda ittiham edən şəxsin videomüraciətinə MÜNASİBƏT

20 Avqust 2025 19:40see119

İsti havada artan tərləmə və ağız qoxusunun səbəbləri nədir? Qoxunu hansı qidalarla önləmək olar?

20 Avqust 2025 23:51see119

Ukraynaya “Şahed” hücumu HHM lər işə salındı

21 Avqust 2025 01:24see118

Əlcəzairli boksçudan gözlənilməz qərar

21 Avqust 2025 05:18see118

Avropa Liqası: “Samsunspor” ilk oyunda “Panatinaikos”a uduzub

22 Avqust 2025 00:08see118

Məşhur ağrıkəsici şizofreniya simptomları YARATDI

22 Avqust 2025 00:10see116

“Qalatasaray” onu 8 milyona satdı

21 Avqust 2025 06:16see116

KL: Başakşehir ev, Beşiktaş ın səfər sınağı YENİLƏNİR

21 Avqust 2025 17:01see112

ABŞ Rusiya və Ukraynanın danışıqlardakı mövqelərinin detallarını əldə edib

21 Avqust 2025 05:04see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri