Azərbaycanın avtomobil bazarında Çin bumu zəifləyir, ənənəvi markalar önə keçir ARAŞDIRMA
Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycanın avtomobil bazarı yeni mərhələyə daxil olmaq üzrədir. Bazarda Çin avtomobillərinin iştirakı ilə yaranmış bum zəifləməyə, ABŞ, Yaponiya və Cənubi Koreya istehsalı olan maşınların isə mövqeyi yenidən güclənməyə, onların xüsusilə "2-ci əl" variantları bahalaşmağa başlayıb. Avtosfer.az xəbər verir ki, bu barədə "Report"a "Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası" (AADA) İctimai Birliyinin İdarə Heyətinin sədri Eyyub Əliyev məlumat verib. Onun sözlərinə görə, son illər işlənmiş avtomobillərin 35–40 % ucuzlaşması bazarda ciddi disbalans yaratmışdı: "Bu da avtomobilini satan şəxslər üçün ciddi narahatlıq yaradırdı. Hazırda isə "2-ci əl" bazarında qiymətlər artmağa doğru gediraddım atır və biz bu mərhələni artıq sabtlləşmə kimi qiymətləndiririk".
Güzəştlərin ləğvi bazara təsirsiz ötüşməyib
E.Əliyev bildirib ki, bazardakı qiymət dəyişikliklərinə təsir edən əsas amillərdən biri ekoloji avtomobillərlə bağlı tətbiq olunan güzəştlərin müddətinin ötən ilin sonunda başa çatmasıdır: "Həmin güzəştlər elektromobillərin və hibrid avtomobillərin idxalını stimullaşdırırdı. Bu güzəştlərin mərhələli şəkildə aradan qalxması avtomobil bazarında qiymət davranışını dəyişib. Bununla yanaşı, fərdi şəxslərin ölkəyə gətirdiyi avtomobillərlə bağlı yeni tələblər bazarda mühüm rol oynayır. Belə ki, idxal olunan avtomobillərin ölkədən minimum 6 ay ərzində çıxarılmaması tələbi, həmçinin subsidiyaların ləğvi bazara daxil olan avtomobillərin sayını azaldıb".
İkinci əl avtomobillərdə artım artıq hiss olunur
Assosiasiya sədri qeyd edib ki, sadalanan amillərin təsiri nəticəsində "2-ci əl" avtomobillərin dəyərində artımlar artıq müşahidə olunur. Onun sözlərinə görə, bu artım kəskin qiymət sıçrayışı deyil, daha çox bazarın əvvəlki dövrdə itirdiyi dəyəri bərpa etməsi ilə bağlıdır.
"Paralel olaraq alverçilərin gətirdiyi avtomobillərə tələbat da əhəmiyyətli dərəcədə azalıb. Xüsusilə Çindən gətirilən avtomobillərin sifarişləri 5–10 % səviyyəsindədir. Əvvəllər 40–45 günə ölkəyə daxil olan avtomobillər indi 5–6 aydan tez gəlmir", - deyə o, vurğulayıb.
Alıcı davranışı dəyişir
Ekspertin sözlərinə görə, logistik gecikmələr və risklər fonunda alıcı davranışında da ciddi dəyişiklik müşahidə olunur: "Rəsmi dilerlərlə alverçilər arasında avtomobillərin qiymətində cəmi 1 000–1 500 manat fərqin olması vətəndaşları riskli alışdan çəkindirir. Vətəndaşlar bu fərqə görə özlərini risk altına atmır və rəsmi dilerlərdən maşın almağa üstünlük verirlər. Bu isə bazar üçün müsbət və sağlam tendensiyadır".
Çin bazarının yerini ənənəvi bazarlar tutur
E.Əliyev əlavə edib ki, Çindən avtomobil idxalı ilə bağlı məhdudiyyətlər fonunda ABŞ, Yaponiya və Cənubi Koreyadan gətirilən avtomobillərə maraq artıb: "Lakin bu bazarların xüsusiyyətləri fərqlidir. Çindən əsasən sıfır kilometrajlı, lakin "2-ci əl" statuslu avtomobillər gətirilirdi. ABŞ, Yaponiya və Cənubi Koreya bazarlarından idxal olunan avtomobillər isə müəyyən müddət istifadə olunmuş nəqliyyat vasitələridir. Bu baxımdan Çin bazarı ilə Amerika, Yaponiya və Cənubi Koreya bazarlarını eyni şərtlərlə müqayisə etmək düzgün olmaz. Hazırda bazarda dinamika əsasən Amerika və Koreya istiqamətində müşahidə olunur".
Assosiasiya sədri hesab edir ki, yaxın dövrdə avtomobil bazarında kəskin ucuzlaşma gözlənilmir: "Mövcud qiymət artımı daha çox bazarın tarazlaşması, təklif-tələb balansının formalaşması ilə bağlıdır. Qarşıdakı mərhələdə avtomobil bazarında qiymətlərin daha çox sabit dinamika nümayiş etdirəcəyi, alıcıların rəsmi və şəffaf satış kanallara üstünlük verəcəyi gözlənilir".
Süni qiymət artımı istisna deyil
Avtomobil bazarı üzrə digər ekspert Elnar Rzazadə bildirib ki, gömrük rəsmiləşdirilməsi zamanı elektromobil və hibrid avtomobillərə tətbiq edilən ƏDV güzəştinin bu ildən ləğv edilməsi bazarda qiymət artımını qaçılmaz edəcək: "Bu kateqoriyaya aid avtomobillərin qiymətlərinin artması daxili bazarda digər avtomobil növlərinə də yuxarı yönlü təsir göstərəcək. İlkin aylarda qiymətlərin süni şəkildə normadan artıq formalaşması ehtimalı istisna edilmir. Lakin tələb və təklif mexanizmi bazarı zamanla balanslaşdıracaq və təxminən 3–4 ay ərzində avtomobillər əvvəlki illərdə olduğu kimi real bazar dəyərlərinə yaxınlaşacaq".
Oxunub 12
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 14 Yanvar 2026 22:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















