Icma.az
close
up
RU
Ənənəvi poçtun yeni üfüqləri: Azərbaycan təcrübəsi və qlobal çağırışlar ARAŞDIRMA

Ənənəvi poçtun yeni üfüqləri: Azərbaycan təcrübəsi və qlobal çağırışlar ARAŞDIRMA

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dünyada poçt artıq yalnız məktub daşımaqla kifayətlənən bir xidmət deyil. XXI əsrdə milli poçt operatorları kuryer-logistika şəbəkələrinə, elektron ödəniş və rəqəmsal xidmətlər mərkəzlərinə, e-ticarət üçün əsas infrastruktur qurumlarına çevrilməkdədir. Bunun səbəbi məktub həcmlərinin azalması, bağlama və elektron ticarətin artması, rəqəmsal texnologiyaların isə gündəlik həyatın bütün sahələrinə daxil olmasıdır.

Beynəlxalq təcrübə

Dünya təcrübəsinə baxsaq, görərik ki, Böyük Britaniyanın “Royal Mail” şirkəti məktub daşımalarını ixtisar etməklə, parsel xidmətlərini və poçtamat şəbəkəsini genişləndirməklə mənfəətə qayıda bilib.

Estoniyanın “Omniva” şirkəti 2024-cü ildə 45 milyon bağlama daşımış və bunun əsas hissəsi locker şəbəkəsi və kuryer xidmətlərinin inkişafı hesabına mümkün olub. Ümumdünya Poçt İttifaqının (ÜPİ) 2IPD metodologiyası isə dövlət operatorlarının fəaliyyətini etibarlılıq, çatdırılma sürəti, dayanıqlılıq və uyğunluq meyarları ilə qiymətləndirir. Bütün bunlar göstərir ki, ənənəvi poçtun gələcəyi məktubdan asılılığı azaltmaq, bağlama və rəqəmsal xidmətləri genişləndirmək, locker və PUDO (Pick-Up & Drop-Off) məntəqələri ilə müştəri rahatlığını təmin etməkdədir.

Azərbaycanda vəziyyət

Azərbaycan da bu qlobal tendensiyalardan kənarda qalmayıb. Ölkənin yeganə milli operatoru olan “Azərpoçt” MMC son 20 ildə mühüm inkişaf yolu keçərək universal xidmətlərin əsas dayağına çevrilib. Hazırda qurum 1000-dən çox şöbə və 4500-dən artıq əməkdaşla fəaliyyət göstərir. 2024-cü ildə qurumun sürətli poçt və kuryer xidmətlərindən gəlirləri 26,4 milyon manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 43% çoxdur. Həmin il 246,5 min kiloqram həcmində 1 milyon 519 min sürətli göndəriş icra olunub ki, bunun 1 milyon 408 mini sənəd, 111 mini isə mal göndərişi olub. 2023-cü ildə ölkədə poçt şöbələrinin sayı 1498 olub. Bakı şəhərinin baş planına əsasən isə 2040-cı ildə paytaxtda 181 şöbə fəaliyyət göstərəcək. Bu, sabit şöbələrin mobil xidmətlər və locker həlləri ilə tamamlanacağı hibrid modelin tətbiqinə işarədir.

Rəqəmsal keçid və qlobal uğurlar

Azərpoçtun transformasiyası yalnız logistika ilə məhdudlaşmır. “SmartPay” portalı və filiallarda inteqrasiya olunmuş ödəniş sistemi vətəndaşlara kommunal, dövlət, telekom və digər xidmətlərin ödənişini vahid kanaldan həyata keçirməyə imkan verir. 2023-cü ildə 124 mindən çox ödəniş kartı emissiya olunub. 2024-cü ildən AzPostMobile mobil tətbiqi “Apple Pay” və “Google Pay” sistemləri ilə inteqrasiya olunub. Ölkədə 7/24 işləyən poçtamatların istifadəyə verilməsi müştəri rahatlığı baxımından yeni mərhələ açıb. “Azərpoçt” MMC 2013-cü ildə keyfiyyətin idarə edilməsi üzrə Ümumdünya Poçt ittifaqının qızıl səviyyəli Sertifikatına, 2015-ci ildə S42 ünvanlama Sertifikatına və 2018-ci ildə isə həmin təşkilatın Xidmət Keyfiyyəti Fondunun (XKF) Qəyyumlar Şurasının qərarı ilə “Ən yaxşı Menecment” Sertifikatına layiq görülüb. Azərbaycan poçtu sürətli poçt xidməti üzrə də beynəlxalq sahədə təqdirəlayiq nəticələr əldə edib. Belə ki, hər il Ümumdünya Poçt İttifaqının EMS Kooperativinin tapşırığı və maliyyə dəstəyi ilə müstəqil konsaltinq şirkətləri tərəfindən bütün dünyanın EMS operatorlarının il ərzində göstərdikləri xidmətlərin keyfiyyətinin təftişi və qiymətləndirilməsi aparılır, ilin yekunlarına görə nəticələr elan edilir və sertifikatlar təqdim olunur. “Azərpoçt”un törəmə müəssisəsi olan "Azərekspresspoçt" Rabitə Müəssisəsi (EMS) də bu istiqamətdə qlobal işlər görərək, bir sıra uğurlu nəticələr əldə edib. 2025-ci ildə "Azərekspresspoçt" EMS Kooperativi tərəfindən EMS Kooperativi üzrə gümüş səviyyəli performans və EMS Kooperativi üzrə müştəri xidmətləri mükafatlarına layiq görülüb.

Çoxşaxəli xidmət

Bu illərdə “Azərpoçt”un xidmət spektri də genişlənib. Ənənəvi məktub və bağlama göndərişləri ilə yanaşı, sürətli poçt və izləmə xidmətləri göstərilir. Maliyyə xidmətləri sahəsində ölkədaxili pul köçürmələri, kommunal və digər ödənişlər, POS və “Mobil POS” terminalları mövcuddur. Bu, xüsusilə ucqar bölgələrdə maliyyə inklüzivliyini artırır. Onlayn ödənişlər xidməti genişlənib, vətəndaşlar kommunal, rabitə, internet, televiziya və dövlət xidmətlərinə ödənişlərini “Azərpoçt”un sistemi ilə həyata keçirə bilir. Maliyyə kalkulyatoru və şəffaf tarif sistemi də müştəri rahatlığını artırır. Qurumun biznes xidmətləri sahəsində isə “Retail xidmətləri” çərçivəsində sahibkarlar məhsullarını poçt şəbəkəsi vasitəsilə təhlükəsiz şəkildə satışa çıxara bilir. Bu, xüsusilə kiçik və orta biznes üçün bazara çıxış imkanlarını genişləndirən mühüm dəstəkdir.

Poçt sahəsində Azərbaycanda göstərilən sosial funksiyalar da diqqətəlayiqdir. ÜPİ-nin araşdırmalarına görə, dünyada poçtların böyük əksəriyyəti maliyyə xidmətləri göstərir, bir çox regionlarda isə poçt şəbəkəsi əsasən kənd ərazilərində cəmləşir. Azərbaycanda da poçt şəbəkəsi pensiyaların və sosial ödənişlərin bölgələrdəki vətəndaşlara çatdırılmasında mühüm rol oynayır. Azərpoçtun kənd yerlərində POS-terminallar və mobil xidmətlər vasitəsilə maliyyə inklüzivliyinə verdiyi töhfə sosial ədalətin təminində mühüm əhəmiyyət kəsb edir.

ÜPİ ilə əməkdaşlıq

Azərbaycanın ÜPİ-dəki fəaliyyəti isə xüsusi vurğulanmalıdır. Azərbaycan 1993-cü ildən ÜPİ-nin üzvüdür və bu müddət ərzində beynəlxalq poçt ailəsində fəal iştirakçıya çevrilib. Azərpoçt ÜPİ-nin müxtəlif işçi qruplarında təmsil olunur, beynəlxalq layihələrə qoşulur və ölkənin poçt infrastrukturunun inkişafı üçün bu platformadan istifadə edir. Bundan başqa, “Azərpoçt” regional əməkdaşlıqları gücləndirməklə Azərbaycanın ÜPİ-də nüfuzunu artırır və ölkəni Cənubi Qafqazda poçt xidmətləri üzrə aparıcı mərkəzə çevirmək istiqamətində mühüm addımlar atır. Təsadüfi deyil ki, bu fəaliyyətlərin nəticəsində bu ilin sentyabr ayında Azərbaycan ÜPİ-nin 28-ci Konqresi çərçivəsində təşkilatın iki əsas qərarverici orqanı – Administrativ Şura və Poçt Əməliyyatları Şurasına üzv seçilib. Bununla da ölkəmiz ÜPİ-nin idarəçiliyində birbaşa iştirak edəcək, təşkilatın strategiya, idarəetmə və büdcə məsələlərinə dair qərarların qəbulunda söz sahibi olacaq. Eyni zamanda, Azərbaycan beynəlxalq poçt xidmətlərinin hüquqi və texniki əsaslarını müəyyən edən “ÜPİ Konvensiyası” və digər normativ sənədlərin hazırlanması və dəyişdirilməsi prosesində də iştirak edəcək. Bu da poçt xidmətlərinin standartları, təhlükəsizlik qaydaları və yeni rəqəmsal xidmətlərin formalaşmasında Azərbaycanın mövqeyini ifadə etməyə şərait yaradacaq.

Problemlər və hədəflər

Görülən işlərlə yanaşı Azərbaycanda poçt sahəsində bir sıra çağırışlar qalır. Bəzi bölgələrdə filialların infrastrukturu yenilənməyə ehtiyac duyur. Kuryer bazarında artan rəqabət daha sürətli çatdırılma və izlənəbilənlik imkanlarının təkmilləşdirilməsini tələb edir. Kənd yerlərində rəqəmsal xidmətlərdən istifadənin genişləndirilməsi, mobil poçt xidmətlərinin geniş tətbiqi zəruridir. Ekoloji logistikaya keçid isə başlanğıc mərhələsindədir. Enerjiyə qənaət edən nəqliyyat vasitələrinin, elektrik minivenlərin və velokuryerlərin tətbiqi bu sahədə müasir imici gücləndirə bilər.

Görülməsi nəzərdə tutulan addımlar isə aydındır. Paytaxt və iri şəhərlərdə locker şəbəkəsinin genişləndirilməsi müştəri rahatlığını artıracaq. Kiçik və orta bizneslər üçün açıq tətbiq proqramlaşdırma interfeyslərinin (API) təqdim olunması “Azərpoçt”un e-ticarət platformaları ilə inteqrasiyasını asanlaşdıracaq. Kənd yerlərində mobil poçt xidmətlərinə POS-terminalların əlavə olunması vətəndaşların maliyyə xidmətlərindən istifadəsini artıracaq. Dövlət xidmətlərinin poçt infrastrukturu üzərindən təqdim olunmasının genişləndirilməsi “Azərpoçt”un sosial infrastruktur kimi mövqeyini gücləndirəcək. Yaşıl logistika layihələrinin inkişafı isə xidmətlərin dayanıqlılığını təmin etməklə yanaşı, ekoloji imici möhkəmləndirəcək.

Yekun

Nəticə etibarilə, Azərbaycan poçt sistemi qarşıdakı illərdə yalnız logistika baxımından deyil, həm də maliyyə inklüzivliyi, rəqəmsal ödənişlər və sosial xidmətlər baxımından strateji əhəmiyyət daşıyan bir infrastruktur ola bilər. Ənənəvi poçtun yeni nəfəsi məktubdan rəqəmsala, sabit poçt xidmətindən mobilliyə, yalnız daşıma funksiyası ilə kifayətlənməkdən maliyyə və sosial xidmət platformasına keçid edir. Əgər “Azərpoçt”un transformasiya xəritəsi uğurla həyata keçərsə, ölkəmiz təkcə regionda deyil, bütün postsovet məkanında nümunəvi poçt modelinə çevrilə bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://apa.az
archiveBu xəbər 20 Sentyabr 2025 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see644

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see280

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see254

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see241

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see235

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see203

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see201

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see169

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see162

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see148

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see147

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see144

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see141

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see141

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri