Icma.az
close
up
RU
Ənənəvi poçtun yeni erası: transformasiya və innovasiya

Ənənəvi poçtun yeni erası: transformasiya və innovasiya

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Azərbaycanda poçt rabitəsi Səfəvilərin hakimiyyəti dövründə inkişaf etməyə başlayıb. Müasir formada poçtun yaranması isə XIX əsrin 1-ci qərinəsinə təsadüf edir. Ölkə ərazisində ilk poçt rabitəsi 1818-ci ildə yaradılıb. 1826-cı ildə Bakıda, 1828-ci il martın 12-də isə Naxçıvanda poçt ekspedisiyası təşkil edilib.

1945-ci ildə Bakıda Beynəlxalq Poçt Ekspedisiyası təşkil edilməsi beynəlxalq poçt göndərişlərinin hərəkətinə, qorunub saxlanmasına və çatdırılmasına daha yaxşı nəzarət edilməsi imkanı yaradıb.

1970-ci ildə ölkədə poçt rabitəsi müəssisələrinin sayı 3 dəfə artaraq 1590-a, o cümlədən kənd yerlərində 1171-ə çatıb. Bundan başqa, məktub korrespondensiyasının sayı 3 dəfə, bağlamalar 2 dəfə, qəzet və jurnallar 6,5 dəfə, poçt marşrutlarının məsafəsi 3 dəfə artaraq 20023 km, avtomobil marşrutlarının sayı 9 dəfə artaraq 1705 min km təşkil edib.

XX əsrin sonunda keçmiş SSRİ-nin dağılması və Azərbaycanın müstəqillik əldə etməsi ilə poçt rabitəsinin inkişafında da yeni mərhələyə start verilib. 1997-ci il yanvar ayının 1-dən etibarən poçt rabitəsinin elektrik rabitəsindən ayrılaraq müstəqil bir qurum kimi fəaliyyətə başlaması ilə poçt rabitəsi özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Beləliklə 1997-ci ildə "Azərpoçt" İstehsalat Birliyi kimi işini davam etdirib. 1999-cu ildən "Azərpoçt" Dövlət Müəssisəsi kimi fəaliyyət göstərib. Nəticədə 2000-ci ildən etibarən poçt rabitəsi yenidən rentabelli fəaliyyət göstərməyə başlayıb. 2004-cü 7 oktyabr tarixindən "Azərpoçt" DM Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi nəzdində fəaliyyət göstərən milli operator kimi, 2009-cu ildə "Azərpoçt" DM-in təşkilatı-hüquqi forması dəyişdirilərək "Azərpoçt" MMC kimi fəaliyyətini davam etdirib. 2016-cı ildə isə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qərarı ilə "Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları" yenidən işlənib, müvafiq qaydada Azərbaycan Respublikasının Hüquqi Aktlarının Dövlət Reyestrinə daxil edilib. 2017-ci ildə qurumun ən uğurlu layihəsi olan "Şəbəkə" xidmət mərkəzləri istifadəyə verilib. Müasir xidmət mərkəzlərində poçt xidmətləri ilə yanaşı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin qurumları tərəfindən vətəndaşlara göstərilən xidmətlər vahid məkanda cəmləşib.

Texnologiyanın inkişafı, informasiya cəmiyyətinin formalaşması və rəqəmsal kommunikasiya vasitələrinin yayılması poçt sisteminin funksional strukturunda dəyişikliyi zəruri edib. Bu məqsədlər ölkədə poçt sistemlərinin transformasiyası və modernləşdirilməsi istiqamətində konkret addımlar atılmağa başlanılıb. Poçt xidmətlərinin logistika və sürətli çatdırılması istiqamətində mühüm işlər görülüb. Yeni poçt idarələri yaranıb,  beynəlxalq əməkdaşlıqlar qurulub. Azərbaycan poçtu Ümumdünya Poçt İttifaqına inteqrasiya olunub. Elektron poçt, izləmə sistemləri, onlayn xidmətlər kimi müasir funksiyalar tətbiq edildi.Azərpoçt-un rəqəmsal platformaları sayəsində Azərbaycanın müxtəlif bölgələrində yaşayan insanlar, fiziki poçt şöbəsinə gəlmədən bir çox xidmətlərə onlayn şəkildə çıxış əldə edirlər. Bu isə regionlararası bərabərliyi təşviq edir və rəqəmsal transformasiyanın ölkə üzrə yayılmasını dəstəkləyir.

Elektron ticarətin sürətlə inkişafı nəticəsində fiziki məktubların sayı azalsa da, bağlama və paket daşımaları əhəmiyyətli dərəcədə artıb. Bu, poçt xidmətlərinin loqistika və sürətli çatdırılma sahələrinə yönəlməsini stimullaşdırıb.

Zaman keçdikcə poçt təkcə öz xidmətlərini deyil, tabe olduğu nazirliyin də xidmətlərini mərkəzləşmiş şəkildə əhaliyə təqdim etməyə başlayıb. Belə ki, "Azərpoçt"un nəzdində 2017-ci il fevral ayının 10-da ilk "Şəbəkə" xidmət mərkəzi istifadəyə verilib. Bu mərkəzlər vasitəsilə adi poçt şöbələrindən fərqli olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (keçmiş RİTN) tabeliyində olan digər qurumlar da xidmət göstərməyə başlayıb. Hazırda respublika üzrə 10 "Şəbəkə" xidmət mərkəzi fəaliyyət göstərir. Onlardan 6-sı Bakıda, digər 4-ü isə müvafiq olaraq Cəlilabad, Zaqatala, Sumqayıt və Ağdaş şəhərlərində yerləşir.

Azərbaycan poçtu keçən dövr ərzində yalnız ölkə daxilində deyil, həm də beynəlxalq miqyasda fəaliyyətini genişləndirib. Belə ki, ölkələrarası elektron kommersiyanın həyata keçirilməsi üçün regional tranzit poçt mərkəzi (HUB) layihəsinə 2016-cı ilin iyul ayından başlanılıb.

2003-2023-cü illər ərzində ölkə üzrə maddi-texniki baza gücləndirilib, poçt şöbələri və filiallar əsaslı təmir edilib və ya binaları yenidən tikilib. Statistikaya nəzər salsaq, görərik ki, bu illərdə 887 yeni poçt şöbəsi binası tikilib, 126 poçt şöbəsi binası əsaslı təmir edilib, 11 poçt filialı üçün isə yeni bina tikilib. Əlavə olaraq 367 yeni avtomobil alınaraq istifadəyə verilib.

Yaxın keçmişdən başlayan inkişaf yolu bu gün də davam etdirilir: "Azərpoçt" MMC-nin 2021-ci ildə təsdiqlənən yeni strategiyası infrastrukturun modernizasiyasını və yeni biznes istiqamətlərinin inkişafını nəzərdə tutur. Ən sonuncu strategiyanın effektiv icrasını təmin etmək üçün transformasiya ofisi də qurulub.

Bundan əlavə, 2021-ci ildən optimallaşdırma proseslərinə başlanılıb, struktur islahatları həyata keçirilib, beynəlxalq təcrübəyə əsaslanaraq yeni xidmətlər istifadəyə verilib.

2010-cu ilin 16 aprel tarixində "Azərpoçt" MMC-yə maliyyə xidmətlərinin həyata keçirilməsi üçün xüsusi razılıq (lisenziya) verilib. Bu lisenziya əsasında respublikanın regionlarında əhalinin maliyyə xidmətlərinə sərbəst çıxış imkanı yaradılıb, yeni xidmətlərin göstərilməsi hesabına xidmət çeşidi artırılıb, yerli və beynəlxalq poçt və maliyyə qurumları ilə inteqrasiya gücləndirilib.

Hazırda lisenziyaya malik mindən artıq poçt şöbəsi maliyyə xidmətləri göstərmək iqtidarındadır. Belə ki, poçt şöbələrində maliyyə xidmətlərinin təmin olunması nəticəsində poçt hesablarının açılması və aparılması, pulköçürmələri, maliyyə institutlarında, o cümlədən Mərkəzi Bankda müxbir hesabların açılması, ödəniş vasitələrinin, həmçinin debit kartlarının emissiyası, xarici valyutanın alqı-satqısı, nağd vəsaitin və digər qiymətlilərin inkassasiyası icra olunur.

Bundan başqa, "Azərpoçt" öz fəaliyyətində 2005-ci ildən IFS/STEFI beynəlxalq pulköçürmələri sisteminə, 2011-ci ildən "MasterCard" ödəniş sisteminə, ölkə daxilində isə XÖHKS-ə, AZİPS, HÖP-ə və digər ödəniş sistemlərinə qoşularaq bu sistemlərin imkanlarından istifadə edir.

Poçt sisteminin tərəqqisi onun beynəlxalq səviyyədə fəaliyyət göstərməsində də əks olunub. Xarici əməkdaşlıqlar sayəsində "Azərpoçt" həm beynəlxalq poçt göndərişlərini təmin edir, həm də qlobal poçt şəbəkəsinə inteqrasiya olunmuş bir milli operator kimi xidmətlər göstərir.

"Azərpoçt" MMC Azərbaycanın rəsmi poçt operatoru olaraq 1993-cü ildən Ümumdünya Poçt İttifaqının üzvüdür. Bu, onun xarici ölkələrlə iki istiqamətli poçt mübadiləsi həyata keçirməsinə imkan verir. "Azərpoçt" transsərhəd e-ticarət sahəsində əməkdaşlıqlar quraraq, logistika mərkəzləri, gömrük inteqrasiyası və rəqəmsal izləmə kimi sistemləri təkmilləşdirir. Poçt sistemində rəqəmsal transformasiya aparmaq üçün beynəlxalq qurumlarla təlim, layihə və texniki əməkdaşlıq proqramlarında iştirak edir. "Western Union", "Contact", "MoneyGram" kimi beynəlxalq pul köçürmə sistemləri ilə əməkdaşlıq edərək həm ölkədən kənara, həm də ölkəyə daxil olan pul köçürmələrini həyata keçirir.

"Azərpoçt"un rəqəmsal platformaları sayəsində Azərbaycanın müxtəlif bölgələrində yaşayan insanlar, fiziki poçt şöbəsinə gəlmədən bir çox xidmətlərə onlayn şəkildə çıxış əldə edirlər. Bu isə regionlararası bərabərliyi təşviq edir və rəqəmsal transformasiyanın ölkə üzrə yayılmasını dəstəkləyir.

Ən uğurlu beynəlxalq təcrübələr göstərir ki, poçt xidmətlərinin transformasiyası əsasən rəqəmsallaşma, e-ticarətə inteqrasiya və müştəri yönümlü yanaşma üzərində qurulmalıdır. Azərbaycan kimi inkişaf etməkdə olan ölkələr üçün də bu təcrübələr nümunəvi ola bilər və milli poçt sistemlərinin inkişaf strategiyalarının formalaşdırılmasında mühüm rol oynaya bilər.

İsgəndər HƏSƏNOV

Yazı "Azərpoçt" MMC-nin Mətbuat Şurası ilə birgə keçirdiyi "Müasir dünyada və  Azərbaycanda ənənəvi poçtun transformasiyası" mövzusunda müsabiqəyə təqdim olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:245
embedMənbə:https://525.az
archiveBu xəbər 22 Sentyabr 2025 23:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri