Icma.az
close
up
RU
Ənənəvi, yoxsa elektron kitab?..

Ənənəvi, yoxsa elektron kitab?..

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Biz zamana tabeyik, yoxsa zaman bizə? Bu, xeyli araşdırma və diskussiyaların mövzusu olub, cavabı tapılmayan sual olaraq qalmaqdadır. Bizim istəyimizmi, ya zamanın diktəsimi, – deyə bilməsək də, kitabxanalara ayaq döyüb sanki bir-birimizlə bəhsə giribmiş kimi buradakı rəflərin kitablarını səhifə-səhifə çevirib, cümlələri sətir-sətir yaddaşımıza köçürdüyümüz uzun zamanlar olub. Kitabla yatıb, kitabla oyandığımız, onların özünəməxsus qoxusunu ciyərlərimizə çəkdiyimiz, təsirləndiyimiz anlarda səhifələrini göz yaşlarımızla islatdığımız, xoşladığımız atalar sözlərini, aforizmləri, deyimləri bəzən yaddaşımıza hopdurduğumuz, bəzənsə altından xətt çəkib, səhifələrin bir kənarını qatlayıb işarəli qoyduğumuz zamanlar... Və günlərin bir günü yenilənən zamanla həyatımıza internet daxil olub. Zamanın bu dönəminin üstünlüyü virtual aləmi əhatə etdikcə elektron kitabxananı, kitabı da yaradıb. Bununla mütaliəsevərlər istədikləri anda həm kitabxanalarda, həm də evlərindəcə arzuladıqları kitabı oxuya bilmək imkanı əldə ediblər. Bu zaman kəsiklərinin yaratdığı fərq isə belə bir sual çıxarıb meydana: ənənəvi, yoxsa elektron kitab?

Hər dövrün öz tələbi

Mövzu ilə bağlı Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, şair-publisist İbrahim Yusifoğlu ilə söhbət etdik. Onun fikrincə, hər dövrün öz tələbi var. Elektron kitabxanalar, kitablar da internet əsri adlandırdığımız müasir dövrümüzün tələbidir. İbrahim müəllim indi həm yeniyetmə-gənclərin, həm də orta yaş qrupunda olan insanların kitabları həm elektron, həm də ənənəvi şəkildə oxuduqlarını vurğulayır: – Bu gün həm paytaxt Bakıda, həm də regionlarda, hətta ən ucqar kəndlərdə belə kitabxanalar fəaliyyət göstərir. Artıq 30 il öncə rütubətdən oturmaq mümkün olmayan kitabxanaların yerində geniş, abad, işıqlı kitabxanalar yaradılıb. Müstəqilliyimizin bərpasından sonra kitabxanaların hər birinə dövlətimizin başçısı tərəfindən latın qrafikası ilə nəşr olunan minlərlə kitab hədiyyə olunub.

Son illər mütaliəyə maraq azalıb, bunu hər kəs təsdiqləyər. Lakin gününü kitab oxumadan təsəvvür edə bilməyən insanlar da çoxdur. Məhz buna görə də bu gün ölkə kitabxanalarında həm də elekrton kitabxanaların fəaliyyət göstərməsi təqdirəlayiq haldır. Elektron kitabxananın özünəməxsus üstünlükləri var. Xüsusilə gənclərin istifadə etdikləri elektron kitab onlara təhsilin müxtəlif pillələrinə, ixtisaslarını artırmaq üçün imtahanlara hazırlaşmalarında, müxtəlif elmi işlərlə bağlı araşdırmalar aparmaqda əvəzsiz köməkçidir.

Söz yox ki, həyatımıza nə qədər yeni texnologiyalar daxil olsa da, çap məhsullarını sıxışdırıb aradan çıxara bilməyəcəkdir. Çünki onların saysız oxucuları var. Mən də nəşr olunmuş mənbədən mütaliə etməyə üstünlük verirəm. Bu zaman sanki oxuduğum kitabın yazıldığı dövrə səyahət edirəm, o cəmiyyətdə olur, qəhrəmanların həyatını duyur, yaşadıqlarını yaşayıram. Ona görə də düşünürəm ki, bədii ədəbiyyatların kağız versiyası onların məzmununu elektron versiyadan daha dərin əxz etdirir insana.

Həm elektron, həm də kağız kitab

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin 4-cü kurs tələbəsi Nərmin Hüseynli kitabların həm elektron, həm də kağız versiyasını oxuduğunu bildirir. Deyir ki, özü kimi, tələbə yoldaşları da sərbəst işlərin hazırlanmasında, bəzi tapşırıqların yerinə yetirilməsində ədəbiyyatların əksəriyyətini yalnız elekron kitabxanalardan tapa bilirlər. Həmçinin də bədii ədəbiyyatların. Elə kitab var ki, uşaqlardan biri oxuyur, sosial şəbəkələrdə paylaşır. Sən də onu oxumaq istəyəndə baxırsan ki, kağız variantı yoxdur, məcbur qalıb elektron kitaba müraciət edirsən.

Elektron kitabın üstün cəhətlərindən biri də odur ki, kitabda sənə lazım olan məlumatı və ya gözəl fikirləri dərhal başqa bir yerdə qeyd edə və ya onu müxtəlif sosial şəbəkələrdə digər istifadəçilərlə bölüşə bilirsən. Amma etiraf edək ki, kağız kitablar daha fərqlidir. Kitabın başqa heç bir forması onları əvəz edə bilməz. Çünki onlar sanki canlıdır, ətri olan canlı. Bir mənbədən oxumuşdum ki, ən dərin hafizə qoxu yaddaşıdır. Yaponlar yeni doğulan uşaqlara kitab oxutmazdan əvvəl kitabı qoxuladırlar. Kitab qoxulayan və kitab oxunan mühitdə böyüyən uşaqlar həm kitaboxuma vərdişi əldə edirlər, həm də yaddaşlarının dərinliyindəki qoxu böyüdükcə onlara istiqamət verir. Kitab oxumağa qeyri-ixtiyari yönəlirlər. Yəni sevərək oxuyurlar, məcburən yox.

Elektron kitab kağız kitabın yerini tuta bilməz

Kitabsevər, həyatını bədii ədəbiyyatsız təsəvvür edə bilməyən, kitab oxumağın onun çörək, su kimi ehtiyacı olduğunu vurğulayan Bakı şəhər sakini Leyla Ağəliyeva elektron yox, kağız kitablara üstünlük verdiyini bildirir. O deyir ki, kitabı elektron variantda oxumağa cəhd edib, lakin alınmayıb. Sanki tamamilə hadisələrdən kənarda qalıb, fikrini cəmləşdirə, oxuduğunu əxz edə bilməyib.

Leyla xanım elektron kitabın pulsuz əldə edilməsi, asan daşınması, kağız formatda olmayan kitabların elektron versiyasının daha tez tapılması kimi üstünlüklərini vurğulasa da, kitabı ənənəvi qaydada oxumağı sevdiyini bildirir. Çantasından hazırda oxuduğu bədii ədəbiyyatı – Seselia Ahernin “Sabahın kitabı” əsərini çıxarıb bizə göstərir və deyir ki, ağır olsa da, özümlə gəzdirir, boş vaxtlarımda oxuyuram.

Ancaq elektron kitab

Tələbə Mətin Məmmədli isə ancaq elektron kitab oxuduğunu bildirir. O deyir: – Dünyamız günü-gündən müasirləşir. Əvvəllər elektron kitabları yalnız “bookreader”lə oxumaq olurdusa, indi bu, smartfon telefon, yaxud planşetlərlə də mümkündür. Elektron kitabların internet vasitəsilə yüklənməsi də çox asandır, onları pulsuz əldə edə bilməyimiz isə daha da yaxşıdır.

Gənc mütaliəsevər elektron kitab oxumanın üstün cəhətləri ilə yanaşı, insan üçün zərərlərindən də danışır, mütəxəssislərin fikrinə görə, bunun gözlərə həddən artıq ziyan olduğunu, zaman-zaman baş ağrıları yaratdığını vurğulayır.

Hadisələrin içərisində sən də olursan

Bu il təhsilini magistratura pilləsi üzrə davam etdirməyə nail olan Gülçin Əliyeva mütaliəsevər gəncdir, həm də kağız kitablara üstünlük verir. O deyir: – Kitabın məqsədi həyat dərsidir. İstər elektron, istərsə də kağız kitablar olsun, oxumalıyıq ki, bu həyat dərsini ala bilək. Mən, nədənsə özümü kağız kitablarda tapa bilirəm. Oxuduğum əsərlərin qəhrəmanına çevrilirəm, özümü o hadisələrin içərisində hiss edirəm. Xoşladığım fikirlərin altından xətt çəkir, onları yaddaş kitabıma köçürür, sonralar istifadə edirəm. Lakin elektron kitab oxuyanda bu hisslər məndə yaranmır, onunla aramda bir soyuqluq hiss edirəm. Həm də kağız kitab yaddaşı gücləndirir, həmçinin insanda göz yaddaşını formalaşdırır. Ənənəvi formada mütaliə edənlər bunu da təsdiqləyərlər ki, oxumağa fasilə verəndə kitabın səhifəsinin bir kənarını qatlamaq, səhifələrə toxunmaq, onları çevirəndə yaranan səs çox heyrətamiz və unudulmazdır.

Son söz...

Mövzu ilə əlaqədar söhbət etdiyim mütaliəsevərlərin hər birinin son sözü belə oldu ki, fərqi yoxdur, istər elektron, istər kağız olsun, ta ki kitab oxunsun. Dünyagörüşümüzün formalaşmasında, mənəviyyatımızın zənginləşməsində, söz xəzinəmizin yaranmasında, həyatda mövqeyimizin müəyyənləşməsində, bizə yurd, torpaq sevgisinin, vətənpərvərliyin aşılanmasında birbaşa rolu olan kitab.

Son söz olaraq onu da unutmayaq ki, insanlar iki kateqoriyaya bölünürlər: kitab oxuyanlar və kitab oxuyanlara qulaq asanlar. Hansı olmaq istərdiniz?..

Mətanət Məmmədova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 Aprel 2025 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see319

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see296

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see280

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see274

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see244

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see239

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see229

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see223

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see213

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see198

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see197

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see193

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see191

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see189

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see186

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see185

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see185

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see174

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see172

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri