Icma.az
close
up
RU
Energetika naziri Sloveniyada həmkarı nazir Bojan Kumer və enerji şirkətləri ilə müzakirələr aparıb

Energetika naziri Sloveniyada həmkarı nazir Bojan Kumer və enerji şirkətləri ilə müzakirələr aparıb

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Energetika naziri Pərviz Şahbazov Sloveniyanın ətraf mühit, iqlim və energetika naziri Bojan Kumerin dəvəti ilə bu ölkəyə işgüzar səfər edib. Səfər çərçivəsində Lyublyana şəhərində nazir Bojan Kumer, eləcə də Sloveniyanın aparıcı enerji şirkətləri - “Geoplin”, “Petrol Group”, “Plinovodi” və “HSE” ilə görüşlər keçirilib.

Ətraf mühit, iqlim və energetika naziri Bojan Kumerlə görüşdə gələn il diplomatik münasibətlərin 30 illiyini qeyd edəcək Azərbaycan - Sloveniya ikitərəfli əlaqələrinin inkişafından, qarşılıqlı səfərlərin dinamikasından məmnunluq ifadə edilib. Xüsusilə son illərdə enerji sahəsində əlaqələrin daha intensiv və məhsuldar inkişaf etdiyi vurğulanıb. Bu aspektdə, Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Sloveniya Respublikasının Ətraf Mühit, İqlim və Energetika Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumu, həmçinin SOCAR və “Geoplin” arasında təbii qazın tədarükünə dair Anlaşma Memorandumunun imzalanmasının əhəmiyyəti qeyd olunub. Sloveniyaya Azərbaycan təbii qazının tədarükünə başlanılması enerji sahəsində əməkdaşlığın real nəticəsi və Avropanın enerji təhlükəsizliyinə, eləcə də təchizatın şaxələndirilməsinə mühüm töhfə kimi qiymətləndirilib. Azərbaycanın etibarlı və güvənilən tərəfdaş olduğunu vurğulayan Bojan Kumer, ölkəmizdən tədarük edilən qazın ötən il Sloveniyanın ümumi qaz istehlakının təxminən 5 faizini təşkil etdiyini və bu həcmlərin artırılması istiqamətində əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildirib.

Görüşdə Sloveniyanın enerji siyasətinə dair prioritetləri, Azərbaycanın enerji strategiyası və Avropa İttifaqı ilə strateji tərəfdaşlıq çərçivəsində görülən işlər, qaz tədarükünün artırılması üçün infrastrukturun inkişafı, uzunmüddətli müqavilələrin imzalanması və maliyyələşmə kimi zəruri şərtlərin təmin edilməsi barədə fikir mübadiləsi aparılıb. 2026-cı ildən başlayaraq Trans-Adriatik Boru Kəməri (TAP) ilə qaz tədarükünün 1,2 milyard kubmetr artırılması planı çərçivəsində, habelə uzunmüddətli əsasda Sloveniyaya qaz tədarükü imkanları, hasilat və nəql layihələrinin inkişaf perspektivləri, regional enerji təhlükəsizliyi və qarşılıqlı məsləhətləşmələrin gücləndirilməsi müzakirə olunub.

Görüşdə, həmçinin Azərbaycanın Avropa ilə enerji inteqrasiyası “Xəzər - Qara dəniz - Avropa Yaşıl Enerji Dəhlizi”, “Azərbaycan - Gürcüstan - Türkiyə - Bolqarıstan” interkonnektoru və “Mərkəzi Asiya - Azərbaycan Enerji Dəhlizi” layihələri kontekstində dəyərləndirilib. Bu layihələrin Xəzər dənizi vasitəsilə yeni ticarət yolları, enerji təhlükəsizliyi və regional əməkdaşlıq üçün böyük imkanlar açdığı qeyd olunub, Sloveniya ilə “yaşıl enerji” üzrə əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.

Neft, təbii qaz və “yaşıl enerji” təchizatı üzrə əməkdaşlıq məsələlərinin müzakirəsi “Geoplin” şirkətinin icraçı direktoru Simon Urbancl, “Petrol Group” şirkətinin İdarə Heyətinin prezidenti Sašo Berger, “Plinovodi” şirkətinin icraçı direktoru Marjan Eberlinc və “HSE” şirkətinin icraçı direktoru Tomaž Štokelj ilə görüşdə də davam etdirilib. Sloveniyanın enerji istehlakı, neft, qaz və elektrik enerjisi ilə təminatı, qonşu ölkələrlə təbii qaz ötürücü əlaqələrin qurulması və gücləndirilməsi, habelə bərpa olunan enerji mənbələrindən, o cümlədən günəş və külək enerjisindən elektrik istehsalını artırmaq istiqamətində görülən tədbirlər nəzərdən keçirilib. Azərbaycanla enerji əməkdaşlığının genişləndirilməsi müzakirə edilib. Sloveniyanın enerji şirkətləri Azərbaycanın “yaşıl enerji” layihələrində investor və bu enerjinin alıcısı qismində iştiraka dəvət edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 İyul 2025 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see254

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see213

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see204

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see203

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see194

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see178

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see157

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see157

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see156

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see155

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see155

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see147

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see147

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see146

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see143

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see143

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see141

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see139

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see138

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri