Icma.az
close
up
RU
Sloveniyada revanş günü

Sloveniyada revanş günü

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

“Sabah” Avropa Liqasının I təsnifat mərhələsində bu gün cavab oyununa çıxacaq. Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv Sloveniyada “Çelye”nin qonağı olacaq.

Komandalar arasında ilk oyunda sloveniyalılar qələbə qazanıb (3:2) və üstünlük rəqibdədir. “Sabah” növbəti mərhələyə adlamaq üçün azı 2 top fərqiylə qalib gəlməlidir. İlk oyuna nəzərən bunun olmaq ehtimalı isə çox aşağıdır.

Futbol sürprizlər oyunudur. “Sabah”ın yeni baş məşqçisi Valdas Dambrauskas oyunöncəsi mətbuat konfransında yenə inamlı danışıb. Sloveniyada mütləq qələbə qazanmalı olduqlarını vurğulayan mütəxəssis yaxşı nəticəyə inandığını əlavə edib. İnanmaq işin yarısıdır, “Çelye” səfərində vurulacaq erkən qol rəqibi tələsdirə, təzyiq altına sala və səhvlərə məcbur edə bilər.

İlk oyun göstərdi ki, sloveniyalılar fərdi səhvləri çox edir. Cavab görüşündə rəqibə pressinq tətbiq etmək və qazanılan toplarla sürətli irəli çıxmaq önəmli olacaq. “Çelye”nin hücum oyunçuları daha effektivdirsə, müdafiə haqda bunları demək olmur. Bu səbəbdən bugünkü matçda “Sabah”ın irəli xətt oyunçularının üzərinə böyük yük düşəcək. Kapitan və forvard Pavol Şafrankonun rəqib cərimə meydançasında daha hərəkətli olması mühümdür.

“Çelye”yə qol vurmaq qismən rahat görünə bilər – qapanan komanda deyil, daim hücuma çıxır və boşluqlar verir. Eyni zamanda sloveniyalılar çox qol vurmağı da bacarır. Ötən mövsüm Konfrans Liqasında 1/4 finala kimi yüksələn komanda məhsuldar oyunları ilə də seçilib. İlk matçın son saniyələrində buraxılan qolla məğlub olan “Sabah”ın şansları rəqibə nisbətən azdır. Lakin “bayquşlar” da erkən təslim olmayacaq.

“Çelye” – “Sabah” oyunu saat 22:00-da start götürəcək.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:320
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 17 İyul 2025 10:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see255

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see249

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see229

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see224

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see223

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see220

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see219

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see215

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see215

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see213

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see201

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see186

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see184

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see184

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see176

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see175

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see167

Çox çəki atan kouçdan bədən şəkilləndirmə etirafı VİDEO

02 Oktyabr 2026 19:56see167

ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar Hafiz Paşayev

02 Oktyabr 2026 18:35see165

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri