Energetika Nazirliyi enerji auditoru ixtisas attestatının əldə edilməsi məqsədilə attestasiya elan edir
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 23 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Energetika Nazirliyi enerji auditoru ixtisas attestatının əldə edilməsi məqsədilə təsərrüfat subyektlərində, həmçinin binalarda (qurğularda) enerji auditinin keçirilməsi ixtisas kateqoriyaları üzrə attestasiya elan edir.
Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, attestasiya təsərrüfat subyektlərində enerji auditinin keçirilməsi ixtisas kateqoriyası üzrə noyabrın 6-sı saat 12:00-da, binalarda (qurğularda) enerji auditinin keçirilməsi ixtisas kateqoriyası üzrə isə noyabrın 7-də saat 12:00-da Energetika Nazirliyində təşkil ediləcək.
Həmçinin enerji auditoru ixtisas attestatını əldə etmək istəyən maraqlı şəxslərin məlumatlandırılması və prosesin təşviqi məqsədilə noyabrın 3-ü saat 12:00-da Energetika Nazirliyində “Enerji auditi nədir? Kimlər enerji auditoru ola bilər?” mövzusunda infosessiya keçiriləcək.
Ətraflı məlumatı nazirliyin rəsmi internet səhifəsində “Elanlar” bölməsindəki aşağıdakı linkə daxil olaraq almaq mümkündür.
Baxış sayı:37
Bu xəbər 23 Oktyabr 2025 16:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















