Energetika Nazirliyinin əməkdaşları antikorrupsiya qanunvericiliyi barədə məlumatlandırılıb AZƏRTAC
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 20 dekabr, AZƏRTAC
Energetika Nazirliyində korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşların məlumatlılığının artırılması məqsədilə “Antikorrupsiya qanunvericiliyi və onun praktikada tətbiqi” mövzusunda vebinar keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyevin təqdimatında baş tutan vebinarda korrupsiya anlayışı, dövlət qulluqçularının və digər vəzifəli şəxslərin fəaliyyətində maraqların toqquşmasının qarşısının alınması, korrupsiya hüquqpozmalarının növləri, subyektləri və mövzu ilə əlaqədar digər məlumatlar verilib, suallar ətrafında müzakirələr aparılıb.
Vebinarda Energetika Nazirliyinin Aparatı, nazirliyin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi, nazirlik yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi və İctimai Şuranın üzvlərindən ibarət olmaqla ümumilikdə 45 nəfər iştirak edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 20 Dekabr 2024 15:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















