Icma.az
close
up
RU
“Enerji atəşkəsi” çağırışına əməl olunmur...

“Enerji atəşkəsi” çağırışına əməl olunmur...

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya və Ukrayna qarşılıqlı olaraq hücumları davam etdirir

ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması ilə əlaqədar yeni fikirlər səsləndirib. Onun sözlərinə görə, Putin və Zelenski razılaşma əldə etmək istəyirlər, lakin bunu necə edəcəklərini bilmirlər. “Biz isə onların razılığa gəlməsinə nail olacağıq” - deyə, Tramp söyləyib. Prezident, hər iki liderin enerji infrastrukturuna hücumların dayandırılmasını nəzərdə tutan atəşkəsi dəstəklədiyini düşündüyünü də bildirib: “Düşünürəm ki, onların hər ikisi enerji atəşkəsini dəstəkləyir. Onlar mütləq razılığa gəlməlidirlər”.

Kiyev “hə” deyir, Moskva isə susur...

Xatırladaq ki, enerji atəşkəsi haqqında razılaşma ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Avropa Komissiyası, Ukrayna və NATO nümayəndələrinin bir neçə gün öncə  Mayamidə qış mövsümü ərəfəsində Rusiya-Ukrayna müharibəsində gərginliyin azaldılması və başa çatdırılması yollarını müzakirə etməsi zamanı gündəmə gəlib. Hətta Donald Tramp sosial media hesabında oktyabrın 11-dən Ukrayna ilə Rusiya arasında enerji atəşkəsinə dair razılıq əldə olunduğunu açıqlamışdı. Lakin qarşılıqlı hücumlar tərəflər arasında belə bir razılaşmanın əldə olunmadığını ortaya çıxardı.

Rəsmi Kiyev ABŞ Prezidentinin elan etdiyi enerji atəşkəsi təşəbbüsünü dəstəkləsə də, hesab edir ki, Rusiyanın da atəşkəsə qoşulması vacibdir. Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında bildirib ki, ölkəsi həmişə gərginliyin azaldılmasına yönələn addımları, insanların həyatının qorunmasını, müharibəyə son qoyulması və davamlı sülhün təmin edilməsi üçün zəruri həlləri tam dəstəkləyib. Prezidentin sözlərinə görə, Rusiya Ukraynanın enerji infrastrukturuna hücumları dayandıracağı təqdirdə, Kiyev də Rusiyanın neft emalı zavodlarına zərbələri dayandırmağa hazırdır. O, Avropadakı müharibənin əsl səbəbkarının Rusiya olduğunu vurğulayıb. Ukrayna Prezidentinin sözlərinə görə, enerji infrastrukturuna hücumların dayandırılması mümkündür, lakin Rusiya Prezidenti Vladimir Putin buna hazır deyil. Zelenski vurğulayıb ki, gərginliyin azaldılmasına yönələn istənilən addım qarşılıqlı olmalı və real təminatlarla müşayiət edilməlidir.

Faktlar da atəşkəsin real olmadığını bir daha təsdiqləyir. Belə ki, ötən gün gecə saatlarında Rusiya ABŞ Prezidenti Donald Trampın elan etdiyi “enerji atəşkəsi”nə rəğmən ballistik raketlər və dronlardan istifadə edərək Ukraynanın enerji obyektlərinə yenidən kütləvi hücum edib. Bu barədə Zelenskinin “Telegram” kanalında verdiyi məlumata görə, Rusiya gecə ərzində Kiyev, Kiyev bölgəsi və Xarkovdakı enerji və kritik infrastruktur obyektlərinə qarşı 39 ballistik raket, 120-dən çox hücum dronu və sursatdan istifadə edib: “Rusiyanın hədəflənmiş bu ballistik zərbəsi Amerika Prezidentinin atəşkəsi müəyyən etdiyi enerji sektoruna yönəlmişdi. Zərbə tamamilə qəsdən və miqyasına görə nümayişkaranə idi - Rusiya əvvəllər heç vaxt Amerikaya qarşı bu qədər nümayişkaranə hörmətsizlik göstərməyib”.

Prezident vurğulayıb ki, Rusiya Donald Trampın açıqlamalarını təsirli hesab etmir: “Gecə hücumundan sonra ən azı 600 min ukraynalı işıqsız qalıb və daha çox elektrik kəsintiləri ola bilər. 26 elektrik şəbəkəsində və dörd neft-qaz müəssisəsində qurğu və avadanlıqlara ciddi ziyan dəyib. Həmçinin ölən və yaralananlar var. Amerikadan və dünyada reallığa göz yummayan hər kəsdən buna reaksiya verməyi və sərt münasibət bildirməyi xahiş edirik. Rusiya gərginliyin azaldılması fürsətini əldən verib və açıq şəkildə dəlicəsinə məhvetmə müharibəsini davam etdirməyi seçib”. Lakin Ukrayna da dayanmır, Rusiyanın enerji obyektlərinə hücumlarını davam etdirir.

Ukraynada prezident seçkiləri keçiriləcəkmi?

Son vaxtlar rəsmi Kiyevin tutduğu mövqe isə D.Trampın xoşuna gəlmir. Bu səbəbdən də, Ağ Ev rəhbəri bəyan edib ki, Ukraynanın yeni prezident seçməsinin vaxtı çatıb: “Mən razılaşma əldə edə biləcək yeni liderin gəlməsini təklif edirəm. Çünki Zelenskinin razılaşma əldə etmək üçün çoxlu imkanları olub, amma nədənsə o, heç vaxt bunu etmir. Düşünürəm ki, Ukraynanın yeni prezidentə ehtiyacı var”. ABŞ Prezidenti Ukraynanın Rusiyanın neft emalı müəssisələrinə endirdiyi zərbələri də tənqid edib.

Trampın seçki barədə fikirlərinə münasibət açıqlayan  Zelenski isə deyib ki, Rusiya Prezidenti Vladimir Putin 60 günlük atəşkəsə razılaşacağı təqdirdə, Ukrayna prezident seçkiləri keçirməyə hazırdır: “Əgər Prezident Tramp həqiqətən seçkilərin keçirilməsini istəyirsə, Putinə desin ki, bizə iki aylıq tam atəşkəs təmin etsin və biz seçkiləri keçirək. Əlbəttə, Ukrayna xalqının istənilən seçimini qəbul etməyə hazır olacağıq”.

Onu da qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası Ukraynaya silah tədarükü və kəşfiyyat məlumatlarının ötürülməsi proqramlarını dayandırmaqla hədələyib. Bu barədə “Financial Times” qəzeti adı açıqlanmayan avropalı rəsmilərə istinadla məlumat yayıb. Nəşrin məlumatına görə, ABŞ rəsmiləri oktyabrın 10-11-də Kiyev və Avropa paytaxtları ilə əlaqə saxlayaraq, Avropa vəsaitləri hesabına ABŞ-dan Ukrayna üçün silah alınmasını nəzərdə tutan PURL proqramının, eləcə də kəşfiyyat məlumatlarının paylaşılmasının dayandırıla biləcəyini bildiriblər.

Aİ-də  Ukraynaya dəstək məsələsində fikir ayrılığı var

Belə bir şəraitdə, Avropa İttifaqı bu həftə Ukraynanın müdafiə qabiliyyətini gücləndirmək məqsədilə raket və pilotsuz uçuş aparatlarının (PUA) alınmasına əlavə vəsait ayıracaq. Bu haqda Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen açıqlama verib. O, oktyabrın 11-də Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı apardığını bildirib. Lyayen “X” sosial şəbəkəsindəki paylaşımında Ukrayna xalqı ilə həmrəyliyini və Zelenskiyə tam dəstəyini ifadə edib. “Ukrayna bu həftə Avropa İttifaqı Şurasının gündəliyində əsas məsələlərdən biri olacaq. Biz gələn il üçün maliyyə ehtiyaclarını və Kiyevə beynəlxalq dəstəyin artırılması yollarını müzakirə edəcəyik. Həmçinin bu həftə Aİ Ukraynanın müdafiəsini gücləndirmək və hava məkanını qorumaq üçün dron və raketlərin alınmasına əlavə maliyyə vəsaiti ayıracaq”, - deyə Avropa Komissiyasının Prezidenti qeyd edib.

Niderlandın Baş naziri Rob Yetten isə Avropa İttifaqının (Aİ) liderlərini Ukraynaya dəstəyi gücləndirməyə çağırıb. O, bunu Aİ Şurasının ikigünlük iclasında jurnalistlərə söyləyib. “Bütün Avropa liderlərini maliyyə, hərbi və digər sahələrdə dəstəyi gücləndirməyə çağırıram. Çünki bir çox Avropa ölkəsi Ukraynaya kifayət qədər yardım göstərmir. Ukraynanın bu mənasız müharibədə qalib gəlməsini təmin etmək üçün səylərimizi artırmalıyıq”, - deyə, Baş nazir bəyan edib.

Lakin bəzi Avropa ölkələri belə təşəbbüsləri dəstəkləmir. Məsələn, Slovakiya Ukrayna üçün nəzərdə tutulan yeni Avropa kreditinə qoşulmayacaq. Ölkənin Baş naziri Robert Fitso deyib ki, kreditin ayrılması barədə qərar qəbul ediləcəyi təqdirdə, Slovakiya ilk kreditlə bağlı mövqeyini qoruyub saxlayacaq. Hökumət başçısı, həmçinin Slovakiya və Ukrayna hökumətləri arasında birgə danışıqların noyabrın 5-də Lvov şəhərində keçiriləcəyini bildirib.

Xatırladaq ki, Aİ Şurasının Brüsseldə keçirilən ikigünlük iclasında iqtisadi rəqabətqabiliyyətliliyin artırılması, enerji qiymətlərinin təsirinin azaldılması, Ukraynaya dəstək, Avropanın müdafiə hazırlığı, miqrasiya, Aİ-nin genişlənməsi və Yaxın Şərqdəki vəziyyət müzakirə olunub.

N.BAYRAMLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 16 Oktyabr 2026 09:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see342

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see287

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see274

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see258

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see257

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see242

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see232

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see220

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see207

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see207

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see196

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see196

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see194

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see193

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see191

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see186

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see181

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see172

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see169

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri