Icma.az
close
up
RU
Ərdoğanın vahid türk əlifbası çağırışına tez əməl edilməlidir

Ərdoğanın vahid türk əlifbası çağırışına tez əməl edilməlidir

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Bişkekdə əsas devizlərindən biri türk dünyasının güclənməsi olan Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvəsi dostlarımızın və eləcə də bizə düşməncəsinə yanaşanların reaksiyasız buraxmayacaqları açıqlamalarla zəngin oldu ki, mən onlardan ikisinin üzərində özəlliklə dayanmaq istərdim. Həmən açıqlamalardan birini cənab İlham Əliyev səsləndirərək bildirdi ki, hazırda dünyada artan təhlükələri nəzərə alaraq üzv ölkələr müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığı genişləndirməlidirlər".

Ölkə.Az xəbər verir ki, bunu deputat Sahib Alıyev parlamentdə çıxışı zamanı deyib.

Deputat ümid edir ki, qardaş ölkələr ən azından Ukraynanın acı təcrübəsini göz önünə gətirərək müdafiə ehtiyaclarını tam da olmasa, böyük həcmdə məhz özlərinin hərbi-sənaye potensialını artırmaqla ödəməklə, bu sahədə digərlərindən asılılıqlarını mümkün dərəcədə azaldacaqlar.

"Eyni zamanda, əgər biz daha sıx inteqrasiyadan, rəqəmsal gələcəkdən danışırıqsa, onda cənab Ərdoğanın vahid türk əlifbasına mümkün qədər tez keçidlə bağlı çağırışına əməl edilməlidir. 

Onun da bildirdiyi kimi Azərbaycan və Türkiyə buna tam hazırdırlar, növbə digər qardaşlarmızdadır. Vahid əlifba hay havadarlığı adı altında hibrid savaş aparan türkəfob, islamafob çevrələrə qarşı birgə və koordinasiyalı fəaliyyət baxımından da çox önəmlidir. Yeri gəlmişkən, məhz həmən çevrələrin kontrolundakı medianın ölkəmizi hədəfləyən  azğın informasiya hücumlarının neytrallaşdırılmasında bu həftə fəaliyyətə başlayan ANEWZ televiziya kanalının böyük rol oynayacağı düşüncəsindəyəm.

Dünyanın 110-dan artıq ölkəsində yayılacaq bu kanalda əcnəbilərin də çalışmalarına baxmayaraq, icraçı direktor başda olmaqla orada bizi qlobal müstəvidə uğurla təmsil edə biləcək xeyli azərbaycanlı kadrlar var ki, bu da məhz Müzəffər Ali Baş Komandanımızın insan kapitalına göstərdiyi böyük diqqətin nəticəsidir. Bəli, Azərbaycanda heç vaxt qlobal media müstəvisində ölkəmizi uğurla təmsil edə biləcək indiki qədər çox və hazırlıqlı jurnalistlər olmayıb. 

Ölkəmizə qarşı aparılan hibrid savaşın iki müstəvidə dayanmadığını nəzərə alaraq ümid edirəm ki, onlar peşəkarlıq baxımından bizə zəfər qazandıranların önündə gedən xüsusi təyinatlılarımızdan heç də geri qalmayacaqlar", - deputat bildirib

Mürtəza
Ölkə.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://olke.az
archiveBu xəbər 07 Noyabr 2024 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see355

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see302

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see292

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see272

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see271

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see260

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see246

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see226

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see224

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see222

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see200

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see198

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see197

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see196

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see195

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see188

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see188

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see176

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see176

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri