Enerji auditi sahəsində növbəti ixtisas attestatı təqdim edilib
Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.
Energetika Nazirliyində növbəti enerji auditoru ixtisas attestatının təqdim olunması məqsədilə görüş keçirilib. Görüşdə iştirak edən energetika nazirinin müavini Elnur Soltanov “Enerji auditi xidmətləri göstərən “Energazer” MMC-nin nümayəndəsi Məcidli İbrahim Mikayıl oğluna binalarda (qurğularda) enerji auditinin həyata keçirilməsi üzrə ixtisas attestatını təqdim edib.
Newscenter.az xəbər verir ki, nazir müavini enerji resurslarından səmərəli istifadə olunması, enerji itkilərinin azaldılması və enerji səmərəliliyinin artırılması baxımından enerji auditorlarının peşəkar fəaliyyətinin mühüm əhəmiyyət daşıdığını qeyd edib. Enerji auditlərinin müəssisə və binalarda enerji istehlakının təhlili, itkilərin müəyyənləşdirilməsi və qənaət potensialının üzə çıxarılması baxımından vacib alət olduğu vurğulanıb. Məcburi enerji auditi subyektləri üzrə proseslər və qarşıda duran planlarla bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanunundan irəli gələn tələblərə uyğun olaraq 26-27 fevral tarixlərində təsərrüfat subyektlərində və binalarda enerji auditinin həyata keçirilməsi ixtisas kateqoriyaları üzrə növbəti attestasiya keçirilib. Hər iki ixtisas kateqoriyası üzrə ümumilikdə dörd nəfərin iştirak etdiyi attestasiyalarda yalnız bir nəfər – Məcidli İbrahim Mikayıl oğlu uğur qazanaraq ixtisas attestatına layiq görülüb.
Süleyman
Bu mövzuda digər xəbərlər:Enerji auditi sahəsində növbəti ixtisas attestatı təqdim edilib
26 Dekabr 2025 12:29
Növbəti enerji auditorlarına ixtisas attestatı təqdim edilib
09 İyul 2026 11:27
Enerji auditinin həyata keçirilməsi üzrə ilk ixtisas attestatı təqdim edilib
21 Noyabr 2025 14:49
Enerji auditi üzrə ixtisas imtahanları başlayır
09 Aprel 2026 14:33
İxtisas attestatı əldə etmək istəyənlər üçün növbəti sənəd qəbulu elan edilib
05 Sentyabr 2025 14:30
Baxış sayı:130
Bu xəbər 11 Mart 2026 18:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















