Icma.az
close
up
RU
Enerji müstəqilliyimizi gücləndirən layihə

Enerji müstəqilliyimizi gücləndirən layihə

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

İğdır-Naxçıvan qaz kəmərinin istifadəyə verilməsi Azərbaycan və Türkiyə bağlantısını daha da möhkəmləndirəcək

Türkiyə və Azərbaycan arasında iqtisadi əlaqələr, xüsusilə enerji və nəqliyyat sahəsində əməkdaşlıq son illərdə daha da möhkəmlənərək strateji müttəfiqliyin zirvəsinə yüksəlib. İki qardaş ölkənin dövlət başçılarının, hökumət nümayəndə heyətlərinin ardıcıl davamlı səfərləri iqtisadi əlaqələrin dinamikasını daha da gücləndirib, iqtisadi-ticari, investisiya dövriyyələri əhəmiyyətli həcmlərdə artıb. Birgə təşəbbüskarlıq hər il enerji-nəqliyyat və digər sektorlarda yeni layihələrin ərsəyə gəlməsinə səbəb olur. Bu baxımdan martın 5-də Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın videobağlantı formatında açılışını etdikləri İğdır-Naxçıvan qaz boru kəməri layihəsi iki ölkənin qətiyyətinin və iqtisadi iradəsinin növbəti təzahürü hesab edilə bilər.

Türkiyə və Azərbaycan əsasını qoyduğu meqalayihələrlə həm də regionun xəritəsini dəyişir. Azərbaycan Prezidentinin bəyan etdiyi kimi qardaş ölkə nəhəng layihələr reallaşdır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP kimi neft-qaz boru xətləri layihələri hər iki ölkə ilə bərabər, digər dövlətləri birləşdirir, Avrasiyanın enerji xəritəsini dəyişdirib. Bu gün Azərbaycandan Türkiyə ərazisindən gedən qaz bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir. Türkiyədən başqa 11 ölkə, onlardan 10 Avropa ölkəsi Azərbaycan qazını alaraq öz enerji təhlükəsizliyini gücləndirir. Eyni zamanda, birgə həyata keçirilən nəqliyyat layihələri bölgədə əməkdaşlıq üçün imkanlar yaradır. Türkiyəni Azərbaycanla birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu çox gözəl üstünlüklər təmin edir, təkcə bu iki ölkə üçün deyil, həm daha geniş coğrafiya üçün sıx əməkdaşlıq bağlantılarını möhkəmləndirir. Xüsusilə də Türk dünyasını birləşdirir. Bir sözlə, Türkiyə ilə Azərbaycan arasındakı birlik, qardaşlıq bütün Türk dünyasına böyük bir töhfədir.

Strateji müttəfiqlik problemlərin uğurla həllinə imkan yaradır

İki ölkənin müəllifi olduğu enerji-nəqliyyat layihələri yalnız iqtisadi deyil, həm də siyasi və strateji əhəmiyyətə malikdir. Strateji müttəfiqlik əlaqələrinin inkişafı ölkələrimiz qarşısında duran problemlərin uğurla həllinə imkan yaradır. Bu işbirliyinin mühüm nəticələrindən biri də illərdir Ermənistanın yaratdığı blokada şəraitində yaşamağa məcbur olan Naxçıvan Muxtar Respublikasının enerji təminatının daha etibarlı səviyyəyə çatdırılmasıdır. Azərbaycan və Türkiyə liderlərinin uzaqgörən siyasətinin nəticəsi kimi ərsəyə gələn İğdır-Naxçıvan qaz kəməri məhz bu məqsədlərə xidmət edir.

İğdırdan Sədərək rayonuna qədər uzunluğu 97,5 kilometr olan İğdır-Naxçıvan qaz xətti gündə 2 milyon kubmetr, ildə isə 730 milyon kubmetr qaz ötürmək qabiliyyətinə malikdir ki, bununla da Naxçıvanın qaza tələbatı sabit və etibarlı bir mənbədən tam qarşılanacaq. Qeyd edək ki, hazırda Naxçıvan qazla Azərbaycan və İran arasındakı svop müqaviləsi əsasında təmin olunur, İğdır-Naxçıvan xəttinin istifadəyə verilməsi bu asılılığı tamamilə aradan qaldıracaq, enerji təhlükəsizliyi möhkəmlənəcək. Gələcəkdə çox artırılması nəzərdə tutulur. Layihə, eyni zamanda, Azərbaycanın enerji müstəqilliyini gücləndirəcək, həm də Türkiyə ilə iqtisadi bağları daha da möhkəmləndirəcək.

İqtisadi hədəf 15 milyard dollar ticarət dövriyyəsidir

Son 2 ildə Azərbaycan və Türkiyə arasında qarşılıqlı ticarət dövriyyəsinin həcmi 8 milyard dollara çatıb, qardaş ölkə respublikamızın ümumi ticarət portfelində ikinci yerdə qərarlaşıb. Türkiyə və Azərbaycanın əsas hədəfi ticarət dövriyyəsinin həcmini 15 milyard dollara qədər yüksəltməkdir. Bu hədəfə çatmaq üçün davamlı tərəflər kompleks tədbirlər həyata keçirir. Həmin tədbirlərdən biri kimi Preferensial Ticarət Sazişi mühüm əhəmiyyət daşıyır. Saziş 15 mal qrupu üzrə tariflərin azaldılması, qeyri-tarif maneələrinin aradan qaldırılması ilə iki ölkə arasındakı idxal-ixrac əməliyyatlarını artıraraq ölkələrin qoyduqları ticarət dövriyyəsi hədəfinə çatmasını sürətləndirəcək və eyni zamanda, sərmayələr üçün yeni axını təmin edəcək.

Türkiyə və Azərbaycan Şərq-Qərb və Orta Dəhlizdə qarşılıqlı əməkdaşlığı möhkəmləndirərək tranzit-nəqliyyat potensialını daha da inkişaf etdirməkdədir. Orta Dəhlizin ən mühüm nəqliyyat axınlarından biri kimi strateji əhəmiyyətini artıran Bakı-Tbilisi-Qars yolunun genişləndirilməsi sayəsində yeni nəqliyyat sxeminin əsas qolu olan Qars-İğdır-Naxçıvan dəmir yolu nəqliyyat şəbəkələrinin inteqrasiyasına səbəb olacaq. Bu dəmir yolu xətti Naxçıvan vasitəsilə Türkiyə və Avropaya çıxış imkanlarını artıracaq. Bu, ticari-iqtisadi dövriyyələrin də həcminin artmasında mühüm rol oynayacaq.

İnvestisiyaların həcmi 30 milyard dollara yüksəldiləcək

İki qardaş ölkə biznes icmaları arasında daha çox layihələrin icrasına və işgüzar münasibətlərin səmərəliliyinə xüsusi diqqət yetirərək qarşılıqlı sərmayələrin yatırılmasında bir sıra institusional və iqtisadi stimullardan, güzəşt alətlərindən də istifadə etməkdədir. Hazırda Türkiyənin Azərbaycana yatırdığı investisiyaların ümumi həcmi 12,5 milyard dollar, Azərbaycan şirkətlərinin Türkiyəyə yatırdığı investisiyaların həcmi isə 20 milyard dollara bərabərdir. Sərmayə qoyuluşlarının coğrafiyası çoxşaxəlidir və son illərdə bu tendensiya daha da artıb. Hazırda Türkiyədə 2 minə yaxın Azərbaycan şirkəti çalışır ki, onların bu ölkəyə yönəltdiyi investisiyalar tikinti, nəqliyyat, enerji, neft-kimya, sənaye və digər sahələri əhatə edir. Türkiyənin isə Azərbaycanda 4 mindən çox şirkəti fəaliyyət göstərir ki, onların ölkəmizin iqtisadiyyatına yatırdığı sərmayələr maliyyə, bank, sığorta, rabitə, nəqliyyat, infrastruktur, sənaye, enerji, ticarət, kənd təsərrüfatı, turizm, xidmət və digər sahələrdə cəmləşib.

Həmçinin 2024-cü ilin iyun ayında “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş” qüvvəyə minib və sənədə əsasən, iki qardaş ölkə arasında qarşılıqlı ticarətin və xarici investisiyaların həcminin artırılması, birgə iqtisadi layihələrin icrasında təşəbbüskarlığın daha da gücləndiriməsi nəzərdə tutulur. Saziş, həmçinin Türkiyə şirkətlərinin azad ərazilərdə investisiya güzəştlərindən və stimullaşdırıcı iqtisadi alətlərdən istifadəsinə də geniş zəmin yaradır. Bu baxımdam türk sərmayəçilərinin Qarabağ və Şərqi-Zəngəzurda investisiya qoyuluşlarına maraqları daha da böyüyür və investisiya gündəliyinin yeni ünvanı kimi azad əraziləri ön plana çəkir. Hədəf yaxın 5 ildə qarşılıqlı sərmayə qoyuluşlarının 2 dəfə artırılması, təkcə Türkiyə şirkətlərinin Azərbaycanda yatırdığı investisiyaların həcminin 25-30 milyard dollara çatdırılmasıdır.

Naxçıvanın “yaşıl enerji”sinin Türkiyəyə ixracı

Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlığın gündəliyində enerji sahəsi xüsusi yer tutur, iki ölkə enerjinin müasir şaxəsi olan “yaşıl enerji” üzrə birgə təşəbbüsləri daha da artırmağı hədəfləyir. Bərpaolunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsi, “yaşıl” investisiyaların artırılması və işbirliyi potensialının reallaşdırılması üçün Türkiyə biznes icmasının fəallığının yüksəldilməsi nəzərdə tutulur. Bu layihələrdə də Naxçıvan ön planda dayanır. Muxtar Respublikanın zəngin “yaşıl enerji” resurslarının Türkiyə vasitəsilə region ölkələrinə nəqli nəzərdə tutulur.

İki ölkə arasında enerji sahəsində əldə edilmiş razılaşmaya əsasən, Türkiyə Mərkəzi Asiya-Xəzər-Avropa “yaşıl enerji” kabelinə qoşulacaq və bölgədə yeni meqaenerji platforması təsis olunacaq.

E.CƏFƏRLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 11 Mart 2025 07:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see330

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see301

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see289

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see286

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see282

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see280

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see280

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see258

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see254

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see251

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see247

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see240

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see229

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see223

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see222

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see216

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see207

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see197

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see197

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri