Icma.az
close
up
RU
Enerji sahəsində tarixi dönüş: “8 Noyabr” Elektrik Stansiyasının istifadəyə verilməsi ŞƏRH

Enerji sahəsində tarixi dönüş: “8 Noyabr” Elektrik Stansiyasının istifadəyə verilməsi ŞƏRH

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

2025-ci il iyunun 24-də Prezident İlham Əliyevin iştirakı ilə Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimi keçirildi. Bu mühüm hadisə ölkəmizin energetika tarixində əlamətdar bir səhifə açdı və Azərbaycan Respublikasının enerji müstəqilliyi istiqamətində atdığı ən mühüm addımlardan biri kimi qiymətləndirilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu layihə yalnız texniki və iqtisadi baxımdan deyil, həm də mənəvi-siyasi baxımdan olduqca böyük əhəmiyyət daşıyır. Stansiyanın adı da təsadüfi seçilməyib – “8 Noyabr” – Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə xalqımızın qazandığı tarixi Qələbənin şərəfinə seçilmişdir. Bu, Azərbaycanın həm hərbi, həm də iqtisadi sahədə gücünü nümayiş etdirən simvolik addımdır. Azərbaycan Respublikası energetika sahəsində sürətli və sistemli inkişaf yolunu seçərək, enerji təhlükəsizliyini təmin etməklə yanaşı, regionda etibarlı enerji tərəfdaşına çevrilmişdir. “8 Noyabr” Elektrik Stansiyasının istismara verilməsi bu siyasətin ən mühüm nailiyyətlərindən biridir. Stansiyanın istifadəyə verilməsi ilə ölkəmizdə elektrik enerjisi istehsalında daha böyük sabitlik və dayanıqlılıq əldə olunacaq. Bu isə həm sənaye, həm kənd təsərrüfatı, həm də sosial infrastrukturun davamlı şəkildə enerji ilə təmin olunmasına geniş imkanlar yaradacaq.

Prezident İlham Əliyev öz çıxışında bildirmişdir: “Bu gün enerji sahəsində daha bir uğura imza atırıq. Bu stansiya təkcə Mingəçevir üçün deyil, bütün Azərbaycan üçün strateji əhəmiyyət daşıyır. Ölkəmizin enerji təhlükəsizliyini təmin edən, iqtisadi sabitliyini möhkəmləndirən bir obyekt istifadəyə verilir.” “8 Noyabr” Elektrik Stansiyası istismar gücü və texnoloji göstəricilərinə görə Azərbaycanın ən iri elektrik stansiyası hesab olunur. Stansiyanın ümumi gücü 1,280 meqavat təşkil edir və illik istehsal gücü təxminən 5 milyard kilovat-saat elektrik enerjisidir. Bu, ölkənin illik enerji tələbatının böyük bir hissəsini ödəməyə imkan verir. Stansiya ən müasir texnologiyalarla təchiz olunmuşdur. Burada qaz-turbin texnologiyası tətbiq edilib və bu, həm enerji səmərəliliyini artırır, həm də ətraf mühitə təsiri minimuma endirir. Eyni zamanda, bu stansiyanın istifadəyə verilməsi ölkənin enerji ixrac potensialının daha da genişlənməsinə şərait yaradır.
Açılış mərasimində çıxış edən Prezident İlham Əliyev vurğulayıb ki:
“Biz enerji istehsalını müasir texnologiyalarla təmin etməklə, ölkəmizi gələcəkdə də enerji mərkəzi kimi saxlayacağıq. Bu stansiya həm daxili bazarı təmin edəcək, həm də ixrac imkanlarımızı genişləndirəcək.” Azərbaycanın energetika sahəsində uğurlarının kökü 1970-ci illərə – Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövrünə gedib çıxır. Məhz onun təşəbbüsü və birbaşa nəzarəti ilə 1974-cü ildə Mingəçevirdə “Azərbaycan” İstilik Elektrik Stansiyasının təməli qoyulmuşdu. O dövrdə bu layihə müstəqil gələcəyimizin iqtisadi bazasının əsasını qoymuşdu.

Prezident İlham Əliyev açılışda bu tarixi hadisəyə xüsusi diqqət ayıraraq qeyd etdi ki: “Mingəçevirdə elektrik stansiyalarının inşası Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Bugünkü uğurlarımız o dövrdə əsası qoyulmuş layihələrin davamıdır.” Bu gün Azərbaycanın enerji sektoru dünya miqyasında nümunə kimi göstərilir. “8 Noyabr” Elektrik Stansiyasının istifadəyə verilməsi də bu siyasətin uğurla davam etdirildiyini sübut edir.

“8 Noyabr” Elektrik Stansiyası təkcə texniki nailiyyət deyil, həm də qələbə ruhunun, iqtisadi gücün və strateji baxışın simvoludur. Bu stansiya Azərbaycanın enerji sektorunda yeni dövrün başlanğıcı olmaqla yanaşı, ölkəmizin beynəlxalq enerji bazarındakı mövqeyini də gücləndirəcək.
Enerji sahəsində əldə olunan bu mühüm nailiyyət Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasətin və milli inkişaf strategiyasının parlaq nümunəsidir. Zəfər günü ilə adlandırılan bu stansiya gələcək nəsillərə həm tarix, həm də güvənli enerji mənbəyi kimi qalacaq.

Könül İbrahimova

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Fiziologiya İnstitutu üzrə ərazi partiya təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 30 İyun 2025 09:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see210

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see199

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see185

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see182

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see178

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see151

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see151

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see147

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see144

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see142

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see140

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see139

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see138

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see138

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see133

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see132

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see132

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see131

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see130

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri