Sakinlərlə razılığa gələ bilməyən MTK yaşayış ola ola tikinti aparır (VİDEO)
Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.
Gecə saatlarında ağır texnika ilə aparılan tikinti işləri... Tikinti zamanı digər yaşayış evləri ilə gözlənilməyən ara məsafəsi, səs-küy və binadan qopub düşən təhlükəli parçalar...
Görüntülər "Pilot 16" MMC-yə məxsus "Eleven Park" yaşayış kompleksindəndir. Sakinlər iddia edirlər ki, bir neçə il əvvəl başlayan tikinti işləri onlar üçün təhlükəli vəziyyət yaradır. Onların iddialarına görə, digər yaşayış evlərində sakinlər olduğu halda təhlükəli şəkildə, tikinti normalarına əməl edilmədən işlər aparılır.
Sakinlər bildirirlər ki, tikinti şirkəti ilə bir qisim sakinlər arasında kompensasiya məbləği razılaşdırılıb və köçürülüb. Lakin bəzi sakinlərlə heç bir müqavilə bağlanılmayıb. Razılaşma olmadığı halda tikinti şirkətinin sakinlərin təhlükəsizliyinə məhəl qoymadan hər gün işlər aparıldığı iddia olunur. Sakinlər onu da bildirirlər ki, aidiyyəti qurumlar tikintinin dayandırılmasına dair qərar versə də, şirkət icra etmir.
Məsələ ilə bağlı "Pilot-16" MMC-dən "Xəzər Xəbər"ə bildirilib ki, ərazidə yaşayan sakinlərin bəziləri evlərinin faktiki ölçüləri ilə razılaşmırlar və şirkətin düzgün ölçü aparmadığını bildirirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 29 Dekabr 2025 11:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















