Enerji sisteminin ardıcıl sıradan çıxması qeyri adi hadisədir
Icma.az xəbər verir, Azpost saytına əsaslanaraq.
Ölkə ərazisində elektrik sisteminin ardıcıl dayanması qeyri-adi hadisədir və bütün detallar araşdırılmalıdır.
Bu sözləri Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ölkədə iyulun 24-25-də elektrik enerjisinin verilişinin dayanmasını şərh edərkən söyləyib. O, bütün detalların araşdırılmasının vacib olduğunu bildirib.
Onun sözlərinə görə, baş verənlərin səbəbləri tam müəyyənləşdirilməlidir.
“Bunun nə ilə bağlı olduğunu araşdırmaq vacibdir. Fakt budur ki, bütün sistemin bir-birinin ardınca dayanması qeyri-adi hadisə idi. Əgər burada insan amili, kiminsə müdaxiləsi və ya təxribat faktı varsa, əlbəttə ki, bunların hamısı üzə çıxarılmalıdır”, – deyə Ş.Papuaşvili qeyd edib.
Xatırladaq ki, Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti ölkə ərazisində iyulun 24-25-i təkrarlanan elektrik kəsintiləri ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 318-ci maddəsi – Dövlət maraqlarına zərər vurmaq məqsədilə mühüm obyektlərin normal fəaliyyətinin pozulması və ya onlara zərər yetirilməsi maddəsi ilə istintaqa başlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:177
Bu xəbər 25 İyul 2026 21:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















