Icma.az
close
up
RU
Enerji siyasətinin uğurlu davamı ŞƏRH

Enerji siyasətinin uğurlu davamı ŞƏRH

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Prezident İlham Əliyevin iştirakı ilə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının istifadəyə verilməsi, Azərbaycanda elektrik enerjisi təsərrüfatının fəaliyyətinin gücləndirilməsinin bariz göstəricisidir. Bu sahənin inkişafı ilə davamlı addımların atılması müsbət nəticələrin əldə olmasına zəmin yaradıb. Xızı–Abşeron elektrik yarımstansiyasının istifadəyə verilməsi regionun enerji təminatında dayanıqlığın artırılması, iqtisadi inkişafın sürətləndirilməsi və əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır.Stansiyanın istifadəyə verilməsi Azərbaycanın bərpaolunan enerji mənbələrinin inkişafına verdiyi strateji önəmi, enerji təhlükəsizliyinə yönəlmiş ardıcıl siyasəti və ekoloji dayanıqlığı təmin etmək məqsədini nümayiş etdirir. Gücü 240 meqavat olan bu müasir stansiya ölkəmizin enerji balansını gücləndirməklə yanaşı, iqtisadi inkişafın sürətlənməsinə və “yaşıl enerji” strategiyasının reallaşmasına da mühüm töhfə verəcək.

Eyni zamanda Xızı–Abşeron stansiyası müasir texnologiyalar əsasında inşa olunub və yüksək enerji ötürmə qabiliyyətinə malikdir.

Prezident İlham Əliyev “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimində çıxışında enerji ilə bağlı müxtəlif məqamlardan, bu sıradan bərpaolunan enerji növlərindən də söz açdı. Bu, Azərbaycanda enerji istehsalının şəbəkələri haqqında daha müfəssəl məlumat olmaqla, onun coğrafiyasının da ünvanlarının göstəricisi oldu.

Ölkə Prezidenti çıxışı zamanı vurğulayıb ki, son illər ölkəmizdə enerji infrastrukturunun yenilənməsi və şaxələndirilməsi dövlət siyasətinin əsas prioritetlərindən biridir. Azərbaycanın enerji təhlükəsizliyi təkcə daxili tələbatın ödənilməsi ilə məhdudlaşmır, eyni zamanda ölkəmizin etibarlı enerji tərəfdaşı kimi beynəlxalq mövqeyini daha da möhkəmləndirir.

Dövlət başçısı qeyd edib ki, bu kimi layihələr Azərbaycanın davamlı inkişaf strategiyasının tərkib hissəsidir və ölkənin gələcək inkişafına güclü töhfə verir.

“Ötən il Mingəçevirdə yeni elektrik stansiyasının açılışını qeyd edərkən bir daha əmin olduq ki, Azərbaycanda bu iki proses, yəni ənənəvi generasiya gücləri və bərpaolunan generasiya gücləri paralel şəkildə aparılmalıdır. Ancaq o təqdirdə biz istədiyimiz nəticəyə nail ola bilərik. Keçən il Mingəçevirdə istismara verilmiş ənənəvi elektrik stansiyasının generasiya gücü təxminən 2000 meqavata bərabərdir və bu gün Azərbaycan enerji təminatı, enerji təhlükəsizliyi nöqteyi-nəzərindən özünü çox rahat hiss edir. Bu yaxınlarda 230 meqavat gücündə Günəş elektrik stansiyası istismara verilmişdir. Bu gün 240 meqavat gücündə külək elektrik stansiyası, işğaldan azad edilmiş ərazilərdə - Cəbrayıl rayonunda hazırda üç Günəş elektrik stansiyası inşa edilir. Bu üç stansiyanın ümumi potensialı 340 meqavatdır.”, - deyə bildirən Prezident İlham Əliyev bu gün ölkəmizin müxtəlif yerlərində bərpaolunan enerji növlərinin inkişaf etdiyi qeyd edərək, növbəti böyük stansiyaların açılışının Biləsuvarda, Neftçalada, Naxçıvanda, işğaldan azad edilmiş ərazilərdə nəzərdə tutulduğunu diqqətə çatdırıb: Azərbaycanın coğrafi vəziyyəti elədir ki, istənilən bölgədə bərpaolunan enerji növlərini istehsal etmək mümkündür. Mən hələ Xəzər dənizinin potensialını demirəm. Xəzər dənizinin Azərbaycan sektorundakı külək potensialı beynəlxalq qiymətləndirməyə görə, 157 giqavat səviyyəsindədir. Yəni növbəti illərdə artıq bu proses Azərbaycanda geniş vüsət alacaq. Azərbaycan bölgənin çox etibarlı və böyük elektrik generasiya gücünə malik ölkəsi olacaq. Mən buna şübhə etmirəm. Ona görə xarici investorları həm bu sahəyə, həm də böyük həcmdə elektrik enerjisi tələb edən digər sahələrə dəvət edirəm. Xüsusilə süni intellekt, data mərkəzlərinin yaradılması və böyük enerji gücünə tələbat olan digər sahələrə investisiya qoymağa dəvət edirəm. O cümlədən Azərbaycan şirkətlərini də.

Bərpaolunan enerji potensialının artması, mühüm infrastrukturun açılışı bir daha göstərdi ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkəmizdə müasir, dayanıqlı və təhlükəsiz enerji infrastrukturu formalaşdırılır.

Mətanət Səfərli

YAP Nəsimi rayon təşkilatının əməkdaşı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 14 Yanvar 2026 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see571

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see412

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see289

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see256

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see252

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see245

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see245

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see243

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see239

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see233

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see232

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see227

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see225

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see221

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see199

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see193

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see191

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see188

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see172

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri