Icma.az
close
up
RU
Enerji tələsində olan Ermənistanda xalqı asılılıq etimalı ilə qorxudurlar

Enerji tələsində olan Ermənistanda xalqı asılılıq etimalı ilə qorxudurlar

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Ermənistanın Niderlandlardakı keçmiş səfiri Dzyunik Agacanyan, ölkənin enerji sahəsində ciddi təhlükələrlə üzləşdiyini bildirir. O, Ermənistanın öz enerji tələbatını təmin edən bir ölkə olmasına baxmayaraq, yaxın gələcəkdə enerji baxımından Azərbaycan və Türkiyədən asılı vəziyyətə gələ biləcəyini qeyd edib.

Bizimyol.info bu barədə Ermənistan mətbuatına danışan Agacanyan, mövcud hökumətin seçkilər öncəsi cəmiyyətdə narazılıqları azaltmağa və öz mövqeyini gücləndirməyə çalışdığını vurğulayıb. Bununla yanaşı, ölkədəki daxili siyasət və əslində "sülh müqaviləsi"ni əldə etmək məqsədiylə hökumətin müxtəlif xarici qüvvələrə güzəştlər etməsi məsələsini irəli sürüb.

Ermənistanın "Elektrik Şəbəkələri" şirkətinin dövlətləşdirilməsi prosesini müzakirə edən Agacanyan, bu addımın ölkəni həm də Türkiyə və Azərbaycanla enerji asılılığına sürükləyəcəyini söyləyib. O, bu vəziyyətin nəticədə ölkənin elektrik enerjisi və qaz təminatını təhlükəyə atacağını qeyd edib.

Əlavə olaraq, Agacanyan, Türkiyənin inşa etdiyi "Akkuyu" atom elektrik stansiyasının regional enerji bazarını daha da genişləndirəcəyini və bu, Ermənistanın artıq enerji müstəqilliyini itirməsinə səbəb olacağını vurğulayıb.

Qeyd edək ki, Ermənistanın "Metsamor" Atom Elektrik Stansiyası ölkə üçün əsas elektrik enerjisi mənbəyidir. Bu stansiya, əslində, Ermənistanın elektrik tələbatının böyük bir hissəsini təmin edir. Lakin, "Metsamor"un təhlükəsizliyi və beynəlxalq təzyiqlər nəticəsində bu stansiyanın gələcəyi qeyri-müəyyən ola bilər.

Ölkənin təbii qaz təchizatı məsələsi də aktuallıq kəsb edir. Ermənistan indiyə qədər əsasən Rusiyadan təbii qaz alınıb, lakin son illərdə münasibətlərin dəyişməsi qaz təminatına da təsir edib.

Bindan əlavə, İrəvan son illərdə bərpa olunan enerji sahəsinə sərmayə qoymaq niyyətindədir, lakin bu sahə hələ də ölkənin ümumi enerji tələbatını qarşılayacaq səviyyədə inkişaf etməyib.

Ermənistan uzun illərdir ki, Rusiya ilə güclü siyasi və iqtisadi əlaqələri olub. Ermənistanın enerji təchizatı, "Metsamor" atom stansiyasının təhlükəsizliyi də daxil olmaqla demək olar ki, tamamilə Rusiyanın nəzarətində olub. Lakin, son illərdə Ermənistanın qərb yönümlü siyasətə meyl etməsi və Qərbin təsirinin artması, Rusiyanın mövqeyini zəiflətməyə başlayıb.

Hazırda ölkəyə "Grazdanin Dögor" (Vətəndaş Müqaviləsi) partiyası rəhbərlik edir. Bu hökumət iqtisadi və siyasi məsələlərdə böyük qərarları qəbul edir, həmçinin Türkiyə və Azərbaycanla əməkdaşlıq etməyə meyllidir. Bəzi müxalifət qüvvələri isə bundan istifadə edərərək Ermənistanın "rəqib" güclərlə əlaqələrini gündəmə gətirərək buna qarşı çıxırlar.

Populist siyasətçilər yaxınlaşan seçkilərdə önə çıxmaq üçün "Ermənistanın enerji sahəsində Türkiyə və Azərbaycanla əməkdaşlığı gücləndirməsi geosiyasi riskləri artırır", - deyə iddialar səsləndirirlər. Ölkədəki müxalif fikirli ekspertlər bildirirlər ki, bu, Ermənistanı "energetik tələyə" sürükləyə bilər. "Əgər Ermənistan Azərbaycan və Türkiyə ilə sıx əməkdaşlıq etsə, Rusiyanın enerji təchizatından asılılıq azalacaq, amma nəticədə daha çox Türkiyə və Azərbaycanla asılılıq yaranacaq. Beləliklə, ölkənin enerji müstəqilliyinə zərbə vurulmuş olar", - deyə onlar, seçki öncəsi xalqın "incə damarına" toxunmağa çalışırlar. Yuxarıda da qeyd edildiyi kimi, əslində, Ermənistanın enerji müstəqilliyi heç vaxt olmayıb. Çünki tikintisinə ötən əsrin 1973-cü ilində başlanılan "Metsamor" (fəaliyyətə 1976-cı ildə başlayıb) hər zaman - SSRİ və Rusiya Federasiyası dövrlərində - Moskvanın nəzarətində olub. Bu da Ermənistanı bütün dövrlərdə Rusiyadan asılı edib. Ən yaxın qonşularla siyasi və iqtisadi əlaqələr, eləcə də kommunikasiyaların açılması Ermənistana alternativ enerji mənbəyi baxımından daha sərbəst fəaliyyət imkanı yaradar. Müstəqil olaraq enerji bazarına daxil ola bilər. Bu da, onu heç bir qüvvədən asılı etməz.

Əslində Ermənistanda "energetik və siyasi tələ" Rusiya tərəfindən həmişə mövcud olub. Kreml Agacanyan kimi ruspərəst siyasətçirər vasitəsi ilə bunu daimi davam etdirmək istəyirlər.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 10 İyul 2025 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri