Icma.az
close
up
RU
Ermənistanda enerji böhranı Paşinyan “ESA” şirkətini niyə hədəf alıb?

Ermənistanda enerji böhranı Paşinyan “ESA” şirkətini niyə hədəf alıb?

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ermənistanın Baş naziri Nikol Paşinyan son açıqlamasında ölkədə fəaliyyət göstərən ZAO “ESA” (Ermənistan Elektrik Şəbəkələri) şirkətini sərt şəkildə tənqid edib. Onun sözlərinə görə, bu şirkətin fəaliyyəti nəticəsində ölkə enerji böhranı ilə üz-üzə qalıb. Paşinyan qeyd edib ki, bölgələrə etdiyi səfərlər zamanı “ESA” ilə bağlı narazılıqların artması müşahidə olunur. Bu narazılıqlar təkcə texniki problemlərlə deyil, həm də ölkədə məqsədli şəkildə sosial gərginlik yaradılması ilə əlaqələndirilir.

Baş nazir xatırladıb ki, bir ay əvvəl verdiyi göstərişə əsasən, “ESA” ya əhaliyə dəyən ziyanı (elektrik avadanlıqlarının sıradan çıxması, infrastruktura dəyən zərərlər və s.) kompensasiya etməli, ya da milliləşdirilməlidir. Bu göstərişin müddəti 21 iyun tarixində başa çatır. Son günlər şirkət ətrafında müşahidə olunan aktivlik də məhz bu qərarla bağlıdır.

Rəsmi sənədlərə əsasən, ZAO “ESA” əvvəllər Rusiyaya məxsus “Inter RAO UES” enerji nəhənginə aid olub. Şirkət 2006-cı ildə Ermənistanın enerji paylayıcı sistemlərini satın alaraq uzun müddət ölkədə elektrik enerjisinin paylanmasını nəzarətdə saxlayıb. Lakin 2015-ci ildə elektrik enerjisinin qiymətinin artırılması ilə bağlı yaranan narazılıqlardan sonra “Inter RAO” öz aktivlərini satmaq məcburiyyətində qalıb. Bu aktivləri erməni əsilli rusiyalı oliqarx Samvel Karapetyanın sahibi olduğu “Tashir Group” alıb.

Baxmayaraq ki, “ESA” formal olaraq erməni sahibkarlara məxsusdur, onun arxasında Rusiyaya yaxın biznes dairələrinin və Kremlin dolayı təsir imkanlarının olduğu ehtimal olunur.

Bu kontekstdə Paşinyanın “ESA”ya qarşı sərt mövqeyi təsadüfi görünmür. Ermənistan son aylarda Qərblə, xüsusilə Avropa İttifaqı və Fransa ilə münasibətlərini gücləndirib, KTMT və Rusiya ilə əlaqələri isə gərgin mərhələyə keçib. Paşinyan əvvəllər də Moskvaya qarşı sərt açıqlamaları ilə gündəmə gəlmişdi.

Analitiklərin fikrincə, “ESA” ətrafında baş verənlər Paşinyanın Moskva ilə iqtisadi maraqları yenidən bölüşdürmək cəhdinin tərkib hissəsidir. Əgər şirkət milliləşdirilərsə, bu, həm də Rusiyanın Ermənistandakı iqtisadi təsirinə ciddi zərbə ola bilər.

Bu proses Ermənistan hakimiyyəti üçün iki əsas riski gündəmə gətirir:

-Daxildə enerji sistemlərinin modernizasiyası və sabit işləməsinin təmin olunmaması sosial narazılığa səbəb ola bilər;

-Xaricdə, xüsusilə Moskvadan iqtisadi və informasiya təzyiqlərinin güclənməsi ehtimalı artar.

Rasim Əliyev
AzPolitika.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 18 İyun 2025 13:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri