Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

“Envoronmental Protection First” koalisiyası COP17 ilə bağlı Bəyanat yaydı

“Envoronmental Protection First” koalisiyası COP17 ilə bağlı Bəyanat yaydı

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Environmental Protection First” QHT Koalisiyası 19-30 oktyabr tarixlərində İrəvanda keçiriləcək Bioloji Müxtəliflik haqqında Konvensiyanın Tərəflər Konfransının 17-ci iclası (COP17) ilə bağlı bəyanat yayıb.

“Qafqazinfo” xəbər verir ki, bəyanatda deyilir:

“Environmental Protection First” koalisiyası Ermənistanda COP17 – Bioloji Müxtəliflik üzrə Konvensiyanın Tərəflər Konfransının 17-ci iclası ilə bağlı vətəndaş cəmiyyəti nümayəndələrinə, dövlətlərə və beynəlxalq ətraf mühit təşkilatlarına müraciət edir.

COP17 təbiət naminə biomüxtəlifliyin itirilməsinin qarşısını almağa yönəlsə də, bu konfransa torpaqların deqradasiyası, transsərhəd çayların çirklənməsi və sistematik şəkildə ekosid törətmiş bir ölkənin ev sahibliyi etməsi ikili standartdan başqa birşey deyil.

Əsl təbiətsevərlik ikili standartlardan, selektiv yanaşmadan və yalançı ekoloji təəssübkeşlikdən uzaq olmalıdır. Bu səbəbdən, COP17-də iştirak edən bütün iştirakçıları və nümayəndələri standart tezislərdən kənara çıxmağa və Ermənistanın daxilində və transsərhəd çayları vasitəsilə regionda səbəb olduğu ekoloji çirkəndirmə fəaliyyətini sorğulamağa çağırırıq.

Ermənistandakı COP17 iştirakçılarını sammit zamanı mümkün olan hər fürsətdə bu məsələləri qaldırmağa səsləyirik:

- Ermənistan tərəfindən transsərhəd çayların kimyəvi məhv edilməsi: Onilliklər ərzində Zəngəzur Mis-Molibden Kombinatı və Qapan Mədən və Emalı Zavodu tərəfindən atılan ağır metallar tərkibli zəhərli tullantılar Oxçuçayı ciddi şəkildə çirkləndirib. Bir vaxtlar canlı olan bu su hövzəsi zəhərli, pas rəngli kimyəvi bataqlığa çevrilib. Sözügedən bu ekoloji çirkənmə bu ərazilərdəki biomüxtəlifliyi, o cümlədən Ermənistandan qovulan Qərbi Azərbaycanlıların tarixən məskunlaşdığı yaşayış məntəqələrinin təbiətini tamamilə məhv edərək bu insanların gələcəkdə ləyaqətlə öz dədə-baba yurdlarına qayıtmalarına da əngəl törədir;

- Ermənistanın 30 illik işğalı dövründə Azərbaycan ərazilərinfə ətraf-mühitin çirkənlədirilməsi: Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələri Ermənistan tərəfindən işğal dövründə sistemli şəkildə dağıntılara, meşələrin qırılmasına və təbii sərvətlərin qanunsuz istismarına məruz qalıb;

- Azərbaycan sərhədi yaxınlığında təhlükəli sənaye layihələri: Ermənistan Azərbaycanla sərhədə yaxın ərazilərdə, məsələn, Arazdəyəndə (Yerasx) ağır sənaye və metallurgiya layihələrini həyata keçirməyə çalışması sərhədyanı bölgədə məqsədli şəkildə ekoloji zərərli sənayenin yerləşdirilməsinin bir nümunəsidir;

- Nəzarətsiz mədənçilik fəaliyyəti və çaylarının yuxarı axında çirklənməsi: Ermənistanda davam edən mədən əməliyyatları və zəhərli tullantıların demək olar ki təmizlənmədən sərhəd çaylarına axıdılması Azərbaycanın ekoloji tarazlığını, torpaq münbitliyini və su ehtiyatlarını təhdid edir;

- Ermənistan BMT-nin Su Konvensiyasına hələ də qoşulmayıb: Ermənistan BMT-nin Sərhəddən Keçən Su Axınlarının və Beynəlxalq Göllərin Mühafizəsi və İstifadəsi Konvensiyasına (Helsinki Konvensiyası) tərəf olmamaqla yanaşı, qonşu ölkələrlə bu sahədə əməkdaşlıq etməkdən də imtina edir. Uzun müddətdir ki, sərhədyanı ətraf mühitə ziyan vuran, ekosistemi məhv edən bir dövlətin bu beynəlxalq konvensiyaya belə qoşulmadan özü barəsində “ətraf mühitin qayğısına qalan dövlət” imici yaratmağa cəhd etməsi qəbuledilməzdir.

Biomüxtəliflik üçün əsl qlobal əməkdaşlıq dürüstlük, şəffaflıq və təbiəyin mühafizəsi üçün birgə səylərin göstərilməsi üzərində qurula bilər. Beynəlxalq ictimaiyyət Ermənistanın ətraf mühitə qarşı törətdiyi çoxsaylı cinayətləri hansısa beynəlxalq tədbir keçirməklə ört-basdır etməyə çalışmasına icazə verməməlidir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:154
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 16 Oktyabr 2026 19:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see696

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see460

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see453

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see419

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see404

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see399

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see361

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see302

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see287

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see285

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see259

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see254

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see243

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see240

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see239

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see236

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see235

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see233

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see226

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri