Makronun Yelisey sarayından qaçış planı hazırlanıb İddia
Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ölkə.az xəbər verir ki, bu barədə "The Telegraph" qəzeti "Kölgələrin yeni ordusu" adlı yeni kitaba istinadən məlumat yayıb.
Söhbət jurnalistlər Pyer Qastino, Antuan İzambar və Frank Reno tərəfindən qələmə alınan əsərdən gedir. Müəlliflərin məlumatına görə, gizli bunker planının hazırlanmasına qismən 2018-ci ildə "sarı jiletlilər"in keçirdiyi etirazlar təkan verib.
Müəlliflərin iddiasına görə, Fransa hökuməti Marin Le Penin rəhbərlik etdiyi "Milli Birlik" partiyasının növbəti seçkidə qələbə qazanacağı təqdirdə, bunun nəticəsini qəbul etməyən şəxslərin küçə etirazlarının üçüncü dalğasına səbəb ola biləcəyindən narahatdır. Öz növbəsində, "Boyun əyməyən Fransa" partiyasının təsisçisi Jan-Lük Melanşonun qalib gəlməsi güc strukturlarında "passiv müqavimətə" yol aça bilər.
Jurnalistlər yüksəkvəzifəli mənbələrə istinadən iddia edirlər ki, Paris polisinin rəhbəri Patris For mümkün üsyanla bağlı dəfələrlə müşavirələr keçirib. Xüsusitəyinatlılar isə belə bir vəziyyətdə parlamentin müdafiəsi üçün öz qüvvələrindən istifadə imkanlarını araşdırıblar.
Yüksəkvəzifəli kəşfiyyat əməkdaşlarından biri müəlliflərlə söhbətində hələ aprel ayında Fransanın ciddi üsyanla üzləşə biləcəyi barədə xəbərdarlıq edib.Oxu.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 08 Noyabr 2026 09:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















