Bakıda reklam agentliyinin direktoru həbs olundu
Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.
Bakıda reklam agentliyinin direktoru xırda xuliqanlıqda təqsirli bilinərək 8 gün müddətinə inzibati qaydada həbs edilib.
Axar.az Qaynarinfo.az-a istinadla xəbər verir ki, qərar Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində qəbul edilib.
Bildirilib ki, 1993-cü il təvəllüdlü, Gədəbəy rayonundan olan şəxs “Zen Agency” reklam agentliyinin direktoru Elvin Həsənovdur. O, Binəqədi rayonunda yerləşən “Vest Taun”(West Town) yaşayış kompleksində tanışı ilə mübahisə edərək ictimai asayişi pozmaqda ittiham olunub.
Məhkəmə materiallarına görə, tərəflər əvvəllər İT sahəsində birlikdə çalışıblar. Onların arasında pul və borc münasibətləri zəminində narazılıq yaranıb. Telefon danışığı zamanı problemi həll edə bilməyən şəxslər yaşayış binasının həyətində görüşüblər. Görüş zamanı mübahisə böyüyüb və tərəflər arasında sözlü qarşıdurma yaranıb.
Hadisə ilə bağlı zərərçəkmiş şəxs Daxili İşlər Nazirliyinin 102 xidmətinə və polisə müraciət edərək hücuma məruz qaldığını və təhqir olunduğunu bildirib.
Polis araşdırması zamanı reklam agentliyinin direktorunun tanışına qarşı təhqiramiz ifadələr işlətdiyi və yaşayış kompleksinin ərazisində səs-küy saldığı müəyyən edilib.
Məhkəmə onun əməlini İnzibati Xətalar Məcəlləsinin 510.1-ci (xırda xuliqanlıq) maddəsi ilə tövsif edib. Nəticədə direktor 8 gün müddətinə inzibati qaydada həbs olunub. Həbs müddəti saxlanıldığı vaxtdan – saat 02:50-dən hesablanacaq.
Qeyd edək ki, “Zen Agency” MMC-nin nizamnamə kapitalı 10 manatdır. Şirkətin qanuni təmsilçisi Elvin Ellaz oğlu Həsənovdur. Hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 64, mənzil 40-dır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 17 Noyabr 2026 11:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















