Icma.az
close
up
RU
Epşteyn qalmaqalında Türkiyədəki səfirin adı keçir Konqress yazışmaların bir hissəsini açıqladı

Epşteyn qalmaqalında Türkiyədəki səfirin adı keçir Konqress yazışmaların bir hissəsini açıqladı

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

ABŞ Konqresi cinsi istismar cinayətlərinə görə məhkum olunmuş və 2019-cu ildə həbsdə intihar etdiyi bildirilən maliyyəçi Ceffri Epşteynlə bağlı bir sıra yazışmaları açıqlayıb. Nəşr olunan materiallar arasında ən çox müzakirə doğuranlar ABŞ-nin Türkiyədəki səfiri və Prezident Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Tomas Barraqla 2016-cı ilin martında aparılan məktublaşmalardır.

Açıqlanan yazışmalara görə, Epşteyn Barraqa məktub göndərərək “Uşağınızla birgə çəkdirdiyiniz şəkilləri göndərin… Siz məni gülməyə vadar etdiniz” ifadələrini yazıb. Ardınca “Yaxşı şəkillərdir” deyə əlavə edib. Yazışmalarda söhbətin hansı “uşaqdan” getdiyi və Barraq tərəfindən hansı şəkillərin göndərildiyi açıqlanmır. Qeyd edilib ki, həmin dövrdə Barraq ABŞ hökumətində heç bir vəzifə daşımırdı. Lakin məktubların tarixi onun siyasi fəaliyyətinin dönüş nöqtəsi ilə üst-üstə düşür. 2016-cı ilin yazında Donald Tramp və Hillari Klinton arasında gərgin seçki yarışı gedirdi. Barraq isə Trampın biznes tərəfdaşı kimi BƏƏ rəsmiləri ilə gizli diplomatik əlaqələrin qurulmasına vasitəçilik edirdi. Sonradan o, Trampın inauqurasiya komitəsinə rəhbərlik edib. Donald Tramp əvvəllər Epşteynlə münasibətlərinə görə tənqid olunur və o, Epşteynlə əlaqələrinin 2004-cü ildən sonra kəsildiyini iddia edir. Lakin Barraqa göndərilən məktublar Epşteynin Trampın yaxın çevrəsi ilə 2016-cı ildə də aktiv təmasda olduğunu göstərir.

Başqa bir elektron məktubda Epşteyn Tramp - Klinton seçki kampaniyasına da toxunaraq “Bilirsiniz ki, hər həftə mənə həm Donald, həm də Klinton barədə çoxlu zənglər gəlir. Amma mənim cavabım həmişə eynidir: deyəcək heç nəyim yoxdur” – deyə yazıb.

Tomas Barraq hazırda ABŞ-nin Türkiyə səfiridir və Tramp administrasiyasının Yaxın Şərq siyasətində əsas fiqurlardan biri sayılır. O, ABŞ-nin Suriya, Livan və Körfəz ölkələri ilə diplomatik xəttində də rol alır.

Konqresin açıqladığı sənədlər 20 min səhifədən çox materialın yalnız kiçik bir hissəsini təşkil edir. Yazışmalar arasında həmçinin ABŞ-nin keçmiş maliyyə naziri Lorrens Sammers, milyarderlər Leon Bleck və Stiv Bennonla məktublaşmalar da var.

Ekspertlər bildirirlər ki, Epşteynin Barraqla yazışmaları bir neçə səbəbdən diqqət çəkir. Birincisi, Epşteyn 2008-ci ildə yetkinlik yaşına çatmayanların cinsi istismarı ilə bağlı məhkum edilmişdi, lakin buna baxmayaraq onun Barraqla əlaqələrinin 2016-cı ildə də davam etməsi göstərilir. İkincisi, yazışmaların aparıldığı zaman Barraq Trampın seçki kampaniyasında aktiv rol oynayırdı.

Barraqla Trampın dostluğu 1988-ci ilə gedib çıxır. Həmin il o, “Plaza Hotel”-in Trampa 400 milyon dollara satılmasına vasitəçilik etmişdi. Daha sonra Tramp oteli Səudiyyə Ərəbistanının şahzadəsi Əl-Valid bin Talala satarkən də Barraqın xidmətlərindən yararlanmışdı. Barraq 1970-ci illərdən etibarən Yaxın Şərq investorları ilə möhkəm əlaqələr qurmuş fiqur kimi tanınır.

Onun rəhbərlik etdiyi “Colony Capital” 2008-ci il maliyyə böhranından sonra minlərlə ev alaraq sürətlə böyüyüb. 2006-cı ildə şirkət digər investorlarla birlikdə PSG futbol klubunu alıb və 2012-ci ildə Qətərin Dövlət İnvestisiya Fonduna satıb. Tramp prezident seçildikdən sonra isə BƏƏ-yə məxsus iki dövlət fondu Barraqın şirkətinə ümumilikdə 374 milyon dollar sərmayə yatırıb.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:38
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 14 Noyabr 2025 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see236

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see195

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see191

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see183

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see170

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see156

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see147

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see145

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see144

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see142

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see140

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see138

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see136

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri