Icma.az
close
up
RU
Epşteyn ruslara Tramp haqqında məlumat ötürüb

Epşteyn ruslara Tramp haqqında məlumat ötürüb

Icma.az, Reyting.az portalına istinadən məlumatı açıqlayır.


Qalmaqallı amerikalı iş adamı Ceffri Epşteynin işi ilə bağlı yeni dərc olunmuş sənədlərə görə, o, ABŞ prezidenti Donald Tramp haqqında məlumatı ruslara ötürüb.
Reyting.az
“Politico” nəşrinə istinadla xəbər verir ki, Trampın 2018-ci ildə Helsinkidə Rusiya prezidenti Vladimir Putinlə görüşündən təxminən bir ay əvvəl Ceffri Epşteyn Rusiyaya bir mesaj çatdırmağa çalışıb: “Trampı başa düşmək istəyirsinizsə, mənimlə danışın”.
“Düşünürəm ki, Putinə Lavrovun (yəni Rusiya xarici işlər naziri Sergey Lavrovun) mənimlə danışmasını təklif edə bilərsiniz”, - Epşteyn 24 iyun 2018-ci il tarixli elektron məktubunda Avropa Şurasına rəhbərlik edən Norveçin keçmiş baş naziri Torbyorn Yaqlanda yazıb.
Epşteyn həmçinin qeyd edib ki, əvvəllər Rusiyanın BMT-dəki səfiri Vitali Çurkinlə Tramp haqqında danışıb:
“Çurkin əla insan idi. Söhbətlərimizdən sonra o, Trampı başa düşdü. Bu, çətin deyil. Bunun nə qədər sadə olduğunu anlamaq üçün onu görməlisiniz”,- deyə Epşteyn bildirib.
E-poçtlarda Yaqland ertəsi gün Lavrovun köməkçisi ilə görüşəcəyini və Epşteynlə əlaqə qurmağı təklif edəcəyini qeyd edib. “Politico” yazır ki, bu təşəbbüsün hər hansı nəticəyə gətirib çıxarıb-çıxarmadığı məlum deyil.
Epşteyn daha sonra Trampın Putinlə Helsinkidəki görüşü barədə də fikirlərini bölüşüb.
“Rusların Trampa qarşı iyrəncliyi varmı? Bu gün hətta onun standartlarına görə dəhşətli bir gün idi”, - Klinton administrasiyasının keçmiş maliyyə naziri Larri Sammers 16 iyul 2018-ci ildə, Putinlə sammit günü Epşteynə göndərdiyi məktubda yazıb.
“E-poçtum bu kimi şərhlərlə doludur,” – Epşteyn ertəsi gün cavab verib.
“Əminəm ki, o, görüşün çox yaxşı keçdiyini və rəqibini valeh etdiyini düşünür. Aydındır ki, simvolizmdən heç bir anlayışı yoxdur. Əksər şeylərdən xəbərsizdir”.
Epşteyn Trampın Putinlə sammitdəki davranışını “proqnozlaşdırıla bilən” adlandırıb.
Donald Trampın keçmiş müşaviri Stiv Bennonla elektron yazışmasında isə Ceffri Epşteyn qeyd edib ki, Bennon Avropaya təsir göstərmək üçün qitədə fiziki iştirak etməlidir:
“Əgər burada oynayacaqsınızsa, vaxt ayırmalı olacaqsınız. Avropa uzaqdan işləmir”,- deyə Epşteyn yazıb.
Qeyd edək ki, C. Epşteyn mübahisəli amerikalı maliyyəçidir. O, dəfələrlə yetkinlik yaşına çatmayanlarla münasibətlərdə və fahişəliyin təşkili məqsədilə cinsi cinayətlərdə ittiham olunub. 2019-cu ildə ABŞ həbsxanasında intihar edib.
Epşteynin “müştəriləri” arasında Bill Klinton, Donald Tramp, Maykl Cekson, Bill Qeyts və digər məşhur şəxslərin adı çəkilib.
Daha əvvəl ABŞ Konqresi Epşteynin varisləri tərəfindən təqdim edilən 23 min sənəddən bəzilərini açıqlamışdı. Həmin sənədlərdə, digər məsələlərlə yanaşı, D. Trampın C. Epşteynin cinsi istismar etdiyi “qızlar haqqında” məlumatlı olduğu da iddia olunur.
V. QULİYEV
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://reyting.az
archiveBu xəbər 13 Noyabr 2025 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see783

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see526

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see315

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see294

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see286

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see269

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see259

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see248

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see247

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see245

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see242

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see235

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see231

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see228

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see225

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see203

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see201

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see190

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see184

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri