Icma.az
close
up
RU
Epşteyn Tramp əlaqələrinə dair iddia: Əvvəl yayımlandı, sonra silindi

Epşteyn Tramp əlaqələrinə dair iddia: Əvvəl yayımlandı, sonra silindi

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Tramp ilə pedofili milyarder Cefri Epşteyn arasındakı münasibətlərə dair FTB-yə edilmiş iddialı məlumatları əks etdirən bəzi sənədlərin əvvəlcə yayımlandığı, daha sonra isə silindiyi irəli sürülüb.

Sherg.az-ın məlumatına görə, "The Washington Post" yazır ki, bu dosyalar FTB-in Trampın 2000-ci illərin əvvəllərində Epşteyn və onun mülklərində təşkil olunan tədbirlərlə bağlı əlaqələri barədə bir neçə məlumat aldığını göstərir. Qəzet iddia edir ki, Epşteyn işinə aid sənədlər ABŞ Ədliyyə Nazirliyinin saytında bir neçə saat açıq olub, daha sonra isə silinib, lakin redaksiya bütün materialları yükləyə bilib.

Sənədlərdə bu məlumatlar üzrə istintaq aparılıb-aparılmadığı və ya iddiaların təsdiqlənib-təsdiqlənmədiyi barədə məlumat yoxdur. Dosyelərdə Trampın Epşteynin təyyarəsi ilə neçə dəfə uçduğuna dair qeydlər də yer alır; həmin uçuşlardan birində yalnız Tramp, Epşteyn və 20 yaşlı bir qadının olduğu qeyd edilir.

Materiallarda həmçinin Epşteynin psixoloji durumu ilə bağlı həbsxana rəhbərliyi arasındakı yazışmalar və ölümündən təxminən iki həftə əvvəl onun ayrıca kamerada saxlanılması məsələsinin müzakirəsi də yer alır.

Ədliyyə Nazirliyi və Ağ Ev sənədlərin niyə yayımlandıqdan sonra silindiyinə dair suala cavab verməyib. Qeyd olunur ki, Trampa aid bütün materialların zamanla açıqlanacağı bildirilmişdi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://sherg.az
archiveBu xəbər 23 Dekabr 2025 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see359

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see337

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see276

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see266

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see266

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see265

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see258

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see253

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see248

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see244

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see238

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see236

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see235

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see234

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see231

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see223

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see222

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see221

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see199

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri