Icma.az
close
up
RU
Epşteyn virusu... Tanınmış həkim: “Bütün tibb müəssisələri yoxlanılmalıdır”

Epşteyn virusu... Tanınmış həkim: “Bütün tibb müəssisələri yoxlanılmalıdır”

Yenisabah saytına istinadən Icma.az xəbər verir.

“Virus infeksiyalarına yoluxma halları təkcə hepatitlərlə məhdudlaşmır. Buraya HİV, insan papilloma virusu (HPV), Epstein-Barr (Epşteyn-Barr) virusu və digərləri daxildir. Təəssüf ki, bu infeksiyalara yoluxma halları dünyada artmaqda davam edir”.

Bu sözləri “Yeni Sabah”a tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib.

Onun sözlərinə görə, hepatit viruslarının bir neçə növü mövcuddur: Toyuqlu pizza

“Hepatit A virusu infeksion sarılıq kimi tanınır. Bundan başqa, hepatit B, C, D, E və digər növlər də var. Bu virusların bəziləri hələ də əsasən laboratoriya şəraitində araşdırılır. Ən geniş yayılmış hepatit virusları isə A, B, C və D-dir.

Hepatit D virusunun özünəməxsus xüsusiyyəti ondan ibarətdir ki, o, yalnız hepatit B virusu ilə birlikdə mövcud ola bilir və insana da yalnız hepatit B ilə eyni vaxtda yoluxur.

Hepatit B virusu genetik baxımdan daha sabitdir və əsasən bir genotipə malikdir. Hepatit C virusu isə daha dəyişkəndir. Onun 6 əsas genotipi və çoxsaylı alt tipləri mövcuddur. Məhz bu xüsusiyyət virusun yayılmasının və müalicəsinin daha mürəkkəb olmasına səbəb olur”.

A.Qeybulla bildirib ki, bu viruslar müxtəlif yollarla yayıla bilər:

“Yoluxma tibbi prosedurlar zamanı sterillik qaydalarına əməl edilmədikdə, stomatoloji və ginekoloji müdaxilələr zamanı, insanın bioloji mayələrinin bir şəxsdən digərinə keçməsi nəticəsində, cinsi əlaqə və doğuş zamanı baş verə bilər. Virusların yayılmasının qarşısını almaq üçün tibb müəssisələrində ciddi sterilizasiya qaydalarına əməl olunmalıdır.

Təəssüf ki, sterillik normalarının pozulması yoluxma riskini əhəmiyyətli dərəcədə artırır. Buna görə də bütün stomatoloji kabinetlər, poliklinikalar, ginekoloji kabinetlər, özəl və dövlət xəstəxanaları mütəmadi yoxlanılmalı, tibb işçiləri maarifləndirilməli və onlara müvafiq təlimatlar izah edilməlidir.Bundan əlavə, tibbi alətlər və digər avadanlıqlar hər istifadədən sonra antiviral və dezinfeksiyaedici məhlullarla lazımi qaydada sterilizasiya edilməlidir. Həmin sahədə müəyyən olunmuş təlimatlara tam əməl edildiyi halda, virus infeksiyalarına yoluxma hallarını xeyli azaltmaq mümkündür. Bu cür yoluxmaların əksəriyyəti sadalanan qaydalara laqeyd yanaşılması və ya onların kifayət qədər bilinməməsi nəticəsində baş verir”.

Aytac Əliyeva


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 23 İyul 2026 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see682

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see530

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see476

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see349

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see331

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see282

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see268

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see259

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see250

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see225

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see224

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see223

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see222

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see210

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see210

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see204

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see189

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see181

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see181

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri