Icma.az
close
up
RU
Epşteyn dosyesi açıldı bütün dünya bu sənədlərdən danışır

Epşteyn dosyesi açıldı bütün dünya bu sənədlərdən danışır

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

ABŞ Ədliyyə Nazirliyi Ceffri Epşteyn işi ilə bağlı yeni sənədlər dərc edib. Sənədlər beynəlxalq mediada geniş rezonans doğurub.

Modern.az xəbər verir ki, dünyanın aparıcı nəşrləri açıqlanan materialların Epşteynin illər boyu formalaşdırdığı təsir şəbəkəsinin miqyasını bir daha ortaya qoyduğunu və onunla münasibətlərini kiçiltməyə çalışan nüfuzlu şəxsləri çətin vəziyyətdə qoyduğunu yazır.

ABŞ-ın Ceffri Epşteyn işi üzrə yayımlanan sənədlərə toxunan "Politico" jurnalı qeyd edir ki, materiallar Epşteynin uzun illər ərzində qeyri-adi təsir imkanlarına malik olduğunu təsdiqləyir.

Nəşrin şərhinə görə, cinayət araşdırmaları artıq geniş vüsət aldığı dövrlərdə belə Epşteyn Avropanın tanınmış siyasi liderləri ilə əlaqələr saxlayıb, Hollivud elitası, iri şirkətlərin rəhbərləri və dövlət məmurları ilə yaxın münasibətlər qurub. Jurnal yazır ki, Epşteyn Vaşinqtondakı əlaqələrindən istifadə edərək Donald Tramp administrasiyasına da təsir göstərməyə çalışıb.

"The New York Times" isə diqqəti illər boyu Epşteynlə əlaqələrini inkar edən varlı və nüfuzlu şəxslərə yönəldir. Qəzetin yazdığına görə, təxminən üç milyon səhifəlik yeni sənədlər bu şəxslərin Epşteynlə münasibətlərinin dərinliyini və davamlılığını açıq şəkildə göstərir.

Nəşr vurğulayır ki, bu materiallar uzun müddət formalaşdırılmış ehtiyatlı təkzibləri zəiflədir və qlobal elita ilə Epşteyn arasındakı bağların əsl miqyasını üzə çıxarır.

Britaniyanın "The Times" qəzeti sənədlərin Böyük Britaniya monarxiyasına təsirinə diqqət çəkir. Nəşr yazır ki, Epşteynlə bağlı yeni açıqlamalar Kral ailəsi üçün ağır miras olaraq qalır. Qəzetə görə, Kral Çarlz qardaşı Şahzadə Endryunun titullarını əlindən alsa da, Epşteyn işi ilə bağlı şübhələr və suallar monarxiyanın üzərindəki “ləkəni” aradan qaldırmır və hər yeni sənədlər dəsti bu mübahisələri daha da dərinləşdirir.

Hindistanın "National Herald" qəzeti isə sənədlərdə Hindistanın baş naziri Narendra Modinin adının çəkilməsinə diqqət ayırır. Nəşrin yazdığına görə, “Hindistan Milli Konqresi” partiyası bu faktı “milli biabırçılıq” adlandıraraq hökumətdən izahat tələb edib. Partiya nümayəndələri Epşteyn kimi məhkum olunmuş bir şəxslə istənilən yaxınlığın Hindistan rəhbərliyinin qərarvermə qabiliyyəti, şəffaflığı və diplomatik davranışı ilə bağlı ciddi suallar yaratdığını bildirirlər.

Beynəlxalq media Epşteyn işi üzrə yeni sənədləri təkcə hüquqi material kimi deyil, qlobal siyasi və ictimai etimad böhranını dərinləşdirən bir hadisə kimi qiymətləndirir. Açıqlanan məlumatlar illərdir davam edən şübhələri yenidən gündəmə gətirir və nüfuzlu şəxslərin keçmiş əlaqələrinə dair müzakirələri daha da alovlandırır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:607
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 Fevral 2026 22:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see355

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see353

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see314

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see304

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see304

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see302

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see287

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see286

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see275

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see241

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see239

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see235

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see230

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see227

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see217

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see208

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see203

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see183

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see181

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri