Epşteynin köməkçisi: Tramp hər cəhətdən alicənab idi
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
Yetkinlik yaşına çatmayanlara qarşı cinsi istismarda ifşa edilmiş amerikalı maliyyəçi Cefri Epşteynin köməkçisi Qisleyn Maksvell dindirmə zamanı ABŞ Ədliyyə Nazirliyinin əməkdaşlarına deyib ki, Birləşmiş Ştatların indiki lideri Donald Tramp tərəfindən heç vaxt hər hansı bir nalayiq davranış görməyib.
Oxu.Az bu barədə "The Washington Post" qəzetinə istinadla xəbər verir.
"Mən prezidenti heç vaxt uyğun olmayan şəraitdə görməmişəm. Onun yanında olduğum bütün müddət ərzində prezident heç vaxt heç kimlə nalayiq şəkildə davranmayıb. O, hər cəhətdən alicənab idi", - deyə o vurğulayıb.
Hazırda həbsdə olan Maksvell bildirib:
"Prezident Tramp həmişə mənə qarşı çox səmimi və mehriban olub".
Qeyd edək ki, Maksvellin dindirilməsi iyul ayında keçirilib.
Xatırladaq ki, 2022-ci ildə Nyu-York məhkəməsi Böyük Britaniya vətəndaşı olan Maksvelli yetkinlik yaşına çatmayanların cinsi istismarına görə 20 il həbs cəzasına məhkum edib. Britaniyalı qadın Epşteynlə yaxın münasibətdə olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 23 Avqust 2025 12:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















