Icma.az
close
up
RU
“Əqrəb mövsümü”nün İngiltərədə təhsil alan gənc aktyoru ilə MÜSAHİBƏ

“Əqrəb mövsümü”nün İngiltərədə təhsil alan gənc aktyoru ilə MÜSAHİBƏ

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

London, 13 iyun, AZƏRTAC

Son illərdə Azərbaycanın kino sahəsində canlanma müşahidə olunur. Gənc rejissorlar, ssenaristlər və aktyorlar bu sahəyə yeni nəfəs gətirir. Bu yaradıcı simalardan biri də “Əqrəb mövsümü” serialında rol alan və hazırda Böyük Britaniyada film və televiziya prodüserliyi üzrə təhsilini davam etdirən gənc azərbaycanlı Arif Mövsümovdur. O, həm aktyorluq, həm prodüserlik sahəsində uğur qazanmaq niyyətindədir. O, AZƏRTAC-ın London bürosu ilə müsahibəsində uşaqlıq arzularından, Londondakı təhsilindən, “Əqrəb mövsümü”nə necə seçildiyindən və gələcək planlarından danışır.

-Arif bəy aktyorluq sevgisi sizdə haradan başladı?

-Anam uşaqlıqdan aktrisa olmaq istəyirdi, amma zaman fərqli idi. Düşüncələr fərqli idi. O dövrdə valideynlərin övladlarının məşğul olmasına razı olduğu yeganə sənət sahəsi, düşünürəm ki, musiqi idi. Anam da pianoçu oldu, Bakıda konservatoriyada təhsil aldı. Uşaqları olanda isə istəyirdi ki, üç övladından heç olmasa biri incəsənətlə məşğul olsun, fərqi yoxdur, ya rəssamlıq, ya musiqi, ya da başqa bir sahə.

Düşünürəm ki, uşaq yaşlarımdan etibarən incəsənətlə tanış olmaq mənə böyük təsir göstərdi. Mənim uşaqlıqda ən çox zövq aldığım şey dostlarımla oyun oynamaq, müxtəlif obrazlara girmək idi. Bununla da məndə aktyorluğa maraq başladı. Məktəb tədbirlərinə, tamaşalarına qoşulmağa başladım və zaman keçdikcə bu sahəyə daha ciddi yanaşmağa başladım.

Məktəbdə dərslərimin əksəriyyəti dramla bağlı idi. Hətta Birləşmiş Krallığa köçdükdən sonra da əsas “A Level” fənnim drama və teatr oldu. (Britaniyada orta məktəbi bitirməzdən əvvəl şagirdlər müəyyən ixtisas fənlərini daha dərindən öyrənirlər və bu mərhələyə “A Level” (Advanced Level) deyilir- RED).

Daha sonra London Musiqi və Dram İncəsənəti Akademiyasında (LAMDA) bir neçə kurs keçdim. Orada xüsusi kurslar var idi, hansı ki, iştirakçılar medal və fərqlənmə sertifikatları əldə edə bilirdilər. A Level zamanı aktyorluq üzrə LAMDA-dan qızıl medal qazandım. Amma universitet dövründə istiqamət və marağım bir qədər dəyişdi. Daha çox film istehsalı və rejissorluğa yönəldim. Düzdür, aktyorluqdan tam uzaqlaşmadım, imkan olanda mütləq nəsə edirdim..

Daha sonra təcrübə ili çərçivəsində bir illik fasilə götürüb Bakıya qayıtdım. Və belə-belə, hadisələr bir-birini izlədi və düşünürəm ki, “Əqrəb mövsümü” filmində rol almaqla bir növ arzum gerçəkləşdi. Bu həm mənim üçün çox dəyərli bir təcrübə idi, həm də həyatımda unutmayacağım qədər həyəcanlı bir an oldu.

-Rol sizə necə təklif olundu? Hadisələr necə inkişaf etdi?

-Əvvəlcə məni İctimai Televiziyada təcrübəçi kimi başladım. İşə başlayanda heç ağlıma gəlməzdi ki, “Əqrəb mövsümü” serialına çəkiləcəm. İlk gün çətin idi, çünki bu, mənim həyatımda ilk peşəkar çəkilişim idi. Bir növ debütüm sayılırdı. Bütün gün ərzində həyəcan içində idim, əllərim əsirdi, amma eyni zamanda çox maraqlı idi.

Hiss olunur ki, bu serial Azərbaycanda kino sahəsində bir dönüş nöqtəsidir. Daha azad, daha dinamik və daha əyləncəli bir yanaşma var. Texniki baxımdan da, ssenari, obrazlar, effektlər, hamısı daha çox Avropa və Qərb stilindədir və bu çox yaxşıdır. Türkiyə serialları bu cür sərhədsiz mövzularda artıq çox irəlidədir və düşünürəm ki, Azərbaycan da bu yanaşmanı mənimsəyir.

-Böyük Britaniyadakı həyatınız necə gedir. Bura nə vaxt köçmüsünüz? Təhsiliniz haqqında məlumat verərdiniz.

-Mən Birləşmiş Krallığa 2019-cu ildə köçmüşəm. Artıq 6 ilə yaxındır buradayam. Burada təhsilə kollecdə başladım, son iki illik mərhələ idi. Daha sonra isə Bath Universitetinə daxil oldum və orada film və televiziya prodüserliyi üzrə təhsil aldım.

– Böyük Britaniyada təhsil almaq yaradıcılığınıza necə təsir etdi?

-Deyərdim ki, böyük təsiri oldu. Əslində bura gəlməklə yaradıcılığım tam dəyişdi deməzdim, amma mənə onu inkişaf etdirməyə kömək edən imkanlar və alətlər təqdim olundu. Düşünürəm ki, bu bacarıqları Azərbaycana da rahatlıqla aparıb orada da kiməsə dəstək ola bilərəm. Bu mənada çox faydalı oldu.

– Artıq təhsilinizi bitirdiyinizi və bir neçə həftə sonra Azərbaycana qayıdacağınızı dediniz. Bəs Birləşmiş Krallıqda qalmaq və bu sahədə işləməyi düşünmürsünüz? Burda qalıb işləmək çətindirmi?

-Bəli, açığı, olduqca çətindir. Bunu mənə universitetdəki müəllimlərim də deyirdi, onların hamısı buradakı film sahəsi ilə sıx əlaqəli peşəkarlardır. Onların da şikayətləri çox idi. Hazırda Böyük Britaniyada film və televiziya sənayesi maliyyə baxımından ciddi çətinliklərlə üzləşir.

Bura gələndə fikrim o idi ki, bu ölkədə çalışım. Amma sonra gördüm ki, çox vaxt əcnəbi sənətçilər ilk öncə öz ölkələrində tanınır, sonra Birləşmiş Krallıq və ya ABŞ kimi yerlərə dəvət olunurlar. Öz ölkəndə tanınmadan bura gəlib nəyəsə nail olmaq çox çətindir. Ona görə də qərara gəldim ki, ən yaxşısı Azərbaycana qayıdıb, oradakı kino sənayesinin inkişafına öz töhfəmi verim.

– Yeni layihələriniz varmı?

-Bəzi planlar var, amma dəqiq deyə bilmərəm. Hazırda hərbi xidmətə hazırlaşıram. Amma düşünürəm ki, bu da mənim üçün təcrübə olacaq. Aktyor üçün həyatdakı hər bir təcrübə əlavə qazancdır. Bəlkə bir gün hansısa filmdə əsgər obrazını canlandıracağam, bu zaman bu təcrübə çox kömək edəcək. Prodüserlik baxımından da nizam-intizam öyrədəcək. Xidmət bitəndən sonra təkliflər olar deyə ümid edirəm.

– Gənc aktyorlara nə tövsiyə edərdiniz? Xüsusilə də xaricdə təhsil almaq istəyənlərə?

-Tək tövsiyəm budur ki, dayanmasınlar, əlaqələr qurmaq, yeni fürsətlər axtarmaq, kino sənayenin içində olmaq üçün daim aktiv olsunlar. Bu sahə çox sürətlidir, fürsətləri əldən verməmək lazımdır. Həmçinin, mümkün qədər çox film izləsinlər. Emosional keçidləri anlamaq üçün müxtəlif janrlara baxmaq faydalıdır.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 İyun 2025 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see456

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see364

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see294

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see287

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see280

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see257

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see241

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see241

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see235

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see228

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see227

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see220

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see217

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see214

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see206

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see205

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see193

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see184

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see184

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri