Icma.az
close
up
RU
Ər arvad bir birinin borcuna görə cavabdehdir?

Ər arvad bir birinin borcuna görə cavabdehdir?

Icma.az, Milli.az saytına istinadən bildirir.

Ər-arvaddan birinin banka olan borcuna görə digər həyat yoldaşının gəlirinə və ya əmlakına tutma yönəldilə bilərmi? Son dövrlərdə bu məsələ xüsusilə bank borcları fonunda müzakirə olunur.

Milli.Az xəbər verir ki, hüquqşünas Əkrəm Həsənovun sözlərinə görə, belə hallarda nikah dövründə əldə olunan əmlakın hüquqi statusu mühüm rol oynayır.

Onun sözlərinə görə, məsələn, arvadın banka borcu olduğu, lakin özünün gəlirinin olmadığı halda, ərinin pensiyası müəyyən hallarda borcun ödənilməsi üçün nəzərə alına bilər:

"Ər-arvadın nikah dövründə əldə etdiyi gəlir və əmlak, bir qayda olaraq, onların birgə mülkiyyəti hesab olunur. Bu səbəbdən də borclunun həyat yoldaşının gəliri və ya əmlakı ilə bağlı məsələlər də ortaya çıxa bilər".

Ə.Həsənov qeyd edib ki, bu cür hallarda nikah müqaviləsi əhəmiyyətli hüquqi vasitədir. Tərəflər nikah müqaviləsi ilə gəlirlərinin və əmlaklarının ayrıca mülkiyyətə aid olmasını müəyyən edə bilərlər.

Hüquqşünasın sözlərinə görə, nikah müqaviləsi yalnız nikahdan əvvəl deyil, nikah dövründə də bağlana bilər. Hətta borcla bağlı icra prosesi başladıqdan sonra da belə müqavilənin bağlanması mümkündür:

"Əgər ər-arvad nikah müqaviləsi bağlayaraq hər birinin gəlirinin və əmlakının yalnız özünə məxsus olduğunu müəyyən edərsə, digər həyat yoldaşının borcuna görə bu əmlaka və gəlirə yönəlmənin qarşısını almaq mümkün ola bilər".

Beləliklə, Ə.Həsənov hesab edir ki, nikah müqaviləsi ər-arvadın əmlak münasibətlərinin tənzimlənməsində və gələcəkdə borc öhdəlikləri ilə bağlı yarana biləcək mübahisələrin qarşısının alınmasında mühüm rol oynaya bilər.

Müəllif: Mina Mikayılova (Milli.Az müxbir)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 26 Avqust 2026 13:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see458

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see431

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see368

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see225

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see223

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see221

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see211

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see205

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see196

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see188

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see180

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see175

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see173

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see169

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see167

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see166

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see165

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see164

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see161

Azərbaycanda bu valyutalar bahalaşdı Rəsmi

09 Oktyabr 2026 09:13see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri