Ər Riyadda neft şirkətinin binasına raket qəlpələri düşüb
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən “Saudi Aramco” neft şirkətinə məxsus inzibati binaya raket qəlpələri düşüb.
APA CNN-ə istinadən xəbər verir ki, hadisə şəhərin Kral Abdullah Maliyyə Mərkəzində baş verib.
Binanın yuxarı mərtəbələrinə ziyan dəyib. Səudiyyə Ərəbistanının Energetika Nazirliyi binanın hücum cəhdi zamanı yerə düşən qəlpələr nəticəsində zədələndiyini açıqlayıb. Nazirliyin məlumatına görə, binaya cüzi ziyan dəyib, ölən və xəsarət alan olmayıb.
Hadisədən əvvəl Ər-Riyadda güclü partlayış səsləri eşidilib. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya husilərin paytaxt istiqamətində buraxdığı iki ballistik raketin vurulduğunu bildirib.
Koalisiya daha sonra Ər-Riyad və ölkənin cənub bölgəsi istiqamətində atılan iki qanadlı raketin də məhv edildiyini açıqlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 08 Noyabr 2026 14:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















