Aktyor Əhməd Anatollunun anım günüdür
Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bu gün Azərbaycan teatr sənətinin tanınmış nümayəndəsi, aktyor Əhməd Anatollunun anım günüdür.
Modern.az xəbər verir ki, Əhməd Muxtar oğlu Səfərov (Anatollu) Azərbaycan səhnə sənətinin inkişafına mühüm töhfələr verib. Məzhəkə ustası kimi tanınan sənətkar özünəməxsus ifa tərzi və yaratdığı komik obrazlarla tamaşaçıların rəğbətini qazanıb.
O, Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasında Vəli, “O olmasın, bu olsun” əsərində Hambal, “Koroğlu” operasında isə Təlxək obrazlarını canlandırıb. Həmçinin “Anamın kitabı” tamaşasında Qənbər, “Romanovların son günləri” əsərində II Nikolay obrazları ilə də yadda qalıb.
Əhməd Anatollu yalnız aktyor kimi deyil, həm də milli estrada sənətinin ilk nümayəndələrindən biri kimi tanınıb. Səhnə çıxışlarında özünün yazdığı kupletləri ifa edib.
Qeyd edək ki, sənətkar 1894-cü il noyabrın 7-də Bakıda anadan olub. 1940-cı ildə “Azərbaycan SSR əməkdar artisti” fəxri adına layiq görülüb. Aktyor 1973-cü il aprelin 7-də Bakıda vəfat edib.
Gülbadam Cümşüdova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 07 Noyabr 2026 15:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















