Əraqçi Fransanı insan haqları ilə bağlı ikiüzlülükdə ittiham edib
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Fransa insan haqlarından danışmağı dayandırmalıdır.
APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi “X” hesabında yazıb.
Fransa xarici işlər nazirinin İranda insan haqlarının vəziyyəti ilə bağlı açıqlamalarına münasibət bildirən Əraqçi qeyd edib ki, “Fransa kimi ölkələr dünya ictimaiyyətinə insan haqları və beynəlxalq hüquqla bağlı moizə oxumağı dayandırmalıdır”.
“Bu, açıq-aşkar ikiüzlülükdür”, - Əraqçi vurğulayıb.
O, Fransanı İsrailin Qəzzada törətdiklərinə və İrana qarşı müharibəyə dəstək verməkdə ittiham edib.
Qeyd edək ki, ötən gün Fransanın xarici işlər naziri Jan-Noel Barro “X”-də bir sıra Avropa ölkələri tərəfindən İranda ölüm hökmlərinin icrasını pisləyən birgə bəyanatı yenidən yayımlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 13 Avqust 2026 12:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















