Icma.az
close
up
RU
Vyetnama nə satıb, nələr almışıq?

Vyetnama nə satıb, nələr almışıq?

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanla Vyetnam arasındakı 136 milyon dollarlıq ticarət dövriyyəsinin 134.9 milyon dolları Vyetnamdan idxaldır. Həmin müddətdə Azərbaycan Vyetnam ilə 641 məhsul növü üzrə ticarət əlaqəsi qurub.

Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı alim, deputat Vüqar Bayramov qeyd edib.

Onun sözlərinə görə, yalnız bu ilin 9 ayında Azərbaycan Vyetnamdan 188 min 684 ədəd smartfon idxal edib:

“Bunun üçün Vyetnam şirkətlərinə 73 milyon dollar ödənilib. Vyetnamdan idxalımızda texnika və avadanlıqlar üstünlük təşkil edir. Belə ki, həmin müddətdə uzaq Vyetnamdan kommutasiya qurğuları daxil olmaqla səsin, təsvirin və ya başqa məlumatların qəbul edilməsi, çevrilməsi və ötürülməsi və ya bərpası üçün maşınlar (4.9 milyon dollar), kütləsi 10 kq-dan çox olmayan portativ hesablayıcı maşınlar (4.6 milyon dollar), tozsoranlar (2.9 milyon dollar), məlumatların işlənməsinin rəqəm blokları, yaddaş qurğuları, giriş və çıxış qurğuları (2.5 milyon dollar), elekron modullar (2.4 milyon dollar), mikrofonla birləşdirilmiş və ya birləşdirilməmiş qulaqcıqlar və baş telefonları, mikrofondan və bir və ya bir neçə reproduktorlardan ibarət dəstlər (2.2 milyon dollar), keşyu fındığı (2.0 milyon dollar), iki və ya daha artıq əməliyyat yerinə yetirən, hesablama maşınına və ya şəbəkəyə qoşulma imkanı olan printerlər, surətçıxarma və faksmil aparatları (1.4 milyon dollar), doğranmamış və döyülməmiş Piper növlü istiot (1.4 milyon dollar), altlığı rezin və ya plastmasdan olan, üstü tekstil materiallardan olan ayaqqabılar (1.3 milyon dollar), statik dəyişdiricilər, telekommunikasiya aparatları, hesablayıcı maşınlar və onların blokları ilə istifadə olunan qurğular (1.1 milyon dollar), hesablayıcı maşınların yaddaş qurğuları (1.0 milyon dollar), tutumu 10 kq quru paltardan çox olan paltaryuyan maşınlar (959 min dollar), pərakəndə satış üçün formalarda və ya qablaşmalara qablaşdırılmış dərman vasitələri (835 min dollar), dondurulmuş naqqa balığı (782 min dollar) və digər məhsulları idxal etmişik.

Həmin müddətdə Vyetnama idxalımızın 90 faizindən çoxunu tütün təşkil edib. 1.0 milyon dollar tütün ixracatı reallaşıb. Digər ixrac məhsullarımız isə kiçik rəqəmlər ilə ifadə olunur.

Ölkələr arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük potensial var. Azərbaycan Prezidentinin səfərinin ölkələr arasındakı iqtisadi əməkdaşlığa təkan verəcəyi gözlənilir”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Vyetnamda səfərdədir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://axar.az
archiveBu xəbər 20 Noyabr 2026 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see414

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see322

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see305

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see293

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see281

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see275

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see271

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see261

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see243

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see241

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see235

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see235

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see235

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see234

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see229

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see222

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see222

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see214

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see187

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri