Ərazi Tikinti Planlaşdırma Mərkəzinin yarım milyonluq tenderi ləğv edildi
Icma.az, Pravda.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin Bakı şəhəri ərazisində yerləşən tarix və memarlıq abidələrinin mühafizəsi məqsədilə abidələrdə inşaat-möhkəmləndirmə və abadlıq işlərinin aparılması üçün layihə-smeta sənədlərinin hazırlanması xidməti ilə əlaqədar elan etdiyi tender ləğv edilib.
Pravda.az-ın xəbərinə görə, buna səbəb satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olmasıdır.
Tenderin ümumi dəyəri 556 230 AZN olub.
Cabir

Ərazi Tikinti Planlaşdırma Mərkəzinin yarım milyonluq tenderi ləğv edildi
15 May 2025 09:55
Ərazi Tikinti Planlaşdırma Mərkəzi auditor seçir
30 Yanvar 2025 11:36
Ərazi Tikinti Planlaşdırma Mərkəzi auditor seçib
04 Mart 2025 12:42
Səhiyyənin Təminatı Mərkəzinin yarım milyonluq tenderi ləğv edildi
11 Mart 2025 08:07
Ərazi Tikinti Planlaşdırma Mərkəzi bu şəxsə 100 min manat verəcək
11 Mart 2025 10:38

