Icma.az
close
up
RU
Arda Turanın köməkçisi futbolçuların ona nifrət etməsini anlayışla qarşılayır

Arda Turanın köməkçisi futbolçuların ona nifrət etməsini anlayışla qarşılayır

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

''Şaxtyor'' yeni baş məşqçi Arda Turanın başçılığı altında Sloveniyada keçirdiyi toplanışla mövsümə hazırlığını davam etdirir.

"Football-plus.az" xəbər verir ki, Ukrayna nəhəngi sabah ''Qoritsa'', iyulun 6-da ''Slovatsko'' ilə yoxlama matçları keçirəcək. Donetsk təmsilçisi türkiyəli məşqçi ilə ilk rəsmi oyununu isə iyulun 10-da keçirəcək. Həmin vaxt komanda Avropa Liqasının 1-ci təsnifat mərhələsində Finlandiya təmsilçisi ''İlves'' ilə qarşılaşacaq.
Bu arada Arda Turanın köməkçilərindən biri olan Utku Alemdaroğlu ukraynalı həmkarlarımıza açıqlamalar verib. Daha öncə Türkiyənin gənclər yığmasında, eləcə də ''Trabzonspor''da köməkçi məşqçi kimi çalışmış 45 yaşlı Alemdaroğlu ''Şaxtyor''da futbolçuların fiziki durumuna görə cavabdehlik daşıyır.
Eyni zamanda Pamukkale Universitetinin İdman fakültəsinin professoru olan Alemdaroğlu bunları deyib:

''Belə böyük klubun bir parçası olmaq məni sevindirir. Burda hər kəs bizi xoş qarşıladı. Mən 20 ildi, bu sahədəyəm və futbolçuların fiziki durumunun hazırlığı baxımından böyük təcrübəm var. Arda bütün futbolçuların mənə nifrət etdiklərini deyib? Əslində bu nifrət bütün fiziki hazırlıq üzrə məşqçilərin alın yazısıdı. Çünki biz hazırlıq dönəmində futbolçularla durmadan çalışırıq. Onların indi mənə nifrət etməsini anlayışla qarşılayıram. Amma fikrimcə, zaman ötdükcə futbolçularla aramızda simpatiya yaranacaq. Düşünürəm ki, uzunmüddətli perspektivdə onlar məni sevəcək. Məşqlər ağır keçdiyindən maksimum dərəcədə futbolçuları əyləndirməyə çalışırıq. Meydandan və trenajor zalından kənardakı müddəti maraqlı keçirmələri üçün əlimizdən gələni edirik. Zaman ötdükcə onlar bizim metodlarımıza uyğunlaşacaq. Mövsümü çox tez açmaq məcburiyyətindəyik. Çünki ilk rəsmi oyunumuz artıq iyulun 10-dadı. Bütün futbolçular tətildən yaxşı vəziyyətdə qayıdıb və bu da bizi sevindirir. Onların fiziki testlərinin göstəriciləri bizi qane etdi. Türkiyədən fərqli olaraq burda bizim bir neçə ay davam edən qış fasiləmiz olacaq. Həmin fasiləyə fiziki cəhətdən yaxşı durumda daxil olsaq, mövsümün son bölümünü daha da güclü keçirəcəyik".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 05 İyul 2025 03:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see191

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see132

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri