Icma.az
close
up
RU
Ərdəbil mollasını Azərbaycana qarşı danışdıran KİMDİR...

Ərdəbil mollasını Azərbaycana qarşı danışdıran KİMDİR...

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İranın ali rəhbərinin Ərdəbil vilayəti üzrə nümayəndəsi, Ərdəbilin imamcüməsi Seyid Həsən Amulinin anti-Azərbaycan açıqlamaları Bakının narazılığına səbəb olub. Yanvarın ilk günü İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan Xarici İşlər Nazirliyinə çağırılıb.

Görüş zamanı 29 dekabr 2024–cü il tarixində Ərdəbildə İranın Ali rəhbərinin Ərdəbil vilayəti üzrə nümayəndəsi, Ərdəbilin imam cüməsi Seyid Həsən Amelinin iştirak etdiyi və İranın Radio və Televiziya Təşkilatının “Xəbər Şəbəkəsi” kanalında yayımlanan tədbirdə Azərbaycana və dövlət başçımıza qarşı səsləndirilən təhqiramiz ifadələrə görə İran tərəfinə sərt etiraz bildirilib. 

İranın Xarici İşlər Nazirliyi Amulinin açıqlamalarından təəssüfləndiyini bildirib. Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində bildirib ki, təəssüf hissi kifayət deyil.

"Burada açıq təhqir olub: həm Türkiyə, həm Azərbaycan prezidentləri, həm bizim xalqlar və rəsmi tədbirdə canlı yayım gedən zaman və sadəcə, təəssüf?! Bu, əlbəttə ki, qəbuledilməzdir. Ona görə biz hesab edirik ki, o əyalət mollası cəzalandırılmalıdır. Ən azı vəzifəsindən qovulmalıdır və Azərbaycandan üzr istəməlidir. Bax, məsələ bundadır".

Mövzu ilə bağlı Modern.az-a danışan Azərbaycan-İran parlamentlərarası İşçi Qrupunun üzvü Aydın Mirzəzadə bildirib ki, Ərdəbil mollası yuxarı dairələr tərəfindən ora təyin olunub:

"İranın siyasi sisteminə görə şəhərlərin, əyalətlərin molları böyük siyasi və inzibati statusa malikdirlər. Ərdəbil mollasının vaxtaşırı belə çıxışlar etməsi təsadüfi deyil. Ərdəbil bu gün İran dövlətinin tərkibində olan qədim Azərbaycan torpağıdır. Həmin mollanın təyinatı da yuxarılar tərəfindən müəyyənləşdirilir. Azərbaycan torpağından azərbaycanlı adlandırılan şəxsin dili ilə Azərbaycana qarşı vaxtaşırı təhdidlərin səsləndirilməsi müəyyən dairələrin əməyinin nəticəsidir. Məqsəd Azərbaycanı müstəqil siyasətdən uzaqlaşdırıb, daim təzyiq altında saxlamaqdır. Eyni zamanda məqsədlər arasısnda Azərbaycanı Ermənistana müəyyən güzəştlər etməsinə məcbur etmək var. Azərbaycanın müstəqil siyasəti onlara sərf etmir. Müstəqil Azərbaycan siyasi nüfuzu, dünya birliyində səsi olan dövlətir. İran ABŞ və Qərb dünyası ilə bugün kəskin qarşıdurmadadır. Eyni zamanda qonşu dövlətlərlə də onun problemləri var. İrandan fərqli olaraq, əhali və ərazi baxımından kiçik olan ölkə dünya ilə yaxşı münasibətdədir, beynəlxalq təşkilatlara rəhbərlik edir, öz problemlərini özü həll edir. İranın bu gün təsir altında saxladığı Ermənistana özünün suveren hüquqlarını qəbul etməyə məcbur edir. Bu isə İranın müəyyən dairələrinə sərf etmir".

Deputat vurğulayıb ki, belə çıxışlar Azərbaycanı yolunan döndərə bilməz:

"Onlar açıq şəkildə çıxış edə bilmirlər. Bir əyalət mollası vasitəsilə özlərinəməxsus bu fikirləri səsləndirməyə çalışırlar. Amma aydındır ki, Azərbaycan İran rəhbərliyindən özünün əyalətdəki nümayəndəsinin fikirlərinə diqqət etməyi xahiş edir. Amulinin öz statusundan kənara çıxaraq, Azərbaycan haqda neqativ fikirlər bildirməsi qəbuledilməzdir. Eyni zamanda həmin şəxsə əyalətindən kənara çıxan çox böyük auditoriyalar verilir. Fikirləri İran KİV-lərində yayılır. İran bu barədə özünü mövqeyini açıqlamalıdır. 2 il əvvəl İrandakı səfriliyimizə edilən hücumların xüsusi hazırlandığı gün kimi aydındır. İrandakı səfirliyimizi bağladıqdan sonra cənub qonşumuz Azərbaycan kimi dostunu itirdiyinin fərqinə vardı. Ona görə uzun müddət Azərbaycandan səfirliyini yenidən açılmasını xahiş etdilər. İranın Azərbaycan əleyhinə danışan dilləri müəyyən müddət ərzində susmaq komandası aldı. İndi, görünür, İranın müəyyən dairələri əyalət mollası vasitəsilə Azərbaycana qarşı öz neqativ fikirlərini səsləndirməyə çalışırlar. Belə çıxışlar Azərbaycanı müstəqil siyasətindən kənarlaşdıra bilməz".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:287
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 Yanvar 2025 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see551

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see409

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see281

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see279

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see266

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see262

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see248

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see236

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see236

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see235

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see231

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see228

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see223

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see222

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see217

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see191

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see187

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see185

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see184

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri