Icma.az
close
up
RU
Ərdəhan Universitetinin konfrans zalına Qarabağ müharibəsi şəhidi Mustafa Kərimovun adı verilib

Ərdəhan Universitetinin konfrans zalına Qarabağ müharibəsi şəhidi Mustafa Kərimovun adı verilib

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Ərdəhan, 7 noyabr, AZƏRTAC

Noyabrın 7-də Türkiyənin Ərdəhan Universitetinin İqtisadiyyat və inzibati elmlər fakültəsinin konfrans zalına bu ali təhsil ocağının məzunu və 44 günlük Qarabağ müharibəsinin şəhidi Mustafa Kərimovun adının verilməsi mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə şəhidin ailə üzvləri, Milli Məclisin deputatları Anar İsgəndərov və Şahin İsmayılov, Azərbaycanın Qarsdakı baş konsulu Zamin Əliyev, “Xəzər” Universitetinin prorektoru Dilbər Zeynalova, Ərdəhan valiliyinin nümayəndələri, Ərdəhan Universiteti, Qafqaz Universiteti (Qars), İğdır Universitetinin rəhbərliyi, Türkiyə təhlükəsizlik qüvvələrinin və Müdafiə Nazirliyinin əməkdaşları, tələbələr və hər iki qardaş ölkədən ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasim iştirakçıları Azərbaycan və Türkiyə qəhrəmanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Türkiyə və Azərbaycanın Dövlət himnləri səsləndirilib.

Azərbaycanın Vətən müharibəsində tarixi Qələbəsinin beşinci ildönümünə həsr olunmuş videoçarx və şəhid Mustafa Kərimovun Ərdəhan Universitetində tələbə olduğu dövrə aid fotoşəkillər nümayiş etdirilib.

Tədbiri açan Ərdəhan Universitetinin Tarix fakültəsinin müəllimi Volkan Özkan, Azərbaycanın qəhrəmanlarından birinin universitetdə təhsil alması ilə fəxr etdiyini bildirib. “Mustafa Kərimov yaxşı tələbə idi və universitetin müxtəlif tədbirlərində fəal iştirak edirdi. Onun xatirəsi Ərdəhan Universitetinin divarları arasında əbədi yaşayacaq”, - deyən müəllim, həmçinin şəhidin adının əbədiləşdirilməsi təşəbbüsünü dəstəklədikləri üçün universitet Senatının üzvlərinə təşəkkür edib.

Ərdəhan Universitetinin prorektoru Zafer Aykanat şəhidin ailə üzvlərinə təşəkkürünü bildirib. O, qeyd edib ki, valideynlər oğullarını ölkələrinin layiqli vətənpərvəri kimi böyüdüblər. Z. Aykanat əlavə edib ki, türkiyəlilər Türkiyə və Azərbaycan qəhrəmanları arasında heç bir fərq qoymurlar.

Şəhidin atası Mais Kərimov Ərdəhan Universitetinin zallarından birinə oğlunun adının verilməsi ideyasını dəstəklədiyinə görə universitet rəhbərliyinə təşəkkür edib.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov gəncləri Azərbaycanın və Türkiyənin hərbi tarixini unutmamağa çağırıb. “Azərbaycan həmişə Türkiyənin köməyinə tələsib. Çanaqqala döyüşündə və bütün sonrakı dövrlərdə, o cümlədən 2023-cü ilin fevral zəlzələsindən sonra belə olub. Türkiyə oğulları da Azərbaycanın köməyinə gəliblər. 1918-ci ildə Bakını daşnak və bolşeviklərdən azad edən Qafqaz İslam Ordusu əsgərlərinin qəhrəmanlığını unutmayacağıq”, - deyə Milli Məclisin deputatı bildirib.

A. İsgəndərov qeyd edib ki, bu gün ölkəmiz uğrunda canlarından keçən türk əsgərləri də Azərbaycandakı Şəhidlər xiyabanında uyuyurlar. “Biz Azərbaycan və Türkiyə şəhidləri ilə fəxr edirik və Qələbə sevincinə görə Prezident, Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan əsgərlərinə səmimi-qəlbdən təşəkkür edirik. Həmçinin Türkiyəyə və onun Prezidenti Rəcəb Tayyib Ərdoğana Azərbaycanın haqq işini qətiyyətlə dəstəklədiklərinə görə minnətdarıq”, - deyən millət vəkili Vətən müharibəsi zamanı Azərbaycan məktəblilərinin hər iki qardaş ölkənin bayraqlarını çantalarında daşıdıqlarını xatırladıb.

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov çıxışında Türkiyə, Azərbaycan və bütün Türk dünyasının maraqları naminə birliyə çağırıb. O qeyd edib ki, Azərbaycan xalqı noyabrın 8-də Vətən müharibəsində tarixi Qələbənin beşinci ildönümünü geniş şəkildə qeyd edəcək.

Deputat Türkiyə ilə Azərbaycan arasında əməkdaşlığın təhsil də daxil olmaqla bütün sahələrdə inkişaf etdiyini diqqətə çatdırıb. “Türkiyə şirkətlərinin Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında fəal iştirak etməsi sevindirici haldır”, - deyə millət vəkili bildirib və ölkələrə ortaq məqsədlərinə çatmaqda davamlı uğurlar arzulayıb.

Azərbaycan səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova tələbələri şəhidlərin qəhrəmanlığını ehtiramla yad etməyə və xatırlamağa, ölkələrinin əsl vətənpərvəri olmağa və Azərbaycan ilə Türkiyə arasındakı dostluğun sarsılmazlığını unutmamağa çağırıb.

Ankaradakı Azərbaycan səfirliyinin hərbi attaşesinin köməkçisi polkovnik Polad Süleymanov şəhidin ailəsinə və dostlarına onu qəhrəman kimi böyütdüklərinə görə təşəkkür edib.

Azərbaycanın Qarsdakı baş konsulu Zamin Əliyev müasir Azərbaycanın yüksək beynəlxalq nüfuza malik güclü bir dövlət olduğunu qeyd edib. O vurğulayıb: “44 günlük müharibədə qazanılan Qələbə xalqımızın minlərlə oğlunun həyatı bahasına əldə edildi. Şəhidlər təkcə Azərbaycanın deyil, bütün regionun tarixində yeni bir səhifə yazdı, sülh və sabitliyə yol açdılar”.

Daha sonra Ərdəhan Universitetinin Mustafa Kərimov adına konfrans zalının açılışını bildirən lent kəsildi.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:39
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Noyabr 2025 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see253

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see191

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see161

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see154

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see142

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see137

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see135

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see135

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see133

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see133

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see130

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see130

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see130

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see128

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see126

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri