Icma.az
close
up
RU
Ərdoğan Azərbaycana təşəkkür etdi

Ərdoğan Azərbaycana təşəkkür etdi

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Rəqəmsallaşan türk dünyası” vizyonunu mənimsəməyimiz böyük əhəmiyyət daşıyır.

Axar.az APA-ya istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə bildirib.

“Ölkələrimiz arasında ortaq texnologiya layihələrinin hazırlanması bu vizyonu şübhəsiz dəstəkləyəcək. Rəqəmsal transformasiya prosesində geri qalmağın müstəqilliyimiz üçün də təhlükə yarada biləcəyinin fərqindəyik. Süni intellektin fərqli bir alətə çevrilməməsi üçün bu məsələyə düzgün yanaşmalı və onu fürsət pəncərəsi kimi qiymətləndirməliyik. Süni intellekt texnologiyalarının yaratdığı yeni risklərə qarşı da daim ayıq olmalıyıq. Məlumat bazalarımıza və kritik milli infrastrukturlarımıza yönələn yeni nəsil təhdidlər rəqəmsal transformasiyanın diqqətlə idarə olunmalı istiqamətlərindəndir. İnanıram ki, cəbr və alqoritmin banisi Xarəzmini, fəlsəfə və məntiqin dahilərindən Fərabini, əsərləri ilə tibb elminə işıq tutan İbn Sinanı, astronomiya elminin öncülləri Biruni, Uluqbəy və Əli Quşçunu yetişdirən bu münbit torpaqlarda yeni alimlər də yetişəcək”, - deyə Türkiyə Prezidenti qeyd edib.

Ərdoğan çıxışında Azərbaycana təşəkkür edib.

“Növbəti zirvə görüşündə sizi Ankarada qəbul etməkdən məmnun olacağam. Bu fürsətdən istifadə edərək təşkilatımızın hazırkı sədri Can Azərbaycana ailə məclisimizin birliyinə verdiyi töhfələrə görə təşəkkür edirəm. Dəyərli qardaşım Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə də möhtəşəm ev sahibliyinə görə bir daha minnətdarlığımı bildirirəm. Mübarək Qurban bayramınızı indidən təbrik edirəm”, -Türkiyə prezidenti qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://axar.az
archiveBu xəbər 15 May 2026 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see286

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see270

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see263

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see261

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see261

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see257

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see249

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see243

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see235

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

10 Sentyabr 2026 09:50see227

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see219

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see216

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see212

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see210

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see206

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see196

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see195

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see186

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see185

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri