Ərdoğan: Beynəlxalq ictimaiyyət Kipr məsələsində reallıqlarla barışmalıdır
Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ankara Kiprdə iki dövlətli həllin tərəfdarıdır və hesab edir ki, beynəlxalq ictimaiyyətin Kipr məsələsində hazırkı reallıqlarla barışmasının vaxtı çatıb. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Respublikasına (ŞKTC) səfəri zamanı deyib.
Məlumatı XQ “Anadolu”ya istinadən verib.
Dövlət başçısı deyib ki, Türkiyə “Kıbrıs türklərinin birliyini, həmrəyliyini, firavanlığını və sülhü hər zaman müdafiə edəcək”.
“Kipr türklərinin yolunu bağlamaq üçün hansı qapı bağlandısa, biz həmişə açılacaq yeni qapılar, gediləcək yeni yollar tapdıq”, - deyə Türkiyə lideri bildirib.
Prezident Ərdoğan Kipr türklərinə qarşı on illərdir davam edən ədalətsizliyə son qoyulmasının vacibliyinə işarə edib.
P.ƏMİRCANOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 21 İyul 2025 13:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















