Icma.az
close
up
RU
Fransa bu reallıqlarla barışmalıdır AÇIQLAMA

Fransa bu reallıqlarla barışmalıdır AÇIQLAMA

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Fransa ilə Azərbaycan arasında baş verən gərginliyin əsas səbəbi Fransa Prezidenti Emmanuel Makronun düzgün olmayan siyasətidir. Fransa bundan əvvəl də Ermənistanı sıx şəkildə müdafiə edirdi, hətta Birinci Qarabağ müharibəsi zamanı Ermənistana ən ideoloji dəstək verən ölkə məhz Fransa olub. İstər Xocalı faciəsi zamanı, istərsə də digər hadisələr zamanı fransız jurnalistlərin çəkdiyi kadrları verməməsi və digər məsələlər Fransanın ümumilikdə Ermənistana dəstəyinin nümunəsidir. Qondarma erməni soyqırımı layihəsinin tanınması, bu layihəni inkar edənlərə cəza tətbiq edilməsi ilə bağlı məsələlər bu, açıq-aşkar formada Fransanın Ermənistana dəstəyini göstərirdi".

Bunu Redaktor.az-a açıqlamasında politoloq Zeynal Əmrəliyev Azərbaycanın Cinayət Məcəlləsinin əmlakı qəsdən məhv etmə və ya zədələmə maddəsi ilə azadlıqdan məhrum olunmuş Fransa vətəndaşı Teo Klerkin Prezident İlham Əliyev tərəfindən əfv edilməsi və bu addımın Azərbaycan-Fransa münasibətlərinə necə təsir edəcəyi barədə sualı cavablandırarkən bildirdi. 

Onun sözlərinə görə, Emmanuel Makron hakimiyyətə gəldikdən sonra, demək olar ki, Cənubi Qafqazla bağlı siyasətini erməni diasporunun diqtəsi ilə həyata keçirməyə başladı:

"Nəticə etibarilə Bakı ilə Paris arasındakı münasibətlər gərginləşməyə başladı. "Avropa Siyasi Birliyi"nin Sammitində Fransa Prezidentinin Azərbaycan Prezidenti ilə keçirdiyi görüş, ardınca isə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Fransa vətəndaşı Teo Klerkin əfv edilməsi ikitərəfli münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir".

Müsahibimiz bildirdi ki,  Azərbaycan addım atıb, humanizm göstərərək, faktiki olaraq Bakıda qanun pozuntusu etmiş Fransa vətəndaşını əfv edib.

"Bundan sonra rəsmi Paris də öz ritorikasında, mövqeyində dəyişiklik etməlidir. Cənubi Qafqazda baş verən reallıqları artıq qəbul etməlidir. ATƏT-in Minsk qrupunun digər iki həmsədri ABŞ və Rusiya artıq bu reallıqlarla barışıb. O da bu reallıqlarla barışmalıdır. Minsk qrupu artıq dəf olunmalıdır, bu qurumun fəaliyyəti məhdudlaşdırılıb. Bundan sonra Fransa və Azərbaycan arasındakı münasibətlər normallaşa bilər. Məsələlərdən də görünür ki, Azərbaycan heç bir ölkə ilə gərginlikdə maraqlı deyil. Paris bu məsələlərlə bağlı normal davranarsa, iki ölkə arasında münasibətlər yenidən normallaşa bilər", - deyə politoloq fikrini yekunlaşdırdı.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:186
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 02 İyun 2025 20:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see285

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see252

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see251

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see242

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see221

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see219

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see216

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see215

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see210

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see209

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see209

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see205

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see204

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see198

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see181

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see179

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see172

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see167

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see166

Bakı Tbilisi qatarlarında yenilik 1 noyabrdan

02 Oktyabr 2026 16:12see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri