Ərdoğan braziliyalı həmkarı ilə regional və qlobal prosesləri müzakirə edib
Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan braziliyalı həmkarı Luis İnasio Lula da Silva ilə telefon danışığı aparıb və tərəflər ikitərəfli münasibətləri, eləcə də regional və qlobal prosesləri müzakirə ediblər.
Moderator.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası "X" sosial şəbəkə hesabında məlumat yayıb.
"Prezident Ərdoğan görüşdə 20 il əvvəl irəli səviyyədə əsası qoyulan iki ölkə münasibətlərinin gündən-günə inkişaf etməsinin məmnunluq doğurduğunu, investisiya, ticarət və müdafiə sənayesi başda olmaqla, hər sahədə əməkdaşlığı dərinləşdirməyin ölkələrə fayda verəcəyini ifadə edib", - məlumatda bildirilib.
Qeyd olunub ki, Ərdoğan regional və qlobal məsələlərdə barışığı ön plana çəkən siyasətin dünyada sülhə töhfə verdiyini də ifadə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 24 Avqust 2026 18:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















