Icma.az
close
up
RU

Ərdoğan: Əsas sektorlarımızı 2053cü ilə qədər xalis sıfır emissiyaya və yaşıl inkişafa nail olmaq vizyonumuza uyğun olaraq dəyişdiririk

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Biz əsas sektorlarımızı 2053-cü ilə qədər xalis sıfır emissiyaya və yaşıl inkişafa nail olmaq vizyonumuza uyğun olaraq dəyişdiririk".

APA xəbər verir ki, bunu Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfrasının 29-cu Sessiyasında (COP29) iştirak edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X" hesabında yazıb.

O qeyd edib ki, ölkəsi 2024-2030-cu illəri əhatə edən İqlim Dəyişikliklərinin Azaldılması və Uyğunlaşma Strategiyasının Fəaliyyət Planlarının həyata keçirilməsinə başlayıb:

"Biz ümumi şəkildə səfərbər olunmuş səylər nəticəsində bərpa olunan enerjinin payını 59%-ə çatdırdıq.
Bu göstərici ilə Avropada 5-ci, dünyada isə 11-ci yerdəyik".

Ərdoğan 2053-cü ilədək əsas hədəflər barədə də fikirlərini bölüşüb:

"2053-cü il üçün xalis sıfır emissiya hədəflərimiz uğrunda əsas prioritetlərimiz bərpa olunan enerji, enerji səmərəliliyi və nüvə enerjisidir. Bu gün 31 min meqavat olan külək və günəş enerjisi quraşdırılmış gücümüzü 2035-ci ildə 120 min meqavata çatdıracağıq.

Nüvə enerjisində 2050-ci ildə 20 min meqavat gücə çatmağı hədəfləyirik.
2024-2030-cu illəri əhatə edən Enerji Səmərəliliyi üzrə Milli Fəaliyyət Planımız nəticəsində emissiyanın 100 milyon ton karbon-dioksid qazı ekvivalentində azaldılmasını nəzərdə tuturuq.

Biz milli elektrik avtomobilimiz olan "Togg"u populyarlaşdırmağa davam edirik.

Həyat yoldaşım
Əminə Ərdoğanın
təşəbbüsü ilə başlanan və qlobal səviyyəyə çatdırılan Sıfır Tullantı Layihəsi iqlim dəyişikliyi ilə mübarizəmizə əlavə güc qatır.

Bunun nəticəsində biz layihənin başlanğıcından bu yana 5,9 milyon ton həcmində istixana qazı emissiyasının qarşısını almışıq".

O daha sonra ölkəsində sudan səmərəli istifadə məqsədilə Su Səmərəliliyi üzrə səfərbərlik elan edildiyini açıqlayıb.

Ərdoğan hər ilin 11 noyabr tarixində Türkiyədə keçirilən Ümumilli Ağacəkmə Kampaniyası nəticəsində milyonlarla ağacın əkildiyini də yazıb:

"Bu zirvə toplantısında lobal səviyyədəki mübarizəmizi daha güclü və təsirli etmək baxımından inkişaf etməkdə olan ölkələrin ehtiyaclarını təmin edəcək maliyyə hədəfinə nail olunacağına inanıram. Bu uğurlu təşkilatçılığa və səmimi ev sahibliyinə görə Prezident İlham Əliyev qardaşımı təbrik edirəm" - sitatın sonu.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://apa.az
archiveBu xəbər 12 Noyabr 2024 23:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see660

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see275

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see250

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see229

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see219

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see210

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see187

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see187

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see183

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see170

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see166

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see159

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see155

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see153

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see151

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see146

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see146

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see145

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see139

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri