Ərdoğan: Güclü Türkiyənin addımları bütün dünyada eşidilir
Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Böyük və güclü bir Türkiyənin iti addımları artıq təkcə bölgədə deyil, bütün dünyada eşidilir. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) Gənclər qolunun “Tələbə Gənclər Görüşü” tədbirində bildirib.
Xəbəri “Anadolu” yayıb.
“İyul ayında ev sahibliyi etdiyimiz NATO Dövlət və Hökumət Başçılarının zirvə toplantısının əks-sədası hələ də eşidilir. Böyük və güclü Türkiyənin irəliyə doğru yürüşü indi təkcə bölgədə deyil, bütün dünyada eşidilir”, - Türkiyə prezidenti bildirib.
Dövlət başçısı deyib ki, bu gün dünya artıq Türkiyədən danışır, Türkiyənin ölkə daxilində və beynəlxalq səviyyədə atdığı addımları müzakirə edir: “Türkiyənin sədrliyi altında təşkil edilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflərinin 31-ci Konfransı (COP31) təşkilatçılıq və iştirak baxımından tarixə ən uğurlu COP konfransı kimi düşüb”.
Prezident həyatını təlim-təhsilinə həsr etdiyi gənclərə ümidini heç vaxt itirmədiyini bildirib: “Bu ümidi heç vaxt itirməmişəm və itirməyəcəyəm. Nə qədər ki, həyatım qalıb, sizinlə birlikdə addımlayacağam və mübarizəni davam etdirəcəyəm”.
P.ƏMİRCANOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 17 Noyabr 2026 11:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















